Birləşmiş Ştatların Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyi dəyişməzdir
09.05.2014 [10:00]
Mayın 7-də ABŞ Dövlət Departamentində keçirilən brifinqdə Cənubi Çin dənizində Vyetnam və Çin arasında ərazi münaqişələri, Çinə məxsus balıqçı gəmilərinin Filippinin ərazi sularında yaxalanması, Suriyada vətəndaş müharibəsi, Ukraynada vəziyyət, Nigeriyada məktəbli qızların girov götürülməsi və s. ilə bağlı suallara cavab verilib.
ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin “Beynəlxalq Sülh uğrunda Karnegi Fondu”nda çıxışında ABŞ-ın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair siyasəti barədə bəyanatını xatırladan AzərTAc-ın Birləşmiş Ştatlardakı xüsusi müxbiri Yusif Babanlı belə bir sualla müraciət edib: Həmin çıxışa ABŞ-ın münaqişənin həllinə dair səylərini fəallaşdırması səbəb olubmu və yaxın gələcəkdə Amerikadan yeni təkliflər gözləmək olarmı? AzərTAc-ın xüsusi müxbiri belə bir məsələni də vurğulayaraq deyib: “Kaliforniya ştatı Assambleyasının Qaydalar Komitəsi mayın 5-də erməni lobbisinin təzyiqi ilə ABŞ hökumətini Dağlıq Qarabağdakı qanunsuz rejimi tanımağa çağıran qanun layihəsini bəyənmişdir və ştatın qanunverici məclisinin üzvləri mayın 8-də qanun layihəsinin qəbul edilməsinə səs verəcəklər.
Bu məsələnin ştatın qanunvericiliyinin sərəncamında olmasına baxmayaraq, ABŞ hökuməti həmin sənəd barəsində hansı mövqedən çıxış edir və Dövlət Departamenti bu məsələ ilə bağlı Kaliforniya ştatı Assambleyasının rəhbərliyinə müraciət edəcəkmi?”
ABŞ Dövlət Departamentinin mətbuat katibi Cen Psaki birinci suala cavab verərək qeyd edib ki, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik “Beynəlxalq Sülh uğrunda Karnegi Fondu”ndakı çıxışında Birləşmiş Ştatların siyasətini və münaqişənin sülh yolu ilə həllinin əsasını təşkil edəcək hamı tərəfindən qəbul olunmuş prinsipləri şərh edib. Cen Psaki deyib: “Hesab etmirəm ki, Ceyms Uorlikin bu çıxışı yeni təkliflərin ortaya çıxdığını təsdiq edir. Həmin çıxışda bizim daimi mövqeyimiz yenidən səslənmiş və bu prosesə sadiqliyimiz ifadə olunmuşdur”.
Kaliforniya ştatı Assambleyasının nəzərdən keçirdiyi qanun layihəsinə dair məsələ ilə tanış olmadığını bildirən Cen Psaki onu aydınlaşdıracağını vəd edib.
Xəbər lenti
Hamısına baxSiyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57

