Beynəlxalq Mətbuat İnstitutunun Dünya Konqresi və Baş Assambleyası öz işini başa çatdırıb
22.04.2014 [09:18]
Umud Rəhimoğlu: “Əl-Cəzirə” ilə birgə Bakıda Qarabağla bağlı konfrans keçirməyi planlaşdırırıq
Beynəlxalq Mətbuat İnstitutunun (BMİ) Cənubi Afrika Respublikasının Keyp Taun şəhərində keçirilən Dünya Konqresi və Baş Assambleyası öz işini başa çatdırıb.
Konqresdə “Jurnalistika və etika”, “Afrikada tədqiqatçı jurnalistlərin hesabatları”, “Təhlükəli ərazilərdə jurnalistika təhlükəsizliyi qaydaları”, “Media azadlığının 20 illiyi”, “Cari proseslərin mətbuat azadlığına təsiri”, “Çinin inkişaf edən dünyada rolu” və s. mövzular ətrafında müzakirələr aparılıb.
Bu barədə AzərTAc-a Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri, Beynəlxalq Mətbuat İnstitutu idarə heyətinin üzvü və Azərbaycan Milli Komitəsinin rəhbəri Umud Rəhimoğlu məlumat verib. U.Rəhimoğlu deyib ki, Baş Assambleyanın iclasında BMİ-nin büdcəsi təsdiq edilib, səlahiyyət müddəti bitməkdə olan idarə heyəti üzvlərinin yerinə yeni üzvlərin namizədliyi nəzərdən keçirilib. Baş Assambleyada Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu tərəfindən namizədliyi irəli sürülən və müzakirəyə çıxarılan “Əl-Cəzirə” telekanalının insan hüquq və azadlıqları departamentinin rəhbəri Sami Əlhaj idarə heyətinə üzv seçilib.
Sami Əlhaj 2001-ci ildə Əfqanıstanda jurnalistika fəaliyyətini həyata keçirən zaman Pakistan ordusu tərəfindən həbs edilib və 2008-ci ilə qədər Amerika Birləşmiş Ştatlarının Qvantanama həbsxanasında saxlanılıb. Müxtəlif zorakılıqlara məruz qalan Sami Əlhaj və çox sayda məhbus etiraz olaraq aclıq aksiyasına başlamışdılar. Uzun müddət işgəncələrə qatlaşan və təhqirlərə dözən Sami Əlhaj 2008-ci ildə Stafford Smith adlı hüquq müdafiəçisinin köməyi ilə bəraət əldə edib.
Mükafatlandırma mərasimindən sonra “Əl-Cəzirə” telekanalının icraçı direktoru Mosefa Souag, baş prodüser Hassan Saeed Elmogummer Zaha, insan hüquq və azadlıqları departamentinin rəhbəri Sami Əlhaj, Qahirə bürosunun rəhbəri Abdelfattah Fayed, BAMF-ın sədri Umud Rəhimoğlu və beynəlxalq əlaqələr üzrə əlaqələndiricisi Vəfadar Rizvanlı arasında görüş olub. Görüşdə “Əl-Cəzirə” telekanalının rəsmiləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqelərini bildirərək daim Azərbaycanın yanında olduqlarını qeyd edib və problemin obyektiv işıqlandırılması ilə münaqişənin həllinə kömək etməyə hazır olduqlarını bildiriblər. Həmçinin, görüşdə BAMF və “Əl-Cəzirə” telekanalı arasında əməkdaşlıq müqaviləsinin imzalanması və Bakıda “Dağlıq Qarabağda insan hüquqları” mövzusunda konfrans keçirilməsi qərara alınıb.
Sonda “Əl-Cəzirə” rəsmiləri Umud Rəhimoğlunu mayın 26-27-də Qətərin paytaxtı Doha şəhərində keçiriləcək “VIII Əl-Cəzirə” Forumunda iştirak etməyə dəvət ediblər. Forum çərçivəsində “Əl-Cəzirə” telekanalı ilə BAMF arasında Əməkdaşlıq Memorandumunun imzalanması və U.Rəhimoğlunun BAMF-ın “Əl-Cəzirə” telekanalının Azərbaycan üzrə informasiya sözçüsü təyin edilməsi planlaşdırılır.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24

