/ / Bakıda “Davamlı inkişaf mədəniyyəti: universal və milli dəyərlərin qarşılıqlı əlaqəsi” mövzusunda IV Beynəlxalq elmi konfrans keçirilir
Bakıda “Davamlı inkişaf mədəniyyəti: universal və milli dəyərlərin qarşılıqlı əlaqəsi” mövzusunda IV Beynəlxalq elmi konfrans keçirilir
09.07.2014 [10:43]
İyulun 8-də Bakıda Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin, UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının və Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin birgə təşkilatçılığı ilə “Davamlı inkişaf mədəniyyəti: universal və milli dəyərlərin qarşılıqlı əlaqəsi” mövzusunda IV Beynəlxalq elmi konfrans öz işinə başlayıb.
AzərTAc xəbər verir ki, konfrans Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, UNESCO məsələləri üzrə Rusiya Federasiyası Komissiyası, “BMESU” Akademiyasının Qloballaşma və Davamlı İnkişaf İnstitutu, Cənubi Rusiya Qeyri-Hökumət Ali Məsələləri Assosiasiyası tərəfindən dəstəklənir.
Konfransda 14 ölkədən 25-dən çox alim və mütəxəssis iştirak edir.
Konfransı açan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu gün mədəniyyət anlayışının daha geniş miqyasda başa düşüldüyünü bildirib. Diqqətə çatdırıb ki, bu anlayış artıq cəmiyyətin həyat tərzinin ayrılmaz bir hissəsinə çevrilərək bütün sahələrdə öz amillərinin gücünü göstərir. Davamlı inkişafı mədəniyyətdən kənar təsəvvür etməyin mümkün olmadığını deyən natiq onun insanın, cəmiyyətin hərtərəfli inkişafına, bütün sahələrdə gedən yeniliklərə uyğunlaşmaq imkanı verdiyini qeyd edib. Bildirib ki, bu gün artıq sənayenin, iqtisadiyyatın, enerji sektorunun, ekologiyanın, turizmin mədəni anlayışların çərçivəsində inkişaf etdirilməsindən danışılır. Bu yaxınlarda Azərbaycan “Turizmin qlobal etik kodeksi”ni imzalayıb. Hər hansı sahənin inkişafında mədəni, etik çərçivə vacibdir. Çünki bu çərçivələr müvafiq sahənin daha düzgün inkişafına istiqamət verir.
Ərazilərinin 20 faizinin erməni işğalı altında olmasına baxmayaraq Azərbaycan üçün keçmişə münasibət, dəyərlərin qorunması gələcəyin inkişafının təminatçısı kimi qəbul olunur. Ölkəmizdə yeni şəhərlərin salınması ilə yanaşı, köhnə tarixi yerlər də qorunur.
Mərasimdə çıxış edən UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva artıq dördüncü dəfədir ki, keçirilən konfransın mövzusunun, demək olar ki, UNESCO-nun bütün prinsiplərini ehtiva etdiyini bildirib. Qeyd edib ki, bu təşkilatın hər hansı siyahısında yer alan milli dəyər artıq ümumbəşəri dəyərə çevrilir. Ölkəmizdə milli və universal dəyərlərin bir araya gəlməsindən söz açan Günay Əfəndiyeva Azərbaycanın birinci xanımı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə həm ölkə daxilində, həm də respublikamızdan xaricdə həyata keçirilən irimiqyaslı təhsil və mədəniyyət layihələrini xüsusilə vurğulayıb.
Moskvada UNESCO Bürosunun Azərbaycan, Belarus, Moldova respublikaları, Rusiya Federasiyanın mədəniyyət proqramları üzrə mütəxəssisi Lyubava Moreva Azərbaycan-UNESCO əməkdaşlığının yüksək səviyyədə olmasından, Azərbaycan muğamının, xalçasının, aşıq, tar ifaçılığı sənətinin, Novruz bayramının UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməsindən söz açıb, ölkəmizin bir sıra beynəlxalq məclislərə, o cümlədən mədəniyyət tədbirlərinə uğurla ev sahibliyi etməsini yüksək qiymətləndirib.
Mərasimdə çıxış edən Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin sədri, professor Kamran İmanov bildirib ki, universal, ümumbəşəri dəyərlər bizi birləşdirir, milli dəyərlər isə səciyyələndirir, hər bir millətə digər millət tərəfindən maraq oyadır. Odur ki, “dayanıqlı inkişaf mədəniyyəti” anlayışında dəyərlər danılmaz rola malikdir və bugünkü beynəlxalq konfransın xüsusi əhəmiyyətini qabardır.
Kamran İmanov deyib ki, hər bir millət üçün özünün ümumbəşəri və milli dəyərlərinin əlaqəli inkişafını təmin etmək mədəni müxtəliflik məsələsi ilə yaxın təmasdadır. Çünki müasir mədəniyyət anlamı UNESCO-nun standartlarına əsaslanaraq, həm ayrılıqda hər bir mədəniyyətə baxarkən, həm də fərqli mədəniyyətlər çoxluğu mövqeyindən aid edilərkən “mədəni müxtəliflik” mənasını daşıyır. Burada bir məqamı xatırlatmaq istəyərdim. Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqində deyildiyi kimi, hər bir cəmiyyətin gücü onun dini və milli müxtəlifliyindədir... Əlbəttə bunun üçün ənənələr lazımdır, eyni zamanda dövlət siyasəti də lazımi səviyyədə aparılmalıdır. Azərbaycanda hər iki amil mövcuddur.
Konfransın açılış mərasimində Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov, Rusiya Federasiyasından Qloballaşma və Davamlı İnkişaf İnstitutunun direktoru Nizami Məmmədov tədbirin əhəmiyyətini, aktuallığını vurğulayıb və iştirakçılara uğurlar arzulayıblar.
Çıxışlarda konfransın mövzusu ilə bağlı Azərbaycanın təcrübəsi yüksək qiymətləndirilib. Vurğulanıb ki, Azərbaycanın birinci xanımı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə elə böyük təhsil, mədəniyyət proqramları həyata keçirilir ki, onlarsız davamlı inkişafa nail olmaq mümkün deyildir.
Konfransın plenar iclasında Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanovun “Davamlı inkişafda mədəniyyətin rəqəmsallaşdırılması və rəqəmsal kopirayt” mövzusunda təqdimatı olub.
Plenar iclasda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov “Davamlı inkişaf və ekoloji sivilizasiyanın iqtisadi və sosial indikatorları: Azərbaycan Respublikasının təcrübəsi əsasında” mövzusunda təqdimat edib. Təqdimatda ölkəmizin son on ildə qazandığı nailiyyətlər beynəlxalq təşkilatların hesabatları əsasında diqqətə çatdırılıb.
Konfransın plenar iclasında, həmçinin “Musiqi, dil və ətraf mühitin milli və universal mədəniyyətin formalaşmasına təsiri haqqında”, “Müasir Moldova bəstəkarlarının yaradıcılığında universal və milli vəhdət”, “Gürcüstanın müasir dövrdə qlobal çağırışlar və mədəniyyət siyasəti” və digər mövzularda məruzələr dinlənilib.
“Davamlı inkişaf mədəniyyəti: universal və milli dəyərlərin qarşılıqlı əlaqəsi” mövzusunda IV Beynəlxalq elmi konfrans bu gün işini davam etdirəcək.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25

