İtaliya mətbuatı Azərbaycan Prezidentinin bu ölkəyə rəsmi səfərindən yazır
17.07.2014 [04:58]
İtaliya qəzetləri, xəbər agentlikləri, informasiya portalları Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkəyə rəsmi səfəri ilə bağlı məqalələr yaymaqda davam edir.
Məqalələrdə Prezident İlham Əliyevin səfər çərçivəsində keçirdiyi görüşlər, müzakirə olunan məsələlər və bu səfərin ikitərəfli əlaqələrin inkişafına töhfəsi ilə bağlı məqamlar təhlil olunur.
“La Repubblica” qəzetində dərc olunan məqalədə deyilir ki, Azərbaycan ilə İtaliya arasında mədəniyyət sahəsində əməkdaşlıq növbəti mərhələyə qədəm qoyub. Belə ki, Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və Romanın meri İqnatsio Marino tərəfindən “Mercati di Traiano” muzeyinin yerləşdiyi ərazidə arxeoloji qazıntı işlərinin aparılmasına maliyyə vəsaitinin ayrılmasına dair Saziş imzalanıb. Bu sənəd Romanın mədəni inkişafına mühüm töhfə verəcək.
“Rai news” televiziya kanalının saytında da Prezident İlham Əliyevin İtaliyaya səfəri çərçivəsində imzalanmış sənədlərlə bağlı yazı yerləşdirilib. Yazıda deyilir: “Romanın arxeoloji qazıntılar tarixində önəmli bir gün yaşandı. Romada dünyanın ən önəmli arxeologiya komplekslərindən biri olan Aleksandria ərazisində qazıntıların aparılmasına Azərbaycan tərəfindən maddi yardım göstərilməsi ilə bağlı sənəd imzalandı. Azərbaycan tərəfinin bu yardımı Romanın tarixi dəyərlərinin qorunub saxlanılması baxımından vacib addımdır”.
“Roma today” xəbər portalı Prezident İlham Əliyevin Romanın meri İqnatsio Marino ilə görüşü çərçivəsində imzalanan sənədin əhəmiyyətinə dair məqalə yayıb. Görüşdə səslənən fikirlərin də yer aldığı yazıda bildirilir: “Azərbaycan Prezidenti İlham Əliyevin Roma meri ilə görüşündə “Mercati di Traiano” muzeyinin yerləşdiyi ərazidə arxeoloji qazıntı işlərinin aparılmasına maliyyə vəsaitinin ayrılmasını nəzərdə tutan Saziş imzalandı. Sənədə əsasən Azərbaycan Romada Aleksandria ərazisində qazıntıların aparılmasına maddi yardım göstərəcəkdir. Bu, Roma üçün mühüm əhəmiyyəti olan bir hadisədir”.
Məqalədə Prezident İlham Əliyevin fikirlərinə istinadla qeyd olunur: “Bu gün əlaqələrimizdə çox vacib bir gündür. Azərbaycan-İtaliya əlaqələri çox uğurla inkişaf edir, müxtəlif sahələri əhatə edir. Biz yaxşı dost və tərəfdaşlarıq. Biz fəxr edirik ki, Azərbaycan sizin tarixi memarlıq irsinizin bərpasında iştirak edir. Sizin tarixiniz, mədəniyyətiniz, memarlığınız bütün bəşəriyyətə məxsusdur. Azərbaycan fəxr edir ki, bu prosesin iştirakçısıdır. Bu gün imzalanan Saziş o deməkdir ki, biz yeni əməkdaşlıq mərhələsinə qədəm qoyuruq. Siyasi, iqtisadi, enerji məsələləri bizim üçün çox vacibdir və ölkələrimizi birləşdirir. Lakin mədəniyyət təkcə siyasətçiləri, ölkələri yox, həm də insanları birləşdirir”.
Müəllif mer İqnatsio Marinonun da fikirlərinə yer verib: “Bizə göstərdiyi bu yardıma görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarıq. Bu yardım sayəsində biz Aleksandria küçəsində arxeoloji qazıntı işlərini aparacağıq”.
Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilə Roma şəhər meriyası arasında imzalanmış sənədlə bağlı daha bir məqalə isə İtaliyanın “Libre prensa” saytında yerləşdirilib.
Xəbər lenti
Hamısına baxDünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50

