“İki sahil” qəzetinin redaksiyasında görüş
17.04.2014 [08:56]
Aprelin 16-da Şimali Kiprin Bakı nümayəndəliyinin rəhbəri Sadettin Topukçu “İki sahil” qəzeti redaksiyasının qonağı olub.
AzərTAc xəbər verir ki, qəzetinin baş redaktoru, Mətbuat Şurası idarə heyətinin üzvü, Əməkdar jurnalist Vüqar Rəhimzadə tarixi tellərlə bir-birinə bağlı olan Azərbaycan ilə Şimali Kipr arasında əlaqələrin inkişafından bəhs edib. Bildirib ki, bu əlaqələr digər sahələrlə yanaşı, mədəni-humanitar sahələrdə də uğurla inkişaf edir.
V.Rəhimzadə əlaqələrin inkişafında mətbuatın rolunu önə çəkərək, bu sahədə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətindən də danışıb. 2010-cu ildə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə Şimali Kiprdə olduğunu xatırladan V.Rəhimzadə bu səfərin onda xoş təəssürat yaratdığını bildirib. Səfər çərçivəsində bir çox universitetlərdə, qəzet redaksiyalarında olarkən yaradılan şəraitdən məmnun qaldığını vurğulayan baş redaktor həmin ali təhsil müəssisələrində təhsil alan Azərbaycan gənclərinin də çoxluq təşkil etməsini uğurlu addım kimi dəyərləndirib.
Qonağa “İki sahil” qəzetinin yaranma tarixi, keçdiyi inkişaf yolu barədə məlumat verilib.
Dövlətimizin azad mətbuatın inkişafına göstərdiyi diqqət və qayğıdan geniş bəhs edən V.Rəhimzadə bildirib ki, bu ənənənin təməli müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Bu siyasət hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan dövləti daim çalışır ki, mətbuatın mövcud problemləri həll olunsun, müstəqil mətbuatımız daha da inkişaf etsin. Mətbuatın qarşısında duran vəzifələr kifayət qədər şərəfli və cəmiyyət üçün əhəmiyyətlidir. Bu vəzifələrin başlıca mahiyyəti ondan ibarətdir ki, bütövlükdə cəmiyyət ehtiyac duyduğu informasiyalarla təmin edilir.
Diplomat Sadettin Topukçu səmimi münasibətdən danışıb, kütləvi informasiya vasitələri arasında əməkdaşlığın faydalı olduğunu vurğulayaraq, əlaqələrin inkişafına dəstək olacağını, bu cür görüşlərin davamlı hal alacağını qeyd edib.
Qonaq redaksiyada yaradılan şəraitlə tanış olub.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

