İnquş Respublikasının rəhbəri Yunusbek Yevkurov Təzəpir məscid kompleksi ilə tanış olub
25.06.2014 [10:12]
Azərbaycanda səfərdə olan Rusiya Federasiyasının İnquş Respublikasının rəhbəri Yunusbek Yevkurov iyunun 24-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə ilə görüşüb.
AzərTAc xəbər verir ki, əvvəlcə İnquş Respublikasının rəhbəri Yunusbek Yevkurov şeyxülislam Allahşükür Paşazadə ilə birgə Təzəpir məscid kompleksi, Qafqaz Müsəlmanları İdarəsinin kitabxanası, burada saxlanılan qədim kitablarla tanış olub. Təzəpir məscid-kompleksini ziyarət edən qonaq Qafqazın dini liderini səmimi salamlayaraq onunla hər görüşünü yüksək dəyərləndirdiyini bildirib.
Qafqaz Müsəlmanları İdarəsi sədrinin iqamətgahında keçirilən görüşdə ikitərəfli münasibətlər, xalqlarımız arasında dostluq əlaqələri, dini məsələlər barədə fikir mübadiləsi aparılıb.
A.Paşazadə Azərbaycan ilə Rusiya arasında əlaqələrin yüksək səviyyədə olduğunu məmnunluqla qeyd edib.
Şeyxülislam Azərbaycan ilə İnquş Respublikası arasında əlaqələrin inkişafının əhəmiyyətindən danışıb, ölkəmizin tolerantlıq nümunəsi olduğunu vurğulayıb. Diqqətə çatdırıb ki, Azərbaycan və inquş xalqları arasında dostluq münasibətlərinin qədim tarixi var. Bu münasibətlərin inkişafında islam dini mühüm rol oynayır.
Xalqımızın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan şeyxülislam deyib ki, problem ölkəmizin ərazi bütövlüyü çərçivəsində, sülh yolu ilə həll olunmalıdır. Bu, Azərbaycanın dəyişməz mövqeyidir.
Şeyxülislam Qafqaz regionunda sülhün bərqərar olunmasının, sabitliyin vacibliyindən də bəhs edib.
Bakıda olmağından məmnunluğunu bildirən İnquş Respublikasının rəhbəri Yunusbek Yevkurov göstərilən qonaqpərvərliyə və dostluq münasibətlərinə görə təşəkkürünü bildirib.
Qonaq xalqlarımız arasında həmişə səmimi və doğma münasibətlərin olduğunu diqqətə çatdırıb, Azərbaycanda müxtəlif dini konfessiyaların nümayəndələrinin mehriban münasibətindən, əməkdaşlığından məmnunluğunu söyləyib.
Respublikamızda aparılan geniş quruculuq işləri, siyasi, iqtisadi, sosial sahələrdə tərəqqini yüksək dəyərləndirən qonaq Azərbaycanın Qafqaz bölgəsində lider rolu oynadığını xüsusi vurğulayıb. Bildirilib ki, Azərbaycanda mövcud tolerantlıq və din-dövlət münasibətləri bütün Qafqaz üçün örnəkdir.
İnquş Respublikasının rəhbəri Qafqaz regionunda dini radikalizmə qarşı birgə mübarizə aparmağın əhəmiyyətini vurğulayıb. Qəbələdə keçirilən V Azərbaycan-Rusiya Regionlararası Forumunun təşkilini də yüksək qiymətləndirən Yunusbek Yevkurov ətraf rayonlarda da olduğunu, orada yaşayan digər xalqların necə firavan ömür sürdüklərini qeyd edib. Vurğulanıb ki, bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsidir.
Sonda qarşılıqlı hədiyyələr təqdim olunub. Yunusbek Yevkurov Allahşükür Paşazadəyə inquş dilinə tərcümə olunmuş, balıq dərisindən ibarət Qurani-Kərim hədiyyə edib.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56

