Azərbaycan milli mətbuatı böyük və şərəfli inkişaf yolu keçib
18.07.2014 [09:53]
Milli mətbuat günü ərəfəsində iyulun 17-də Səbail rayon İcra Hakimiyyətində Mətbuat Şurasının, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun və 60-dan çox televiziya, qəzet və elektron informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə ənənəvi görüş keçirilib.
AzərTAc xəbər verir ki, görüşdə Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov bu il 139 illiyini qeyd etdiyimiz milli mətbuatımızın böyük və şərəfli inkişaf yolu keçdiyini söyləyib. O, Azərbaycan mətbuatının mütərəqqi ənənələri formalaşdıraraq cəmiyyət qarşısında üzərinə götürdüyü missiyanı ləyaqətlə yerinə yetirdiyini bildirib. Qeyd edib ki, ölkəmizdə plüralizmi, söz və mətbuat azadlığını məhdudlaşdıran süni maneələr Ümummilli lider Heydər Əliyevin siyasi iradəsi nəticəsində aradan qaldırılıb. Ulu öndərin bu siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Bu gün Azərbaycanda medianın inkişafı üçün hər cür şərait yaradıldığını vurğulayan icra başçısı xatırladıb ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən KİV nümayəndələri üçün yaşayış binası tikilib. Keçən il dövlətimizin başçısı bu binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak edib. Həmin gün Prezident İlham Əliyev jurnalistlər üçün inşa ediləcək növbəti binanın təməlqoyma mərasimində iştirak edib.
Sonra Səbail rayon İcra Hakimiyyətinin sektor müdiri İsrafil Kərimovun ötən bir ildə İcra Hakimiyyəti tərəfindən mətbuatla bağlı görülən işlərə dair hesabatı dinlənilib.
KİVDF-nin icraçı direktoru Vüqar Səfərli rəhbərlik etdiyi qurumun fəaliyyəti müddətində görülən işlər və qarşıda duran vəzifələr barədə məlumat verib.
Mətbuat Şurasının sədri Əflatun Amaşov KİV nümayəndələrinin fəaliyyəti, qəzet və elektron informasiya vasitələrinin cəmiyyətdəki rolu, dövlət tərəfindən onlara göstərilən qayğı barədə danışıb, həmçinin dövlət orqanları ilə mətbuat nümayəndələri arasında sıx əlaqələrin qurulmasının və bu kimi tədbirlərin keçirilməsinin vacibliyini vurğulayıb.
Tədbirdə Səbail rayon İcra Hakimiyyəti və KİVDF ilə birgə yeni fərdi jurnalist yazıları müsabiqəsinin keçirilməsi qərara alınıb.
Sonda milli mətbuat günü münasibətilə 63 KİV nümayəndəsinə Səbail rayon İcra Hakimiyyəti tərəfindən hədiyyələr təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10

