Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan ilə İsveçrə arasında əlaqələrin inkişafından məmnunluq ifadə edilib

Azərbaycan ilə İsveçrə arasında əlaqələrin inkişafından məmnunluq ifadə edilib

03.06.2014 [09:25]

İyunun 2-də Azərbaycanda rəsmi səfərdə olan İsveçrə Konfederasiyasının Prezidenti Didye Burkhalter xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşüb.
AzərTAc xəbər verir ki, görüşdə Azərbaycan ilə İsveçrə arasında ikitərəfli siyasi, iqtisadi və mədəni əlaqələrin inkişafından məmnunluq ifadə olunub.
İsveçrə Konfederasiyasının Prezidenti Didye Burkhalterin rotasiya qaydalarına uyğun olaraq ATƏT-in fəaliyyətdə olan sədri funksiyasını da daşıdığını nəzərə alaraq, Azərbaycan Respublikası ilə ATƏT arasında mövcud əməkdaşlıq və ATƏT-in gündəliyində duran aktual məsələlər üzrə müzakirələr aparılıb.
Nazir Elmar Məmmədyarov Azərbaycan Respublikasının Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik etdiyini bildirib. Nazir sədrlik dövründə Azərbaycanın irəli sürdüyü prioritetlər haqqında məlumat verib. O, müvafiq olaraq Azərbaycanın Avropa Şurasına, İsveçrənin isə ATƏT-ə sədrlik etdiyini nəzərə alaraq, qarşılıqlı maraq doğuran aktual məsələlər üzrə əməkdaşlığın və birgə layihələrin həyata keçirilməsinin mümkünlüyünü diqqətə çatdırıb.
Təhlükəsizliyin bölünməzliyinin ATƏT-in təməl prinsipi olduğunu deyən nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi haqqında məlumat verərək, münaqişənin həlli üçün, ilk növbədə, Ermənistan qoşunlarının işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu vurğulayıb.
Görüşdə qarşılıqlı maraq doğuran regional məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Paylaş:
Baxılıb: 818 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Xəbər lenti

Gündəm

Sosial

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31