Azərbaycanda həyata keçirilən dövlət siyasəti xalqımızın milli maraqlarına söykənir
26.07.2014 [10:51]
Prezident İlham Əliyev: Azərbaycanda bütün xalqların, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar. Əsrlər boyu bu, belə olub. Bu gün, müstəqillik dövründə bu müsbət meyillər daha da güclənir və bizim gücümüz birliyimizdədir
Bildiyimiz kimi, müsəlman dünyası Ramazan bayramını qeyd etməyə hazırlaşır. Ramazan ayı insanlara səbr, dözüm, xoşgörü, yardımlaşma kimi müsbət duyğu və keyfiyyətləri aşılayır, cəmiyyətdaxili harmoniya və balansı gücləndirir. Bu ayda müxtəlif ölkələrdə dinlərarası, mədəniyyətlərarası dialoq və uzlaşdırmanı inkişaf etdirməyə yönələn görüşlər keçirilir, dini mənsubiyyətindən asılı olmayaraq insanlar bir-birinə hörmət və dəstək nümayiş etdirirlər.
ÖLKƏMİZDƏKİ MİLLİ-DİNİ HƏMRƏYLİK ÖZÜNÜ RAMAZAN AYINDA DA AYDIN GÖSTƏRİR
Azərbaycana gəlincə, Ramazan ayının özündə daşıdığı müsbət mənəvi, əxlaqi ismarıclar xalqımızın milli xüsusiyyətlərinə, adət-ənənələrinə doğma və yaxındır. Çünki Azərbaycan cəmiyyəti əsrlər boyu özünün dini, etnik fərqlərə münasibətində dözümlü mövqeyi ilə seçilib. Azərbaycan cəmiyyətində milli-mədəni fərqlərinə görə sıxışdırılan, təcrid olunan toplum yoxdur. Burada yaşayan toplumlar bütün dövrlərdə bir-birinə sıx inteqrasiya edərək ümumi Azərbaycan mədəniyyətini, milli düşüncəsini formalaşdırıblar. Biz bu birliyi bu gün də istər cəmiyyət, məişət səviyyəsində, istərsə də dövlət-din münasibətlərində aydın görürük. Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət Müşavirliyinin, Dini Mədəniyyətin İnkişaf Fondunun yaradılması dövlət-din münasibətlərinin daha da möhkəmlənməsindən xəbər verir.
Xatırladaq ki, bir neçə gün öncə Prezident İlham Əliyevin və Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin iştirakı ilə müqəddəs Ramazan ayı münasibətilə keçirilən iftar mərasiminə qatılan qonaqlar arasında müxtəlif dinlərin nümayəndələri, o cümlədən Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının rəhbəri Aleksandr və Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev də olub. Bu mərasim Azərbaycanda olan möhkəm dinlərarası həmrəylik və qardaşlığın aydın nümunəsidir.
MİLLİ, DİNİ DƏYƏRLƏRİMİZ XALQIMIZIN BÖYÜK SƏRVƏTİDİR
Bu, bir həqiqətdir ki, Azərbaycandakı milli, dini tolerantlığı, multikulturalizmi təkcə Ramazan ayında deyil, ilin bütün dövrlərində müşahidə etmək mümkündür. Ölkəmizdə keçirilən Dünya Dini Liderləri Sammitinin, İslam Əməkdaşlıq Təşkilatının toplantılarının, MDB Dinlərarası Şurasının, MDB Müsəlmanları Məşvərət Şurasının, Qafqaz Xalqları Ali Dini Şurasının toplantılarının iştirakçıları respublikamızdakı sabitlik və birliyin şahidi olublar. Azərbaycanda keçirilən beynəlxalq humanitar forumlar, din-dövlət məsələləri, millətlərarası, dinlərarası dialoqlar, dünya dini liderlərinin görüşü, patriarxların, İslam dini liderlərinin tez-tez respublikamıza gəlmələri, dövlət başçısı ilə görüşlər keçirmələri ölkəmizdəki tolerantlıq və çoxmədəniyyətliliyin beynəlxalq maraq kəsb etməyə başladığını göstərir.
Bildiyimiz kimi, Azərbaycan dini, irqi, etnik, mədəni ayrı-seçkiliyin olmadığı bir ölkədir. Əhalisinin böyük hissəsinin İslam dininə etiqad etdiyi Azərbaycan toplumu müxtəlif konfessiyalar və etnik qruplar arasında qarşılıqlı anlaşma, sülhsevərlik, tolerantlıq kimi insani dəyərlərə sahibdir. Azərbaycan xalqının kökündən, milli-mənəvi dəyərlərindən irəli gələn xoşgörü və tolerantlıq əsrlər keçsə də, dəyişməyərək, müasir cəmiyyətimizin ayrılmaz xarakterik xüsusiyyətinə çevrilib.
Təqdirəlayiq haldır ki, müstəqil Azərbaycan Respublikasının konstitusion əsasları xalqımızın əsrlərdən gələn bu kimi yüksək milli-mənəvi dəyərlərinə söykənir. Azərbaycan Konstitusiyasının, Dini etiqad azadlığı haqqında Qanunun və digər normativ sənədlərin müddəaları da ölkəmizdəki tolerant mühiti hüquqi baxımdan əsaslandırır. Konstitusiyamızda Azərbaycan hüquqi, dünyəvi, unitar dövlət kimi təsbit olunub. Ali Qanunun 18-ci maddəsində isə göstərilir ki, Azərbaycan Respublikasında din dövlətdən ayrıdır və bütün dini etiqadlar qanun qarşısında bərabərdir. 48-ci maddədə isə hər kəsin istədiyi dinə etiqad etməkdə azad olduğu əksini tapıb. Ümumilikdə, Azərbaycanda qanun insanlara dini seçim və etiqad etdiyi dinə məxsus ayinləri yerinə yetirməyə imkan verir. Bu, etnik mənsubiyyətindən, dinindən, cinsindən asılı olmayaraq hər bir kəsə aiddir. Bunlar onu göstərir ki, Azərbaycanda həyata keçirilən dövlət quruculuğu prosesində milli dəyərlər, xalqın mədəni-psixoloji inkişaf səviyyəsi hər zaman nəzərə alınır.
Prezident İlham Əliyevin iftar mərasimindəki nitqindən də göründüyü kimi, Azərbaycandakı mövcud tolerantlıq və çoxmədəniyyətlilik xalqın milli-mənəvi dəyərləri və ona əsaslanan dövlət siyasəti sayəsində daha da möhkəmlənib: “Ona görə Azərbaycanda çox nadir bir ab-hava, nadir bir vəziyyət yaranıbdır. Azərbaycanda bütün xalqların, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar. Əsrlər boyu bu, belə olub. Bu gün, müstəqillik dövründə bu müsbət meyillər daha da güclənir və bizim gücümüz birliyimizdədir. Biz bütün dini bayramlarımızı birlikdə qeyd edirik”.
Dövlət başçısının söylədiyi kimi, Azərbaycan cəmiyyətində bütün xalqların, dinlərin nümayəndələri bərabər hüquqlara malikdirlər: “Əlbəttə, bu, Konstitusiyada təsbit edilib. Ancaq, eyni zamanda, real həyatda da bu, belədir. Deyə bilərəm ki, bu gün bu əlamətə görə Azərbaycan dünyada böyük dərəcədə fərqlənir, seçilir. Ölkəmizə gələn qonaqlar bir çox hallarda təəccüb hissi ilə bunu qeyd edirlər ki, siz buna necə nail ola bilmisiniz, sizdə dini, milli zəmində nəinki heç bir qarşıdurma, heç anlaşılmazlıq da yoxdur. Reallıq bundan ibarətdir ki, dövlət siyasəti, din xadimlərinin müdrikliyi, eyni zamanda, cəmiyyətdə müsbət ab-havanın mövcudluğu və əlbəttə ki, ölkəmizin sürətli dinamik inkişafı burada əsas rol oynayır. Bu, bizim böyük sərvətimizdir”.
Beləliklə, Azərbaycan bu gün dünyaya istər tolerantlıq, istərsə də iqtsadi inkişaf baxımından yeni model bəxş edib. Bununla yanaşı, ölkəmiz dünya sivilizasiyalarının qovşağı və multikulturalizmin nəzərəçarpan nümunəsi kimi dünyada tanınır. Digər tərəfdən, dünyada “sivilizasiyaların toqquşması” prosesi getdiyi, müxtəlif ölkələrdə cəmiyyətdaxili parçalanmalar nəticəsində dini, etnik zəmində konfliktlərin yaşandığı bir vaxtda Azərbaycan sabit və tolerant mühiti ilə diqqət çəkir. Təsadüfi deyil ki, bu gün tolerantlığın Azərbaycan modeli dünyada nümunə ola biləcək səviyyədə qiymətləndirilir.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxDünya
08 May 23:34
Formula 1
08 May 22:46
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04
İqtisadiyyat
08 May 12:03
Gündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20

