Gənclər Fondu beşinci qrant müsabiqəsinə yekun vurub
03.05.2014 [10:03]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.
Fonddan AzərTAc-a bildiriblər ki, iclasın gündəliyinə beşinci qrant müsabiqəsinin nəticələrinin müzakirəsi, əvvəlki müsabiqə çərçivəsində maliyyələşdirilmiş layihələrin icra vəziyyəti, resipiyentlər tərəfindən quruma təqdim olunan sənədlərin siyahısına dəyişikliklər olunması və digər məsələlər daxil edilib.
Müşahidə Şurasının sədri, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov beşinci qrant müsabiqəsi barədə məlumat verərək bildirib ki, 2013-cü il dekabrın 29-dan 2014-cü il fevralın 10-dək Fonda “A” (yerli layihələr), “B” (beynəlxalq layihələr) və “C” (fiziki şəxslərin layihələri) kateqoriyaları üzrə 1065 layihə təklifi daxil olub. Fevral-aprel ayları ərzində layihələr Fondda sistemləşdirilib və təhlil olunub, hər biri haqqında annotasiya və rəy hazırlanıb, bəzi müraciətçilərlə görüşlər keçirilib.
Müşahidə Şurasının üzvləri əvvəlki müsabiqələr çərçivəsində maliyyələşdirilmiş layihələrin hesabatlarını təqdim etməmiş gənclər təşkilatlarının və fiziki şəxslərin müraciətlərinə baxılmaması barədə razılığa gəliblər. Digər təkliflər qiymətləndirilərkən, ilk növbədə ictimai əhəmiyyət kəsb edən, gənclərin sosial, fiziki, intellektual və mənəvi inkişafına xidmət edən, real icra planı və büdcəsi olan layihələrə üstünlük verilib. Aparılan müzakirələr nəticəsində “A” kateqoriyası üzrə 135, “B” kateqoriyası üzrə 13 və “C” kateqoriyası üzrə 288 layihənin dəstəklənməsi məqsədəuyğun sayılıb. Barələrində müsbət qərar qəbul olunmuş 436 layihənin maliyyələşdirilməsi üçün Fond tərəfindən 2 milyon 581 min 600 manat vəsaitin ayrılması qərara alınıb (həmin layihələrin siyahısı 2014-cü il mayın 5-də Fondun rəsmi internet səhifəsində yerləşdiriləcək).
Daha sonra Fondun icraçı direktoru Fərhad Hacıyev dördüncü qrant müsabiqəsi çərçivəsində maliyyələşdirilmiş layihələrin icra və hesabatlılıq vəziyyəti barədə məlumat verib, bir sıra rəqəm və göstəriciləri Müşahidə Şurasının diqqətinə çatdırıb.
Şura üzvləri bütün layihələrin monitorinqinin davam etdirilməsinin zəruriliyini vurğulayıb, monitorinq prosesinin səmərəliliyinin artırılmasına yönələn təkliflər irəli sürüblər.
İclasda Gənclər Fondu tərəfindən maliyyələşdirilmiş layihələrin icrasının yekunu ilə bağlı resipiyentdən tələb olunan sənədlərin siyahısına dəyişikliklərin edilməsi barədə məsələ müzakirəyə çıxarılıb.
Tahir Süleymanov deyib ki, son vaxtlar ayrı-ayrı gənclər təşkilatları və fiziki şəxslər Müşahidə Şurasına müraciət edərək təsviri və maliyyə hesabatlarının verilməsi üçün Fonda təqdim olunan sənədlərin siyahısına müəyyən düzəlişlərin olunmasını xahiş ediblər. Bu məsələ ilə əlaqədar həm Fondun aparatı, həm də qrant verən analoji qurumlarla fikir mübadiləsi aparılıb. İclasda həmin siyahıda dəyişikliklərin edilməsi məqsədilə Şura üzvlərindən, Fond əməkdaşlarından və ekspertlərdən ibarət komissiya yaradılıb, sənəd hazırlandıqdan sonra razılaşdırılması üçün müvafiq dövlət orqanlarına göndərilməsi qərara alınıb.
Müşahidə Şurası işini cari məsələlərin müzakirəsi ilə davam etdirib.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17

