Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Rusiyanın Həştərxan vilayətinin nümayəndə heyəti Azərbaycanda işgüzar səfərdə olub

Rusiyanın Həştərxan vilayətinin nümayəndə heyəti Azərbaycanda işgüzar səfərdə olub

02.04.2014 [09:31]

Rusiya Federasiyasının Həştərxan vilayətinin Qubernatoru Administrasiyasının rəhbəri Kanat Şantimirovun başçılıq etdiyi nümayəndə heyəti martın 31-dən aprelin 1-dək Azərbaycanda işgüzar səfərdə olub.
Səfər çərçivəsində nümayəndə heyəti Fəxri xiyabana gələrək xalqımızın Ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzarı önünə əklil qoyub.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə tər güllər düzülüb.
Sonra qonaqlar Şəhidlər xiyabanına gələrək ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad ediblər.
Daha sonra Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin nümayəndə heyəti ilə görüşü olub.
Görüşdə ölkələrimiz arasında tarixi köklərə söykənən dostluq münasibətlərindən danışılıb, Rusiya Federasiyasının Həştərxan vilayəti ilə Azərbaycan Respublikası arasında mövcud sosial-iqtisadi və mədəni əlaqələrin daha da gücləndirilməsi müzakirə olunub, həmçinin dövlətimiz tərəfindən Həştərxan şəhərində həyata keçirilmiş və perspektivdə nəzərdə tutulan layihələr barədə ətraflı fikir mübadiləsi aparılıb.
Görüşdən sonra nümayəndə heyəti ötən il Nərimanov rayonunda dostluq və qardaşlıq rəmzi olaraq ucaldılmış “Bakı və Həştərxan Dostluğu” abidəsi ilə tanış olub.

Paylaş:
Baxılıb: 726 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

YAP xəbərləri

Xəbər lenti

Gündəm

Sosial

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31