Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

23.04.2014 [09:29]

Aprelin 22-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşi ilə görüşüb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, qonağı salamlayan Ali Məclisin Sədri Azərbaycan-Yaponiya əlaqələrinin 1991-ci ildə qurulduğunu xatırladıb, 2000-ci ildən ölkəmizdə Yaponiya, 2005-ci ildən isə Yaponiyada Azərbaycan səfirliyinin fəaliyyətə başladığını bildirib.
Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Yaponiya arasındakı münasibətlərdən bəhs edən Ali Məclisin Sədri kənd təsərrüfatı, təhsil, turizm və digər sahələrdə qarşılıqlı əlaqələrin mövcud olduğunu diqqətə çatdırıb. Ali Məclisin Sədri Tsuquo Takahaşinin səfərinin Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Yaponiya arasındakı əlaqələrin inkişafı baxımından səmərəli olacağına əminliyini bildirib, ona işlərində uğurlar arzulayıb.
Səmimi qəbula görə minnətdarlıq edən Tsuquo Takahaşi ölkələrimiz arasında siyasi, iqtisadi, mədəniyyət və digər sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini bildirib. Səfir diplomatik fəaliyyəti dövründə Azərbaycanla, eləcə də Naxçıvan Muxtar Respublikası ilə qarşılıqlı əlaqələrin inkişafı istiqamətində səylərini əsirgəməyəcəyini qeyd edib.
Görüşdə əlaqələrin gələcək inkişafı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş:
Baxılıb: 830 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Xəbər lenti

Gündəm

Sosial

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31