Bakıda Azərbaycan Teatr Xadimləri İttifaqının XIII konfransı keçirilib
24.06.2014 [09:46]
İyunun 23-də “Four Seasons” otelində Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) XIII konfransı keçirilib.
AzərTAc xəbər verir ki, konfransda dövlət və hökumət nümayəndələri, xaricdən gəlmiş qonaqlar, tanınmış elm və mədəniyyət xadimləri iştirak ediblər.
Konfransı ATXİ-nin sədri, Xalq artisti Azərpaşa Nemətov açıb.
Tədbirdə son illər dünyasını dəyişmiş ittifaq üzvlərinin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransda mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək Azərbaycan teatrının keçdiyi tarixi inkişaf yoluna nəzər salıb, əldə olunan nailiyyətlərdən, mövcud problemlərdən və qarşıda duran vəzifələrdən danışıb.
Bildirilib ki, teatrlarımızın yeni inkişaf yoluna çıxmasında ölkəmizə rəhbərliyinin bütün dövrlərində daim mədəniyyət və incəsənətin böyük hamisi kimi bu sahədə çalışanların sonsuz rəğbətini qazanmış Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin xidmətləri misilsizdir. Ulu öndərin bu siyasəti hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Konfransın işinə uğurlar arzulayan nazir yeni seçiləcək ATXİ sədrinin və idarə heyətinin üzvlərinin Azərbaycan teatrının inkişafına töhfələr verəcəyinə inamını ifadə edib.
Tədbirdə ATXİ-nin sədri, Xalq artisti Azərpaşa Nemətov hesabat məruzəsi ilə çıxış edərək son illərdə rəhbərlik etdiyi qurum tərəfindən görülmüş işlərdən və həyata keçirilən layihələrdən danışıb. Qeyd edib ki, ölkəmizdə teatr sənətinin yüksəlişi və dünyaya inteqrasiyası sahəsində bu irimiqyaslı layihələrin gerçəkləşməsində öz tarixini XIX əsrin sonlarından götürən, ölkəmizin ən qocaman yaradıcılıq birliklərindən olan, 117 yaşlı Azərbaycan Teatr Xadimləri İttifaqının da rolu şəksizdir.
Məruzədə vurğulanıb ki, ATXİ fəaliyyəti boyu dövlətimiz tərəfindən həmişə dəstəklənib, qurumun milli teatr sənətinin inkişafı ilə bağlı təkliflərinə daim diqqətlə yanaşılıb.
Sonra ATXİ-nin təftiş və mandat komissiyalarının hesabatları dinlənilib.
Hesabatlar ətrafında Xalq artistləri Hafiz Quliyev, Afaq Bəşirqızı, Hacı İsmayılov, Azərbaycan Memarlar İttifaqı idarə heyətinin sədri Elbəy Qasımzadə və başqaları çıxış edərək ATXİ-nin fəaliyyətini yüksək qiymətləndiriblər.
E.Qasımzadə Xalq artisti Azərpaşa Nemətova Azərbaycan Memarlar İttifaqının idarə heyəti adından fəxri fərman təqdim edib.
Tədbirdə Beynəlxalq Teatr İttifaqları Konfederasiyasının prezidenti Valeri Şadrin çıxış edərək Azərbaycanda yaradıcı insanlara göstərilən diqqət və qayğını yüksək qiymətləndirib və konfransın işinə uğurlar arzulayıb.
Mərasimdə, həmçinin xarici ölkələrin teatrla bağlı birlik və təşkilatlarının təbrik teleqramları oxunub.
Günün ikinci yarısında işini davam etdirən konfransda təşkilati məsələlərə baxılıb.
Xalq artisti Azərpaşa Nemətov açıq səsvermə yolu ilə yenidən Azərbaycan Teatr Xadimləri İttifaqının sədri seçilib.
Xəbər lenti
Hamısına baxDünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22

