Azərbaycan beynəlxalq miqyasda nüvə təhlükəsizliyinin təmin olunmasında aktiv iştirak edir
01.04.2014 [09:19]
Nüvə təhlükəsizliyinə müstəsna əhəmiyyət verən milli dövlətlər, o cümlədən, müvafiq beynəlxalq strukturlar Azərbaycanla əməkdaşlığa xüsusi diqqət yetirirlər
XXI əsrdə dünya siyasəti və beynəlxalq münasibətlərə təsir edən aparıcı amillərdən biri də etibarlı təhlükəsizlik mühitinin formalaşdırılmasıdır. Qloballaşma şəraitində əməkdaşlıq, rəqabət və inteqrasiya proseslərinin sürətlənməsi regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasını zəruri edir ki, burada da milli dövlətlərin fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Bu və ya digər regionlarda iqtisadi, siyasi, humanitar əməkdaşlıq platformalarının formalaşdırılması demoqrafik, nüvə və enerji təhlükəsizliyinin təmin olunmasını, mövcud təhdidlərlə birgə mübarizə aparılmasını zəruri amilə çevirir.
Şübhəsiz, təhlükəsizlik məsələləri sırasında nüvə təhlükəsizliyi müstəsna önəm daşıyır. Nüvə təhlükəsizliyinin təmin olunması, mümkün risk və təhdidlərin aradan qaldırılması milli dövlətlərin və aidiyyəti beynəlxalq qurumların qarşısında ən mühüm vəzifə kimi durur. Son zamanlar bu sahədə mövcud olan vəziyyət və problemlər, eləcə də, qarşıda duran vəzifələr beynəlxalq tədbirlərdə aktiv müzakirə obyektinə çevrilməkdədir. Məlum olduğu kimi, bir neçə gün öncə Niderland Krallığının Haaqa şəhərində III Nüvə Təhlükəsizliyi Sammiti keçirilib. Bu sammit XXI əsrdə beynəlxalq birlik üçün ciddi təhlükə yaradan nüvə terrorçuluğunun qarşısını almağa həsr olunan yüksək səviyyəli zirvə görüşüdür. 50-dən çox ölkənin dövlət və hökumət başçılarının, müxtəlif beynəlxalq təşkilatların rəhbərlərinin iştirak etdikləri sammitdə nüvə təhlükəsizliyinin əsas məsələləri, o cümlədən, dünyada təhlükəli nüvə materiallarının sayının azaldılması, radioaktiv mənbələrin təhlükəsizliyinin, bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi və digər məsələlər müzakirə olunub.
Qeyd edək ki, Nüvə Təhlükəsizliyi Sammitində uğurla təmsil olunan Azərbaycan yerli və beynəlxalq qanunvericiliyə uyğun olaraq bu prosesə mühüm töhfələr verir. Məlum olduğu kimi, Azərbaycan Nüvə Terrorçuluğuna qarşı Mübarizə üzrə Qlobal Təşəbbüsün iştirakçısıdır. Ölkəmiz Təşəbbüsə qoşulduqdan sonra bu çərçivədə təşkil olunan bir sıra tədbirlərdə aktiv iştirak etmiş, eləcə də, 2013-cü ilin 23-24 may tarixlərində Mexikoda keçirilmiş tərəfdaş dövlətlərin VIII plenar iclasında və İmplementasiya və Qiymətləndirmə Qrupunun növbəti görüşündə təmsil olunmuşdur. Məlumat üçün bildirək ki, Nüvə Terrorçuluğu ilə Mübarizə üzrə Qlobal Təşəbbüs 2006-cı ilin 15 iyul tarixində Amerika Birləşmiş Ştatları və Rusiya Federasiyasının birgə təşəbbüsü olaraq yaradılıb. Təşəbbüsün başlıca məqsədi nüvə terrorçuluğu ilə mübarizə, həmçinin, nüvə materiallarının və radioaktiv maddələrin terrorçular və digər qeyri-dövlət aktorları tərəfindən ələ keçirilməsinin, nəqlinin və istifadə edilməsinin qarşısının alınması sahələrində tərəfdaş dövlətlərin milli imkanlarının gücləndirilməsi və kollektiv səylərin artırılmasıdır.
Ölkəmiz, eyni zamanda, Beynəlxalq Nüvə Terrorçuluğu Aktlarının Aradan Qaldırılması Konvensiyası və Nüvə Materiallarının Fiziki Qorunması kimi mühüm beynəlxalq sazişlərə qoşulub. Həmçinin, Azərbaycan Respublikası 2012-ci ilin 19 mart tarixində Təşəbbüsün əsas sənədi olan “Prinsiplər Bəyannaməsi”ni qəbul edərək ona üzv olub. Bundan başqa, Azərbaycan nüvə təhlükəsizliyinə əhəmiyyətli töhfələr verən təxirəsalınmaz tədbirlər həyata keçirməkdədir. Belə ki, ölkəmiz ərazisindən nüvə qaçaqmalçılığı üçün tranzit marşrutu kimi istifadə edilməsi hallarının qarşısının alınmasına xüsusi əhəmiyyət verir.
Sadalananlarla yanaşı, Azərbaycanla Beynəlxalq Atom Enerjisi Agentliyi arasında sıx əməkdaşlıq əlaqələri mövcuddur. Ümumiyyətlə, bu əməkdaşlıq çərçivəsində Azərbaycan Respublikasının maraq dairəsi çərçivəsində olan məsələlər aşağıdakılardır:
- radioaktiv mənbələrin və tullantıların araşdırılması, təcrid və təmizlənmə işləri üçün proqram və layihələrin maliyyələşdirilməsi;
- yuxarıda qeyd edilən məqsədlər üçün münasib ləvazimatların təmin edilməsi;
- nüvə texnologiyalarının iqtisadi, elmi və texniki araşdırmanın müxtəlif sahələrində tətbiq olunması;
- milli mütəxəssislər üçün təlimlərin keçirilməsi (kurslar, seminarlar və s.).
Qeyd etdiyimiz kimi, Azərbaycan beynəlxalq təhlükəsizliyin təmin olunmasına xüsusi diqqət yetirir və bu məsələ mühüm vəzifə kimi müəyyənləşdirilib. Bəlli olduğu kimi, ölkəmiz BMT Təhlükəsizlik Şurasına sədrliyi müddətində dünyanı narahat edən bir sıra mühüm məsələləri, o cümlədən, nüvə təhlükəsizliyi problemini müzakirəyə çıxardı. Yeri gəlmişkən, Azərbaycan nüvə, kimyəvi və bioloji silahların və onların çatdırılma vasitələrinin yayılmaması sahəsində gördüyü növbəti tədbirlər haqqında yeni hesabatını Birləşmiş Millətlər Təşkilatına təqdim edib. Bundan başqa, bu yaxınlarda qəbul edilən Azərbaycanın ilk “Dəniz Təhlükəsizliyi Strategiyası”nda nüvə və digər kütləvi qırğın silahlarının və onların çatdırılma vasitələrinin, eləcə də, aidiyyəti materialların yayılması dəniz təhlükəsizliyinə ən böyük hədələrdən biri kimi müəyyən edilir.
Amma bütün bunlarla yanaşı, mümkün risk amili və təhdid də mövcuddur ki, bu, Ermənistanın Azərbaycan ərazisinin 20 faizini işğal etməsi ilə bağlıdır. Bu səbəbdən ölkəmizin öz sərhədlərinin müəyyən hissəsinə lazımi səviyyədə nəzarət etmək imkanı yoxdur. Bu cür vəziyyət transmilli mütəşəkkil cinayətkarlığa, nüvə və radioaktiv materialların qeyri-qanuni daşınmasına, həmçinin, radioaktiv tullantı materiallarını basdırmaqla Azərbaycanın işğal olunmuş ərazilərinin Ermənistan tərəfindən zəhərləndirilməsinə şərait yaradır.
Beləliklə, Azərbaycan öz strateji kursu ilə beynəlxalq miqyasda nüvə təhlükəsizliyinin təmin olunması işində aktiv iştirak edir. Bu, ilk növbədə, ölkəmizin regional və beynəlxalq təhlükəsizliyə ciddi önəm verməsi ilə bağlıdır. Məhz buna görə də, bu məsələyə müstəsna əhəmiyyət verən milli dövlətlər, o cümlədən, müvafiq beynəlxalq strukturlar Azərbaycanla əməkdaşlığa xüsusi diqqət yetirirlər.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:34
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Dünya
04 May 21:44
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Siyasət
04 May 20:44
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16

