Milli Məclisdə Nazirlər Kabinetinin illik hesabatı dinlənilib
15.03.2014 [10:58]
Martın 14-də Milli Məclisin növbəti iclası keçirilib.
AzərTAc xəbər verir ki, iclasda Konstitusiyaya uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü ildə fəaliyyətinə dair illik hesabatı dinlənilib.
Hökumətin hesabatı kitab şəklində çap olunaraq deputatlara paylanıb.
Hesabatda Prezident İlham Əliyevin rəhbərliyi ilə sosial-iqtisadi inkişafın bütün sahələrində baş verən müsbət dəyişikliklər, Dövlət proqramlarının icrası vəziyyəti dolğun əks etdirilib.
Milli Məclisin sədri Oqtay Əsədov deyib ki, bu gün yaz sessiyasının beşinci iclasıdır və qanunvericiliyə uyğun olaraq Nazirlər Kabineti 2013-cü ildə fəaliyyəti barədə hesabat verir.
Oqtay Əsədov Nazirlər Kabinetinin hesabatında dövlətimizin başçısının rəhbərliyi ilə ölkədə bütün istiqamətlərdə, o cümlədən sosial-iqtisadi sahədə əldə edilən nailiyyətlərin ətraflı əksini tapdığını və təhlil olunduğunu deyib. Sədr bildirib ki, ötən il dünya iqtisadiyyatında bir qədər səngiyən, lakin davam edən iqtisadi böhran şəraitində Azərbaycan iqtisadiyyatı hesabatda araşdırılıb və gələcəkdə yerinə yetirilməsi üçün vəzifələr müəyyənləşdirilib. İqtisadiyyatımız 2013-cü ildə də xarici təhdidlərə qarşı güclü müqavimət qabiliyyətini saxlayıb. Makroiqtisadi sabitlik qorunub, milli iqtisadiyyatın bütün sahələrində ciddi irəliləyiş baş verib. Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası davam edib. Ölkə iqtisadiyyatında qazanılmış ən uğurlu nəticələrdən biri ümumi daxili məhsul istehsalında 5,8 faiz artımın əldə olunmasıdır. Dünya üzrə bu göstərici 2,1 faizdir.
Milli Məclisin sədri deyib ki, bizim üçün digər önəmli fakt iqtisadiyyatımızın qeyri-neft sektorunda əldə edilən artımın 10 faizə çatmasıdır. Bunun nəticəsində həmin sektorun xüsusi çəkisi əvvəlki illə müqayisədə 3,1 faiz bəndi artaraq 56,6 faiz olub. Hesabat ili ərzində Dövlət Neft Fondunun vəsaitləri 1,8 milyard dollara yaxın artaraq 36 milyard dollara çatıb. Ölkədə həyata keçirilən pul- kredit siyasəti sayəsində Mərkəzi Bankın valyuta ehtiyatları il ərzində 21 faiz artaraq 14,1 milyarda çatıb. İl ərzində manatın məzənnəsinin sabitliyi qorunub saxlanılıb. Hazırda Azərbaycanın məcmu valyuta ehtiyatları 50 milyard dollardan çoxdur. Strateji valyuta ehtiyatlarının ümumi daxili məhsula nisbətinə görə Azərbaycan dünyanın 20 ölkəsi arasındadır. Hesabat ilində sahibkarlığın inkişafına, qeyri-neft sektoruna, sosial infrastruktur layihələrinə investisiya qoyuluşları üçün əlverişli şərait yaradılıb. Prezident İlham Əliyevin göstərişinə əsasən əhalinin sosial rifahının yaxşılaşdırılması, yeni iş yerlərinin yaradılması yolu ilə yoxsulluq səviyyəsinin azaldılması hökumətin fəaliyyətinin əsas istiqamətlərindən biri olub. Hesabat ilində sahibkarlıq, qeyri-neft sektoru inkişaf edib, ölkə üzrə 28 milyard dollar sərmayə qoyulub. Sərmayələrin 62 faizindən çoxu daxili mənbələr hesabına təmin edilib.
Hesabatdan göründüyü kimi, iqtisadiyyatda işçilərin orta aylıq əmək haqqı 6,2 faiz artaraq 423 manata, yəni 540 dollara çatıb. İlin yekununa görə, yoxsulluğun səviyyəsi 5,3 faiz təşkil edib.
Sədr hökumətin 2012-ci ildə Nazirlər Kabinetinin hesabatının təqdimatı zamanı deputatların verdiyi təkliflərə diqqətlə yanaşıldığını və ötən il nəzərə alındığını bildirib.
Sonra Baş nazir Artur Rasizadə Nazirlər Kabinetinin 2013-cü ildə fəaliyyəti haqqında hesabatla çıxış edib.
Daha sonra Nazirlər Kabinetinin hesabatı ilə əlaqədar müzakirələr başlanıb. Çıxış edən deputatlar ötən il Azərbaycanın sosial-iqtisadi inkişafında əhəmiyyətli nəticələr əldə olunduğunu, əhalinin yaşayış səviyyəsinin getdikcə yüksəldiyini vurğulayıblar. Çıxışlarda bildirilib ki, Nazirlər Kabinetinin illik hesabatında ölkə həyatının bütün sahələri əhatə edilib, bütün əsas göstəricilər öz əksini tapıb.
Qeyd edilib ki, enerji sahəsi ilə yanaşı, qeyri-neft sektorunun inkişafı Azərbaycanın bölgədə güclü potensiala malik dövlət olduğunu bir daha təsdiqləyib. Azərbaycan neft gəlirlərini qeyri-neft sektorunun inkişafına yönəltməklə qabaqcıl texnologiyalar əsasında yeni sənaye sahələri yaradır, iqtisadi və sosial infrastruktur uğurla inkişaf edir.
Bildirilib ki, ötən il ölkəmizin dünyada mövqeyi daha da möhkəmlənib. Nəzərdə tutulan iqtisadi islahatlar ardıcıl həyata keçirilib. Qarşıya qoyulan məqsədlərə nail olunması Azərbaycan xalqının maraqlarına, ölkənin inkişafına uyğun düzgün siyasi-iqtisadi taktika seçildiyini bir daha təsdiqləyir.
Diqqətə çatdırılıb ki, regionların inkişafı istiqamətində həyata keçirilən proqramlar sayəsində bölgələrimiz xeyli inkişaf edib. Bu isə sənayenin yeni sahələri üçün əlverişli şərait yaradıb. Ölkədə çoxsaylı yeni istehsal müəssisələri açılıb. Sosial quruculuq sahəsində görülən işlər, büdcədən hər il sosial məqsədlər üçün ayrılan vəsaitlərin artırılması, 1 milyon 200 min yeni iş yerinin yaradılması xalqın rifahını daha da yaxşılaşdırır.
Hesabat ilinin ən əlamətdar hadisələrindən biri ölkədə keçirilən demokratik, şəffaf prezident seçkiləri olub. Eləcə də “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanması, “ASAN xidmət” timsalında sosial innovasiyalara geniş start verilməsi ötən ilin mühüm hadisələridir.
2013-cü ildə qeyri-neft sektorunun inkişafı ilə bağlı çox ciddi addımlar atıldığını deyən deputatlar hesabatda əks olunmuş statistik göstəricilərin də bunu təsdiqlədiyini bildiriblər. Ötən il ölkəmizdə kosmik sənayenin yaranması və Azərbaycanın ilk telekommunikasiya peyki “Azərspace-1”in orbitə buraxılması da təqdirəlayiq hal kimi dəyərləndirilib. Həmçinin, ötənilki müzakirələr zamanı deputatların səsləndirdikləri irad və təkliflərin nəzərə alınmasının müsbət hal olduğu bildirilib.
Hökumətin qaçqınlar və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı gördüyü işlər də yüksək dəyərləndirilib.
Müzakirələrdən sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü ildə fəaliyyətinə dair illik hesabatı səsə qoyularaq məqbul hesab edilib.
Sonra Milli Məclisin deputatları Cinayət və Cinayət-Prosessual məcəllələrində, “Terrorçuluğa qarşı mübarizə haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihələrinə baxıblar.
Bildirilib ki, hər üç qanun layihəsində edilmiş dəyişikliklərdə məqsəd terrorçuluqla mübarizədə görülən tədbirlərin səmərəliliyini artırmaqdır.
Müzakirələrdən sonra hər üç qanun layihəsi təsdiqlənib.
Bununla da Milli Məclisin iclası başa çatıb.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29

