Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan-Macarıstan əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub

Azərbaycan-Macarıstan əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub

30.04.2014 [09:18]

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Vişeqrad qrupu və Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Proqramı xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısında iştirak etmək üçün Budapeştə səfəri çərçivəsində macarıstanlı həmkarı Janos Martonyi ilə görüşüb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, görüşdə Azərbaycan ilə Macarıstan arasında ikitərəfli əlaqələrin inkişaf perspektivləri, eləcə də enerji, ticarət, mədəniyyət və turizm sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub.
Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün aparılan danışıqlar barədə məlumat verib. O, münaqişənin həlli üçün Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasının vacibliyini vurğulayıb.

Paylaş:
Baxılıb: 874 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Xəbər lenti

Gündəm

Sosial

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31