Məcburi köçkünlərlə bağlı gələcək əməkdaşlıq məsələləri müzakirə olunub
23.04.2014 [09:22]
Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov dünən Koreya Respublikasının Azərbaycandakı səfiri Çoi Suk İn ilə görüşüb.
Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən AzərTAc-a məlumat verilib.
Əsasən qaçqın və məcburi köçkünlərlə bağlı gələcək əməkdaşlıq əlaqələrinin müzakirəsinə həsr olunmuş görüşdə Baş nazirin müavini Əli Həsənov Koreya Respublikası ilə Azərbaycan arasında qarşılıqlı əlaqələrin yaxşı əsaslar üzərində qurulduğunu diqqətə çatdırıb. Əli Həsənov son vaxtlar xüsusilə siyasi, iqtisadi, mədəni, təhsil sahələrində əməkdaşlıq əlaqələrinin genişləndiyini vurğulayıb, hökumətlərarası münasibətlərin bundan sonra da inkişaf etdiriləcəyinə əminliyini bildirib.
Ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kimi ciddi bir problemlə üzləşdiyini, bu problemin həlli istiqamətində indiyədək heç bir irəliləyişə nail olunmadığını diqqətə çatdıran komitə sədri dünya birliyinin, güclü dövlətlərin işğalçı Ermənistana təsir və təzyiq imkanlarından istifadə etməməsindən, haqqın, ədalətin bərpasına göz yummasından təəssüfləndiyini, bütün bunlardan isə 1 milyon 200 min soydaşımızın əziyyət çəkdiyini bildirib.
Əli Həsənov deyib: “Düzdür, son illər ölkəmizin iqtisadi inkişafı Azərbaycan dövlətinin bu təbəqədən olan vətəndaşlarının problemlərinin həllini öz üzərinə götürməsinə imkan yaratmışdır. Son 20 ildə bu sahəyə 5,4 milyard dollar həcmində vəsait xərclənmişdir. Bu günədək Dövlət Neft Fondunun vəsaiti hesabına bütün sosial-texniki infrastruktur ilə birlikdə 82 müasir qəsəbə salınmış, 180 min nəfərdən çox qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılmışdır. Lakin münaqişə hələ də özünün ədalətli həllini tapmadığından məcburi köçkünlərimizin çoxu bu gün də ağır şəraitdə yaşamaqdadır”.
Səmimi qəbula və hərtərəfli məlumata görə minnətdarlığını bildirən səfir Çoi Suk İn hələ ötən il Ağcabədi rayonu ərazisində məskunlaşan məcburi köçkünlərlə görüşünü, oradakı müasir qəsəbələrlə, yaradılan hərtərəfli şəraitlə tanışlığını xatırladaraq qeyd edib ki, Azərbaycan dövlətinin bu istiqamətdə gördüyü işlər onda böyük məmnunluq hissi doğurub. Diplomat bütün bunlara rəğmən Koreya Respublikasının ölkəmizdəki səfirliyində məcburi köçkünlərin problemlərinin həllinə az da olsa kömək göstərmək məqsədilə məcburi köçkün məktəblərində müxtəlif müsabiqələr təşkil etmək, onları mükafatlandırmaq kimi layihələr həyata keçirmək qərarına gəldiklərini, bununla bağlı Azərbaycanda fəaliyyət göstərən Koreya şirkətləri ilə də razılaşmalar əldə etdiklərini bildirib.
Görüşdə azərbaycanlı və koreyalı tələbələrin təhsil, təcrübə mübadiləsi və digər maraq doğuran məsələlər də müzakirə edilib.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45

