Azərbaycanda yerli istehsalı genişləndirmək üçün ardıcıl tədbirlər görülür
14.05.2014 [09:18]
Prezident İlham Əliyev: İstehsalı mümkün olan bütün məhsullar Azərbaycanda istehsal edilməlidir və biz idxaldan asılılığımızı azaltmalıyıq
Məlumdur ki, dünyanın ayrı-ayrı ölkələri bir neçə il bundan əvvəl başlanan qlobal maliyyə-iqtisadi böhranının ağır fəsadlarını hələ də tam aradan qaldıra bilməyiblər. Maliyyə resurslarının azalması, satış-təchizat mexanizminin pozulması, iş yerlərinin ixtisara salınması, istehsalın kəskin şəkildə aşağı düşməsi hətta inkişaf etmiş ölkələrin iqtisadiyyatında belə ciddi kataklizmlərlə müşayiət olunur. Bir sözlə, böhrandan əvvəlki səviyyənin bərpa olunması dünya iqtisadiyyatı üçün hələ də əsas vəzifələrdən biri olaraq qalmaqdadır.
Son illərdə dünya iqtisadiyyatında müşahidə edilən arzuolunmaz tendensiyalarla müqayisədə Azərbaycan sabitlik və inkişaf adası kimi diqqəti cəlb edir. Ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, məqsədyönlü islahatların reallaşdırılması, müasir dövrün tələblərinə uyğun təşkilati-struktur tədbirlərinin həyata keçirilməsi sayəsində Azərbaycan iqtisadiyyatı hətta qlobal maliyyə-iqtisadi böhranı şəraitində belə öz yüksək dayanıqlığını qoruyub saxlamağa, istehsalın həcmini və rəqabət qabiliyyətini artırmağa nail olub.
Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında söylədiyi dərin məzmunlu nitqində Prezident İlham Əliyevin vurğuladığı kimi, ötən ildə və cari ilin birinci rübündə Azərbaycan dinamik inkişaf tempini qoruyub saxlaya bilib. Son illərdə iqtisadiyyatımızda 3 dəfədən çox artıma nail olunub. Ümumi daxili məhsulun (ÜDM) strukturu əhəmiyyətli dərəcədə yaxşılaşıb. Son 10 ildə ölkədə bir milyon 200 min iş yeri açılıb, yoxsulluq 5,3, işsizlik 5 faizə endirilib. Qeyd olunan dövrdə ölkə iqtisadiyyatına 160 milyard dollar investisiya cəlb edilib, yol-nəqliyyat infrastrukturu yenilənib, yeni layihələr həyata keçirilib, əhalinin içməli suya, enerjiyə tələbatının tam ödənilməsi istiqamətində önəmli addımlar atılıb.
Cari ilin birinci rübündə ölkəmizdə 13,2 milyon manat həcmində ÜDM istehsal olunub. Ümumi daxili məhsulun 48,4 faizi sənaye sahələrinin, 9,6 faizi inşaat kompleksinin, 2,4 faizi kənd təsərrüfatının payına düşür. Əlbəttə, son illərdə Azərbaycan iqtisadiyyatının inkişafını şərtləndirən əsas cəhət qeyri-neft sektorunun parametrləri ilə bağlı olub. Prezident İlham Əliyev iqtisadi sahədə diversifikasiya siyasətinə ciddi önəm verir: “İqtisadiyyatın şaxələndirilməsi bizim əsas prioritetimizdir. Hesab edirəm ki, biz buna nail ola bilmişik. Çünki artıq uzun müddət ərzində qeyri-neft sektorumuz sürətlə artır”.
Qeyd edək ki, dövlət başçısının ardıcıl səyləri sayəsində ötən il qeyri-neft sektorunda 10 faiz, cari ilin birinci rübündə isə 8,8 faiz artıma nail olunub. Başqa bir göstərici də Azərbaycan iqtisadiyyatının sağlam durumda olmasını xarakterizə etmək baxımından çox önəmlidir. Belə ki, son illərdə respublikamızda genişmiqyaslı infrastruktur layihələrinin reallaşdırılmasına baxmayaraq, ölkənin valyuta ehtiyatları durmadan artaraq hazırda 53 milyard dollara çatıb.
Regionların sosial-iqtisadi inkişafı ilə bağlı mərhələlərlə qəbul olunan iki Dövlət Proqramının müvəffəqiyyətlə icra olunması, yeni neft strategiyasının uğurla reallaşdırılması ilə paralel surətdə iqtisadiyyatda konkret hədəflərə istiqamətlənən diversifikasiya siyasətinin həyata keçirilməsi nəticəsində müstəqil Azərbaycanın sənaye-istehsal xəritəsi istər coğrafi, istərsə də struktur baxımından əhəmiyyətli dərəcədə dəyişib. Diqqəti çəkən əsas məqamlardan biri də odur ki, məqsədyönlü şaxələndirmə siyasəti nəticəsində respublikamızda böyük perspektiv vəd edən istehsal tutumlu modern iqtisadiyyat formalaşmaqdadır. Qazanılan uğurlu nəticələri davam etdirmək və daha mühüm hədəflərə nail olmaq üçün regionların sosial-iqtisadi inkişafı ilə bağlı növbəti 5 ili əhatə edəcək yeni Dövlət Proqramı qəbul edilib. Yeni Dövlət Proqramının reallaşdırılması ilə əhalinin məşğulluğunun daha dolğun təmin olunması, istehsalın həcminin artırılması, iqtisadiyyatın şaxələndirilməsi və digər belə mühüm istiqamətlər üzrə yeni nailiyyətlərin əldə olunacağı şəksizdir.
Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda dauran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev diqqəti Azərbaycan iqtisadiyyatının perspektiv inkişafı ilə bağlı mühüm məqamlara yönəldib. “Hesab edirəm ki, biz Azərbaycanda istehlak edilən və istehsalı mümkün olan digər məhsulların istehsalı ilə ciddi məşğul olmalıyıq. Onların arasında tikinti materiallarının istehsalı hesab edirəm ki, diqqəti çəkməlidir. Çünki istehsalı mümkün olan bütün məhsullar Azərbaycanda istehsal edilməlidir və biz idxaldan asılılığımızı azaltmalıyıq”.
Dövlət başçısının qarşıya qoyduğu hədəflərdən biri də ölkədə ixracyönümlü, rəqabətədavamlı məhsul istehsalının genişləndirilməsi ilə bağlıdır: “Eyni zamanda, biz ixrac imkanlarımızı artırmalıyıq. Mən əminəm ki, indi kənd təsərrüfatı ilə bağlı aparılan islahatlar-məhsuldarlığın artırılması, subsidiyalarda şəffaflığın təmin edilməsi, kənd təsərrüfatı texnikasının daha da böyük həcmdə alınması və digər tədbirlər nəticəsində bizdə daha da böyük ixrac potensialı yaranacaq və bizim artan daxili tələbat Azərbaycanda istehsal olunacaq kənd təsərrüfatı məhsullarını həzm edə bilməyəcəkdir. Ona görə də ixrac imkanlarımızı artırmalıyıq”.
Prezident İlham Əliyev yerli istehsalın artırılması ilə paralel surətdə keyfiyyət amilinə də ciddi yanaşmağı prioritet vəzifə kimi qarşıya qoyub. Azərbaycanda istehsal olunan məhsullar ən yüksək dünya standartlarına cavab verməlidir.
Prezident İlham Əliyevin vurğuladığı kimi, ölkəmizdə yerli istehsalın rəqabət qabiliyyətli məhsullar hesabına artırılması üçün hər cür imkan vardır. İlk növbədə dövlət başçısının siyasi iradəsi, ölkədəki əlverişli sahibkarlıq və investisiya mühiti Azərbaycan iqtisadiyyatını həm də yerli istehsal hesabına gücləndirməyin mühüm şərtləridir. Əlbəttə ki, ölkənin əlverişli coğrafi-iqlim xüsusiyyətləri, əhalinin məşğulluq ənənələri və güclü maddi potensial da yerli istehsalın həcmini bir neçə dəfə artırmağı mümkün və labüd edir.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39
Dünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42

