/ / Azərbaycan ilə Yaponiya arasında informasiya sahəsində əlaqələrin daha da genişləndirilməsi məsələləri müzakirə edilib
Azərbaycan ilə Yaponiya arasında informasiya sahəsində əlaqələrin daha da genişləndirilməsi məsələləri müzakirə edilib
02.04.2014 [09:18]
Yaponiyanın “WorldInvesters TV” internet televiziyasının prodüseri, tanınmış iqtisadçı ekspert Kazuyasu İşida aprelin 1-də Azərbaycan Dövlət Teleqraf Agentliyində (AzərTAc) olub.
AzərTAc-ın baş direktoru Aslan Aslanov ölkələrimiz və xalqlarımız arasında dostluq əlaqələrindən danışıb, bu münasibətlərin inkişafında kütləvi informasiya vasitələrinin, o cümlədən milli xəbər agentliklərinin rolunu vurğulayıb.
Yaponiyalı qonağa AzərTAc-ın keçdiyi inkişaf yolu, müstəqillik illərində qazandığı uğurlar, dövlət siyasətinin informasiya təminatında agentliyin mövqeyi barədə ətraflı məlumat verilib. AzərTAc ilə Yaponiyanın Kyodo News Agentliyi arasında sıx əlaqələrin olduğunu söyləyən baş direktor, hər iki qurumun nüfuzlu beynəlxalq informasiya təşkilatlarında uğurla əməkdaşlıq etdiyini diqqətə çatdırıb. Beynəlxalq aləmdə çox nüfuzlu iki media qurumunun - Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının və Xəbər Agentliklərinin V Dünya Konqresinin 2016-cı ildə eyni vaxtda Bakıda AzərTAc-ın ev sahibliyi ilə keçirilməsi barədə qərarların qəbulunda Kyodo News Agentliyinin dəstəyi xüsusi vurğulanıb. Həmçinin agentliklərimizin uğurlu əməkdaşlığının Yaponiya ilə Azərbaycan arasında informasiya sahəsində işbirliyinin genişləndirilməsi baxımından əhəmiyyəti qeyd edilib.
Azərbaycanın sürətli inkişafının Yaponiyada da böyük maraqla izlənildiyini vurğulayan Kazuyasu İşida bunun ölkəmizin Yaponiyadakı dostları tərəfindən məmnunluqla qarşılandığını bildirib. Qeyd edib ki, Azərbaycanın iştirakçısı və müəllifi olduğu Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP və TAP kimi nəhəng layihələrdə Yaponiya şirkətləri fəal iştirak edir və bu, iki dost ölkə arasındakı münasibətlərin inkişafının bariz nümunəsidir.
Azərbaycan haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasının vacibliyini qeyd edən Kazuyasu İşida Yaponiya KİV-ləri, o cümlədən prodüseri olduğu “WorldInvesters TV” internet televiziyası ilə AzərTAc arasında əməkdaşlığın bu baxımdan mühüm rol oynayacağını diqqətə çatdırıb.
Görüşdə dost ölkələrimiz arasında informasiya sahəsində əlaqələrin daha da inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24

