/ / Fransanın internet qəzetində Fransa-Azərbaycan enerji əməkdaşlığından bəhs edən məqalə dərc olunub
Fransanın internet qəzetində Fransa-Azərbaycan enerji əməkdaşlığından bəhs edən məqalə dərc olunub
04.07.2014 [10:02]
Fransanın “fr. globalvoicesonline.org” internet qəzetində Fransa-Azərbaycan tərəfdaşlığından bəhs edən “Fransa-Azərbaycan: energetika sahəsində tərəfdaşlıq naminə” sərlövhəli məqalə dərc olunub.
Məqalədə Prezident Fransua Ollandın may ayının əvvəllərində Bakıya səfərinin Fransanın Rusiyadan enerji asılılığına son qoyulması, Azərbaycan ilə iqtisadi və energetika sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məqsədi daşıdığı diqqətə çatdırılıb. Həmçinin Qərb bazarlarına enerji ehtiyatlarının nəqli sahəsində Azərbaycanın Xəzər dənizi hövzəsində mühüm rol oynadığı, Avropanın enerji təhlükəsizliyində alternativ mənbə olduğu qeyd edilib.
Fransua Ollandın Prezident İlham Əliyev ilə görüşündə, ilk növbədə, enerji təhlükəsizliyini müzakirə etdiyini və bu baxımdan Azərbaycanın strateji rolunun yüksək qiymətləndirildiyini diqqətə çatdıran müəllif son illər ölkəmizin neft və qaz ixracı sahəsində qazandığı uğurlardan söhbət açıb. Milli Assambleyanın deputatı, Fransa-Azərbaycan dostluq qrupunun sədri, keçmiş nəqliyyat naziri Tierri Marianinin 2013-cü ilin sonlarında dərc etdirdiyi məqaləyə istinad edilərək Azərbaycanın neft və qaz istehsalından asılılığı azaltmaq məqsədilə qeyri-neft sektorunun, infrastrukturun və yüksək texnologiyanın inkişaf etdirilməsi istiqamətində mühüm layihələr həyata keçirdiyi vurğulanıb.
Azərbaycanın bu sektorlar arasında energetika texnologiyasını inkişaf etdirmək istəyinin xüsusi qeyd olunduğu məqalədə dövlətin günəş və külək enerjisindən istifadəyə də önəm verdiyi və bu istiqamətdə işlər aparıldığı bildirilib. İki ölkə arasında əməkdaşlığın və tərəfdaşlığın gələcək inkişafı ilə bağlı əldə edilən razılığa əsasən Fransanın Souez şirkətinin Azərbaycanda torpaq sahələrinin ekoloji probleminin həllinə əməli yardım göstərməsi barədə, habelə Azərbaycan dəmir yollarının yenidən qurulmasında Alstom şirkəti ilə əldə olunan razılıq da öz əksini tapıb.
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

