Azərbaycanla Monteneqro arasındakı əlaqələr ildən-ilə artan xətlə inkişaf edir
02.04.2014 [09:20]
Son bir neçə il ərzində bu füsunkar Avropa ölkəsi - keçmiş Yuqoslaviyanın bir parçası olan Monteneqro haqqında kütləvi informasiya vasitələrində daha çox məlumat əldə edirik. Adriatik dənizinin sahillərində yerləşən bu kiçik ölkə bura, hətta bir günlük gələn qonaqları belə valeh edir. Bu ölkəni ziyarət edən insanlar bir daha nə zamansa yenidən geri dönmək istəyirlər. Bu da səbəbsiz deyil. Belə ki, Monteneqronun turizm sənayesi özünəməxsus dinamika ilə inkişaf edir. 2013-cü ildə Azərbaycan və Monteneqro əlaqələri tarixində ilk dəfə olaraq Bakıdan Podqoritsaya çarter turizm səfərləri təşkil olunub. Azərbaycan vətəndaşları üçün vizasız gediş-gəlişin tətbiq olunması iki ölkə arasında əlaqələrin yüksək olmasından xəbər verir. Bu əlaqələr ildən-ilə artan xətlə inkişaf edir.
Məlum olduğu kimi, martın 4-də iqdisadiyyat və sənaye naziri Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan Respublikasının nümayəndə heyətinin Monteneqroya rəsmi səfəri olub. Martın 5-də Monteneqronun paytaxtı Podqoritsa şəhərində Azərbaycan Respublikası Hökuməti ilə Monteneqro Hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 1-ci iclası keçirilib. İclasda Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin və Monteneqronun iqtisadiyyat naziri Vladimir Kavariçin rəhbərlik etdikləri nümayəndə heyətlərinin görüşləri olub. Monteneqronun Azərbaycan Respublikasındakı Fəxri Konsulu Vüqar Əliyev də heyətlərlə birgə müvafiq tədbirlərdə iştirak edib.
İclasda Azərbaycan Respublikası Hökuməti ilə Monteneqro Hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 1-ci iclasının yekunlarına dair Protokol imzalanıb. Sənədi Komissiyanın həmsədrləri - Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və Monteneqronun iqtisadiyyat naziri Vladimir Kavariç imzalayıblar. Sənəddə müqavilə-hüquqi bazanın genişləndirilməsi, sənaye, energetika, kənd təsərrüfatı, turizm, nəqliyyat, ətraf mühitin mühafizəsi, təhsil, rabitə, bankçılıq və s. sahələrdə əməkdaşlığın davam etdirilməsi nəzərdə tutulur.
Hökumətlərarası Komissiyanın iclası çərçivəsində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Monteneqro İqtisadiyyat Palatasının təşkilatçılığı ilə Monteneqro-Azərbaycan biznes forumu keçirilib. Tədbirdə qida sənayesi, kənd təsərrüfatı, tikinti, energetika, turizm, İKT və s. sahələrdə 30-a yaxın Azərbaycan şirkəti, ümumilikdə hər iki tərəfdən 100-ə yaxın iş adamı iştirak edib.
Monteneqro İqtisadiyyat Palatasının nümayəndəsi ölkəsinin iqtisadi potensialı və investisiya mühiti, AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanın biznes və investisiya imkanları, Monteneqronun bir sıra şirkətlərinin nümayəndələri isə təmsil etdikləri şirkətlər barədə təqdimatlarla çıxış ediblər.
Sonra Monteneqro İqtisadiyyat Palatası və Monteneqronun İnvestisiyaların Təşviqi Agentliyi (MİPA) ilə AZPROMO arasında əməkdaşlığa dair anlaşma memorandumları imzalanıb.
Biznes forum iş adamları arasında ikitərəfli görüşlərlə yekunlaşıb.
Səfər çərçivəsində iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Monteneqronun Prezidenti Filip Vuyanoviç tərəfindən qəbul edib. Azərbaycan nümayəndə heyəti Monteneqronun Baş naziri Milo Cukanoviç, Monteneqro Parlamentinin sədri Ranko Krivokapiç, iqtisadiyyat naziri Vladimir Kavariç, maliyyə naziri Radoye Juqiçlə də görüşüb. Görüşlərdə Azərbaycan və Monteneqro arasındakı iqtisadi əlaqələr və əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib.
Səfər zamanı iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Kumbor şəhərində Monteneqronun Baş naziri Milo Cukanoviç ilə birlikdə “Portonovi” turizm layihəsinin icrasına başlanması mərasimində iştirak edib.
Həmin gün axşam Azərbaycan Respublikasının Monteneqrodakı Diplomatik nümayəndəliyi tərəfindən, Azərbaycandan gələn heyətə və Monteneqro tərəfindən bir çox dövlət rəsmilərinin iştirakı ilə axşam ziyafəti verilib.
Azərbaycan nümayəndə heyəti, həmçinin, “Kral Parkı”nda görkəmli Azərbaycan dramaturqu Hüseyn Cavidin büstünü ziyarət edərək, önünə tər çiçək dəstələri düzüblər.
Çox fərəhli haldır ki, son illər Azərbaycan şirkətləri Monteneqronun iqtisadi, mədəni, turizm həyatında çox önəmli bir mövqe tutmaqdadır. Ölkələr arasında mal dövriyyəsi ilbəil artır. Azərbaycan sahibkarları bu ölkənin biznes həyatında önəmli yatırımlar həyata keçirir.
Keçən il Monteneqro dövlətinin Azərbaycan Respublikasında Fəxri Konsulluğunun təntənəli açılışı oldu. Hər keçən gün Konsulluq iki ölkə arasında olan münasibətlərin inkişafına öz töhfəsini verməkdədir. Buna bariz örnəklərdən biri, ilk dəfə olaraq, məhz Azərbaycanda Monteneqro yatırımçılarının şirkət açmaq imkanına nail olmalarıdır. Yeni yaradılan Herceg Novina “CAPİTA” LTD şirkətinin əsas fəaliyyət istiqaməti daşınmaz əmlak, konsaltinq və investisiya layihələrinin həyata keçirilməsindən ibarətdir.
“CAPITA” LTD şirkətinin təsisçisi olan cənab Nenad Vitomiroviçin ciddi və əzmkar səyləri ilə araya-ərsəyə gələn bu şirkət ölkəmizdə qeyri-neft sektorunun inkişafını çox yüksək qiymətləndirir və Azərbaycanın parlaq gələcəyinə inandığını bildirir. Məqsədi iki ölkə arasında iqtisadi əlaqələrdə öncül mövqelərdən birini tutmaqdır. Məqsədi iki ölkə arasında biznes imkanlarını araşdırmaq, idxal-ixrac əməliyyatlarını müvəffəqiyyətlə həyata keçirəcək şirkətlərə dəstək vermək, bir sıra konsaltinq xidmətləri həyata keçirməkdən ibarətdir. Məlumat üçün onu da qeyd edək ki, “CAPITA” LTD Avropada tanınmış nüfuzlu şirkətlərdən biridir. Azərbaycanda bu şirkətin təmsilçiliyinin açılması fərəhli haldır.
Eyni zamanda, Fəxri Konsulluğun dəstəyi ilə Azərbaycan və Monteneqro turizm şirkətləri arasında növbəti çarter reyslərinin həyata keçirilməsi planlaşdırılır. Uçuşları Azərbaycan Hava Yolları (AHY) həyata keçirəcək. Uçuşlar 26 iyun 2014-cü ildən etibarən həftədə bir dəfə reallaşdırılacaq. Layihəyə dəstək verdiyinə görə AHY rəhbərliyinə dərin təşəkkürlərimizi bildiririk.
Vüqar ƏLİYEV,
Monteneqro dövlətinin Azərbaycan Respublikasındakı
fəxri konsulu
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32
Dünya
05 May 20:18
Gündəm
05 May 20:06
Dünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Gündəm
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Elm
05 May 16:47
Gündəm
05 May 16:30
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35

