Prezident İlham Əliyev mətbuatın tərəqqisini daim diqqətdə saxlayır
22.07.2014 [09:27]
İyulun 21-də Binəqədi rayonunda mətbuat işçilərinin peşə bayramı münasibətilə tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin Binəqədi rayon İcra Hakimiyyətinin binasında yerləşən büstünün önünə gül qoyublar və dahi şəxsiyyətin xatirəsinə öz dərin ehtiramlarını bildiriblər.
Daha sonra Alı Mustafayevin, Salatın Əsgərovanın, Çingiz Mustafayevin və Vətən uğrunda canlarından keçən digər jurnalistlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov jurnalistləri peşə bayramları münasibətilə təbrik edərək bir xalqın tərəqqisini, xüsusilə də milli şüurunun inkişafını mətbuatsız təsəvvür etməyin çətin olduğunu diqqətə çatdırıb. Natiq davamlı olaraq tərəqqidə olan mətbuatın inkişafını şərtləndirən başlıca amil kimi ölkəmizdə yaradılmış demokratik mühit, söz və ifadə azadlığının təmin olunması, plüralizm və ən əsası mətbuata göstərilən dövlət qayğısını vurğulayıb. Rayon icra hakimiyyətinin başçısı Ümummilli lider Heydər Əliyevin senzuranı ləğv etməsini mətbuatın inkişafını sürətləndirməklə yanaşı, bu sahənin sağlam təməllər üzərində dayanması, mətbuatın zəngin və şərəfli tarixinə layiq fəaliyyət göstərməsinə güclü stimul yaratdığını deyib. X.İsgəndərov Prezident İlham Əliyevin mətbuatın tərəqqisini daim diqqətdə saxladığını, bu sahənin inkişafına əsaslı təsir göstərməklə yanaşı, mətbuatın fəaliyyəti istiqamətində hər kəsin üzərinə məsuliyyət qoyduğunu qeyd edib.
Tədbir “Binəqədi” qəzetinin baş redaktoru Rüfət Mərdanov, “Xalq qəzeti”nin baş redaktoru Həsən Həsənov, “Respublika” qəzetinin baş redaktorunun müavini Hümbət Musayev, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlunun və KİVİDDF-nin icraçı direktoru Vüqar Səfərlinin çıxışları ilə davam edib.
Sonda peşə bayramları münasibətilə KİV nümayəndələrinin mükafatlandırılması mərasimi olub, tort kəsilib.
Tədbir jurnalistlərlə xatirə şəklinin çəkdirilməsi ilə yekunlaşıb.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

