/ / “The Business Year” jurnalının Azərbaycana həsr olunmuş xüsusi buraxılışının Bakıda təqdimatı keçirilib
“The Business Year” jurnalının Azərbaycana həsr olunmuş xüsusi buraxılışının Bakıda təqdimatı keçirilib
15.05.2014 [09:07]
Birinci xanım Mehriban Əliyeva dünyada “İlin Birinci Xanımı” mükafatına layiq görülüb
Mayın 14-də Bakıda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və “The Business Year” şirkətinin təşkilatçılığı ilə “The Business Year: Azerbaijan-2014” nəşrinin təqdimat mərasimi keçirilib.
AzərTAc xəbər verir ki, təqdimat mərasimində Azərbaycanın dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, ictimaiyyətin və KİV-lərin nümayəndələri iştirak ediblər.
Tədbirdə “The Business year: Azerbaijan-2014” nəşrinin xüsusi buraxılışı barədə slayd şou nümayiş etdirilib.
Nəşrin regional direktoru xanım Betül Çakaloğlu çıxış edərək Azərbaycana həsr olunmuş buraxılış barədə iştirakçılara məlumat verib.
B.Çakaloğlu Azərbaycanın dinamik inkişafını, dünyanın geosiyasi məkanında fəal iştirak etdiyini, ölkəmizin mühüm beynəlxalq ictimai, siyasi, iqtisadi, humanitar forumlara, konfranslara, idman yarışlarına ev sahibliyi etdiyini xüsusi vurğulayıb.
B.Çakaloğlu “The Business year: Azerbaijan-2014” nəşrinin ərsəyə gəlməsində kömək göstərmiş Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinə və digər qurumlara təşəkkürünü bildirib.
Diqqətə çatdırılıb ki, baş ofisi Londonda yerləşən “The Business Year” dünyanın müxtəlif bölgələrini - Latın Amerikası, Asiya və Afrikanı əhatə edən geniş coğrafiyada sosial-iqtisadi prosesləri izləyən və öz nəşrində işıqlandıran nüfuzlu şirkətdir.
“The Business Year” şirkəti ayrı-ayrı ölkələrin sosial-iqtisadi durumu və inkişaf meylləri, biznes və investisiya mühiti, aparıcı qurumları və digər məsələlər haqqında ildə 20-dən çox xüsusi buraxılış hazırlayır və bütün dünyada yayır. Şirkətin xüsusi buraxılışları dünyanın aparıcı biznes layihələrinin reallaşdırılmasına öz töhfəsini verir.
“The Business Year” nəşrinin baş redaktoru Leland Rays jurnalın əhatə dairəsinə 30 ölkənin daxil olduğunu, bunların içərisində Azərbaycanın xüsusi yer tutduğunu qeyd edib. Baş redaktor Azərbaycanın son 10 ildə iqtisadi uğurlar əldə etdiyini bildirərək deyib: “Son 4 il ərzində jurnal Azərbaycan ilə çox sıx əməkdaşlıq əlaqələri qurmuşdur. Azərbaycanın iqtisadi uğurlarını işıqlandırmaq bizim üçün şərəfdir. Biz jurnalın oxucu auditoriyasının Azərbaycana olan marağının artmasını müşahidə edirik”.
* * *
Azərbaycan Respublikası Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov təqdimat mərasimində çıxış edərək deyib:
- Bu gün dünyanın müxtəlif ölkələrində, nüfuzlu beynəlxalq qurumlarda, ayrı-ayrı mötəbər tədbirlərdə inkişafın Azərbaycan modeli, Azərbaycan fenomeni haqqında çox danışılır. Bu fenomen nədən ibarətdir və Azərbaycan belə yüksək göstəriciyə necə nail oldu? Hesab edirəm ki, bunun əsasında Ümummilli lider Heydər Əliyevin formalaşdırdığı ideya-siyasi xəttin, inkişaf strategiyasının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən zənginləşdirilərək, müasir dövrün reallıqları, inkişaf meylləri nəzərə alınmaqla, konseptual şəkildə, konkret proqramlar əsasında uğurla davam etdirilməsi amili durur. Cənab İlham Əliyevin 10 illik prezidentliyi dövründə Azərbaycanın identikliyi, özünəməxsus cəhətləri sürətlə inkişaf etdirildi və bütün dünyaya təqdim olundu.
Məlum olduğu kimi 2013-cü ildə “The Business Year” şirkəti Azərbaycan Prezidenti İlham Əliyevi dünyada “İlin Prezidenti” elan etmişdir. Bunun əsas səbəbləri dövlət başçısının son beş ildə Azərbaycanın dinamik inkişafına, dünyanın geosiyasi məkanında fəal iştirakına, BMT-nin Təhlükəsizlik Şurasının üzvü kimi qlobal arenada sülh və təhlükəsizliyin təmin olunmasına, ilk “Azərspace” telekommunikasiya peykinin orbitə çıxarılması ilə bölgədə və dünyada internetin, informasiya-kommunikasiya texnologiyaları sektorunun inkişafına verdiyi önəmli töhfələr, habelə ölkənin mühüm beynəlxalq ictimai, siyasi, iqtisadi, humanitar forumların, konfransların, idman yarışlarının keçirildiyi mərkəzə çevrilməsindəki xidmətləri olmuşdur. Göründüyü kimi, bu səbəblərin hər biri Azərbaycanın müasir tarixində ölkəmizin identikliyini şərtləndirən vacib amillərdir.
Bu gün milli nümunə, milli identiklik barədə danışarkən biz 6 istiqaməti əsas götürürük:
Birinci nümunə. Azərbaycan heç kimdən asılı olmayan, milli maraqlara uyğun, tam müstəqil daxili və xarici siyasət yürüdən dövlətdir. Bunun bariz nümunəsi kimi 2012-ci ildə Azərbaycanın güclü rəqabət şəraitində 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına üzv seçilməsini və dünyanın nəhəng dövlətləri ilə birlikdə beynəlxalq münasibətlər sistemində yaxından iştirak etmək hüququ qazanmasını göstərmək olar. Azərbaycan bu qurumda iki illik fəaliyyəti ilə təsdiq etdi ki, böyüklüyündən, kiçikliyindən asılı olmayaraq, tam müstəqil siyasət yürüdən hər bir dövlət öz nümunəsini ortaya qoya və dünyada humanist dəyərlərin, ədalət prinsipinin, sülh və təhlükəsizliyin möhkəmlənməsinə layiqli töhfələr verə bilər. Deməli, tam müstəqil siyasət nəticəsində Azərbaycan beynəlxalq münasibətlər sisteminin öz səsi, mövqeyi olan, rəyinə hörmətlə yanaşılan nüfuzlu subyektinə çevrilmişdir ki, bu da cəmi 20 ildir dövlət müstəqilliyini əldə etmiş bir ölkə üçün çox böyük uğur hesab oluna bilər.
İkinci nümunə. 2003-cü ildən başlayaraq sürətli sosial-iqtisadi inkişaf mərhələsinə qədəm qoyan Azərbaycan həm də dünyaya özünün yeni inkişaf modelini təqdim etmişdir. Son 10 ildə Azərbaycan iqtisadiyyatı 3 dəfədən çox artmış, yoxsulluq və işsizlik minimum səviyyəyə endirilmiş, yeni sosial-iqtisadi infrastruktur formalaşdırılmış, cəmiyyətimiz, ölkəmiz müasirləşmişdir. Azərbaycan regionun nəqliyyat-logistika mərkəzinə çevrilmiş, bölgənin və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində ciddi rol oynamağa başlamış, öz peykini orbitə çıxararaq kosmik klubun üzvü olmuşdur. Azərbaycan öz təcrübəsi ilə bütün dünyaya göstərmişdir ki, ərazisinin 20 faizi işğal edilmiş, bir milyondan artıq qaçqın və məcburi köçkün vətəndaşı olan kiçik bir dövlət belə, ağıllı, düşünülmüş iqtisadi siyasət nəticəsində dünya nəhənglərinin iqtisadi tənəzzüldən əziyyət çəkdiyi bir dövrdə qibtə olunacaq inkişaf və tərəqqiyə imza ata bilər. Azərbaycan həm də dünyaya səs salan şirkətləri, brendləri ilə tanınmışdır. Bu gün Türkiyə iqtisadiyyatına 20 milyard dollardan artıq yatırım edən, Avropanın inkişaf etmiş ölkələrinin iqtisadi sistemində, ciddi rəqabət şəraitində özünə mövqe qazanmış SOCAR dünyanın bp, “Statoil”, “Şevron” və digər transmilli enerji nəhəngləri ilə bir sırada dayanır.
Yaxud, “ASAN xidmət” məhz Azərbaycan brendi kimi dünyada ad çıxarmış, bir sıra ölkələrdə bu mütərəqqi təcrübənin tətbiq edilməsi müzakirə mövzusuna çevrilmişdir. Eləcə də “The Business Year” tərəfindən fəaliyyəti qiymətləndirilən və rəhbərləri bugünkü tədbirə qatılmış çoxsaylı şirkətlərimiz dünyanın nüfuzlu biznes dairələrində öz adları ilə, eyni zamanda, Azərbaycanın brendi kimi tanınır, ölkəmizi layiqincə təmsil edirlər. Deməli, Azərbaycan həm özünün inkişaf nümunəsi, həm də brendləri ilə dünyada tanınan bir ölkəyə çevrilmişdir. Məhz bu fenomenal inkişafın nəticəsidir ki, ölkəmizin daimi iştirakçısı olduğu Dünya Davos İqtisadi Forumu 2013-cü ildə Azərbaycanda keçirilmiş və bu mötəbər qurum Azərbaycanın inkişaf nümunəsini öyrənməyə başlamışdır.
Üçüncü nümunə. Son 10 ildə Azərbaycan mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanına çevrilərək bütün dünyaya öz tolerantlıq, humanizm nümunəsini təqdim edir. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Beynəlxalq Humanitar Forum və digər bu kimi mötəbər tədbirlərə ev sahibliyi edən Bakı şəhəri bu gün Avrasiya məkanında beynəlxalq humanitar mərkəz statusu qazanmışdır. Azərbaycan məscidin, kilsənin və sinaqoqun yan-yana fəaliyyət göstərdiyi nadir tolerantlıq məkanı kimi bütün dünyada tanınır və qəbul edilir. Təbii ki, Azərbaycanın bu identikliyini şərtləndirən ən başlıca amil Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq ideyasının bütün Azərbaycan vətəndaşlarının düşüncəsinə hakim kəsilməsi və milli vətəndaş birliyini möhkəmləndirməsidir. Bu sahədə Heydər Əliyev Fondunun və onun prezidenti, Azərbaycanın birinci xanımı, xoşməramlı səfir Mehriban Əliyevanın yorulmaz fəaliyyəti xüsusi qeyd edilməlidir. Heydər Əliyev Fondu cəmiyyətin dinamik inkişafına verdiyi mühüm töhfələrə, Azərbaycan mədəniyyətinin dünyada təbliği sahəsində əvəzsiz xidmətlərinə, ümumdünya mədəni irsinin qorunub-saxlanması işinə hərtərəfli dəstəyinə, sosial ədalət və humanizm prinsiplərinə sadiqliyinə görə, həm Azərbaycan cəmiyyətində, həm də dünyada böyük nüfuz və etimad qazanmışdır. Heydər Əliyev Fondu öz humanitar missiyası ilə milli və qlobal müstəvidə olduqca vacib məsələlərin həllinə özünəməxsus yenilik gətirmişdir ki, bu da, əlbəttə, növbəti Azərbaycan nümunəsi kimi səciyyələndirilməlidir. Buna görə də “The Business Year” şirkəti Mehriban xanım Əliyevanı dünyada “İlin Birinci Xanımı” mükafatına layiq görmüşdür.
Dördüncü nümunə. Ötən illər ərzində Azərbaycanda Olimpiya hərəkatı geniş vüsət almış, nəhəng, müasir idman infrastrukturları yaradılmış, idmançılarımız dünyanın müxtəlif ölkələrində keçirilən mühüm beynəlxalq yarışlarda böyük uğurlara imza atmışlar. 2012-ci il London Olimpiya Oyunlarında Azərbaycan 2-si qızıl olmaqla 10 medal qazanaraq bütün iştirakçı ölkələr arasında 30-cu, Avropa ölkələri arasında 15-ci, müsəlman ölkələri arasında isə 3-cü yeri tutmuşdur. Eyni zamanda, ötən illər ərzində ölkəmiz bir çox beynəlxalq turnirlərə ev sahibliyi edərək böyük təcrübə qazanmışdır. Azərbaycan qısa zaman kəsiyində bu sahədə də yeni nümunə ortaya qoymuş və sübut etmişdir ki, ən nəhəng tədbirlərə uğurla ev sahibliyi etmək iqtidarındadır. Hesab edirəm ki, Avropa Olimpiya Komitəsinin 2015-ci ildə tarixdə ilk dəfə Avropa Oyunlarının Azərbaycanda keçirilməsi barədə qərarı bu inkişaf nümunəsinin Avropa ictimaiyyəti tərəfindən qəbul edilməsinin məntiqi nəticəsidir.
Onu da etiraf etməliyik ki, 2000-ci ilin əvvəlində Azərbaycanda ilk Olimpiya Kompleksinin təməli qoyulanda 10 il sonra ölkəmizin belə böyük nailiyyətə imza atacağını ehtimal etmək çətin idi.
Beşinci nümunə. Azərbaycan hazırda regional və qlobal səviyyəli mərkəzə çevrilmişdir. Məlumdur ki, Şərq ilə Qərbin kəsişməsində yerləşən Azərbaycan olduqca əlverişli coğrafi və geostrateji əhəmiyyətə malik ölkədir. Ancaq tarixən biz bu üstünlüyümüzdən milli mənafelərimiz, xalqımızın maraqları naminə lazımi səviyyədə istifadə edə bilməmişdik. Məhz Ümummilli lider Heydər Əliyev 1993-cü ildə ikinci dəfə hakimiyyətə gəldikdən sonra enerji amili ilə yanaşı, bu amil də Azərbaycanın reallaşdırdığı siyasi kursun əsas rıçaqlarından birinə çevrilmişdir. Son 10 ildə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan regional və qlobal mərkəz statusunu qazanmışdır. Bu gün Azərbaycanın rəyi və mövqeyi nəzərə alınmadan Cənubi Qafqaz regionunda hər hansı layihənin reallaşdırılması mümkün deyildir. Bütün böyük regional layihələrin təşəbbüskarı və əsas icraçısı da məhz Azərbaycandır. Göründüyü kimi, müstəqillik dövründə həm enerji, həm də coğrafi və geostrateji amillər Azərbaycanın milli maraqlarına xidmət etməyə başlamış və xalqımıza, milli dövlətçiliyimizə olduqca böyük dividendlər gətirmişdir.
Altıncı nümunə. Müstəqillik illərində Azərbaycanda enerji resurslarının ixracından əldə olunan gəlirlərin istifadə taktikası müəyyənləşdirilmiş, əldə olunan gəlirlər milli inkişafa, Azərbaycan xalqının rifahının yüksəlməsinə yönəldilmişdir. Neft kapitalının insan kapitalına çevrilməsi, gələcək nəsillərin yetişdirilməsi, onlarda ölkənin gələcəyinə sahiblik hissinin tərbiyə edilməsi siyasəti uğurla reallaşdırılır. Prezident İlham Əliyevin bu sahədə atdığı addımlar, həyata keçirdiyi gənclər və təhsil siyasəti hazırda bir milli nümunə kimi bütün xarici aləmin diqqətini cəlb edir.
Beləliklə, 20 illik müstəqillik dövründə, xüsusən də İlham Əliyevin Prezidentliyi dövründə Azərbaycan bütün sahələrdə öz nümunəsini, identikliyini ortaya qoyaraq dünyaya güclü, müstəqil, müasir, davamlı inkişaf edən bir ölkə kimi açılmışdır. Bu gün nüfuzlu beynəlxalq təşkilatların, ayrı-ayrı dövlətlərin, araşdırma mərkəzlərinin, medianın diqqətini ölkəmizə cəlb edən də məhz bu amildir. “The Business Year” şirkətinin 4 ildir ardıcıl olaraq Azərbaycan ilə əməkdaşlığının əsasında da məhz bu nümunəni dünyaya daha yaxından tanıtmaq məqsədi dayanır.
* * *
Sonra müxtəlif nominasiyalar üzrə mükafatlar təqdim edilib.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Azərbaycanın ictimai, sosial və mədəni həyatında fəal iştirakına, cəmiyyətin dinamik inkişafına verdiyi mühüm töhfələrə, mədəniyyətimizin dünyada təbliği sahəsində əvəzsiz xidmətlərinə, həmçinin ümumdünya mədəni irsinin qorunub saxlanması işinə hərtərəfli dəstəyinə, sosial ədalət və humanizm prinsiplərinə sadiqliyinə görə dünyada “İlin Birinci Xanımı” mükafatına layiq görülüb.
Avropa Azərbaycan Cəmiyyətinin sədri Tale Heydərova “İlin Beynəlxalq Dialoqu” mükafatı təqdim edilib.
“Kaspi” Təhsil Mərkəzinə “Vətəndaş Cəmiyyəti Sahəsindəki Nailiyyət” mükafatı verilib.
“Azersun Holdinq” şirkəti “İlin İxracatçısı” mükafatına layiq görülüb.
Azərbaycanın milli maraqlarının təbliğinə görə “Vətənpərvərlik” mükafatı Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənova təqdim edilib.
Tədbirdə “İlin Xarici İnvestoru”, “İlin Korporativ Bankı”, “İlin Aviaşirkət Rəhbəri”, “İlin Mobil İnternet Provayderi”, “İlin İnfrastruktur Yeniliyi”, “İlin İnvestoru”, “İlin Sənaye Şirkəti” mükafatları da təqdim edilib.
Mərasim konsert proqramı ilə davam edib.
Qeyd edək ki, “The Business Year” jurnalının Azərbaycan ilə bağlı xüsusi buraxılışı artıq dördüncü dəfədir nəşr olunur.
Nəşrdə ölkəmizin siyasi, sosial-iqtisadi inkişafının əsas göstəriciləri, beynəlxalq miqyasda artan nüfuzu barədə oxuculara ətraflı məlumat verilir.
Xüsusi buraxılışda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın müsahibələri dərc olunub.
Nəşrin budəfəki qonaq müsahibləri Latviyanın Prezidenti Andris Berzinş, Rumıniyanın Baş naziri Viktor Ponta, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akıncı, Avropa İttifaqının genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle, Dünya Bankının Azərbaycan üzrə meneceri Larisa Leşçenko, bp şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell, “Total E&P Azərbaycan” şirkətinin baş meneceri Kristian Jüdiselli və başqalarıdır. Onlar müsahibələrində Azərbaycanın bölgədə və dünyada artan nüfuzundan, inkişaf dinamikasından, beynəlxalq əlaqələrindən söhbət açıblar.
Budəfəki buraxılışda Azərbaycanın siyasi, iqtisadi, enerji, sosial, mədəni, səhiyyə, idman, sənaye, informasiya-kommunikasiya texnologiyaları, tikinti, nəqliyyat sahələrində son dövrlərdə qazanılmış nailiyyətlərlə bağlı məsul vəzifəli şəxslərin, tanınmış yerli və xarici şirkət rəhbərlərinin müsahibələri də yer alıb. Bundan başqa, Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində ölkəmizin bütün sahələrdə əldə etdiyi nailiyyətlərdən bəhs edən məqalələr də dərc olunub.
Xüsusi buraxılışda paytaxt Bakıda son illərdə aparılan tikinti-quruculuq işləri və ölkəmizin turizm obyektləri ilə bağlı fotoşəkillər yer alıb.
Xəbər lenti
Hamısına baxGündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20

