/ / “Amnesty İnternational” və “Human Rights Watch” anti-Azərbaycan çevrələrin siyasi maraqlarına xidmət edir
“Amnesty İnternational” və “Human Rights Watch” anti-Azərbaycan çevrələrin siyasi maraqlarına xidmət edir
09.08.2014 [11:03]
Bu cür qurumların bəyanatları ölkəmizdə qanunun aliliyi prinsipinin siyasi mövqeyindən, statusundan asılı olmayaraq hər kəsə şamil edilməsinə mane ola bilməyəcək
Məlum olduğu kimi, Azərbaycanda yaradılan azad və demokratik mühitdən istər ölkə daxilindəki antimilli ünsürlər, istərsə də onların xaricdəki müdafiəçiləri sui-istifadə etməyə, yerli qanunları pozaraq, cəmiyyətin, dövlətin maraqlarına zərər vurmağa çalışırlar. Daxili antimilli ünsürlər çox zaman xarici dairələrə, müəyyən siyasi mərkəzlərə xidmətləri müqabilində özlərinin maddi maraqlarını da təmin etmiş olurlar. Bu səbəbdən də, azad vətəndaş cəmiyyətinin qurulduğu ölkələrdə özünü “hüquq müdafiəçisi” adlandıran çoxlu sayda həvəskarlar, onların yaratdığı təşkilatlar meydana çıxır. Həmin “hüquq cəngavərləri”nin hədəfində isə adətən, heç də cəmiyyətlərdəki neqativ hallar, hüquq pozuntuları deyil, konkret siyasi hakimiyyət, milli dövlət maraqları dayanır. Çünki həmin şəxslər birbaşa olaraq dövlətin siyasətinə təsir göstərməyə çalışan xarici siyasi dairələrin sifarişlərini yerinə yetirirlər. Ölkə qanunlarını pozan belə şəxslərin məsuliyyətə cəlb olunması isə həmin dövlətdə qanunun aliliyinin təmin olunmasının göstəricilərindəndir.
Hüquqi dövlətin qurulduğu Azərbaycanda da qanunun aliliyi prinsipinə uyğun olaraq, hüquq pozuntularına yol verən şəxslər məsuliyyətə cəlb olunurlar. Lakin görünür, dövlətin bu addımı həmin şəxslərdən müəyyən maraqlar naminə alət kimi istifadə edən xarici dairələri narahat edir. Bu səbəbdən də, onlar təzyiq vasitəsi qismində yaratdıqları “Amnesty İnternational”, “Human Rights Watch” kimi bəzi beynəlxalq “insan haqları təşkilatları”nın əli ilə ölkəmizə təzyiq göstərməyə çalışırlar.
Elə bir müddət əvvəl “hüquq müdafiəçisi” Rəsul Cəfərovun məsuliyyətə cəlb edilməsi ilə əlaqədar bu iki təşkilatın bəyanat yayması da məhz onların fəaliyyətinin siyasi xarakter daşıdığını göstərir.
Əslində, “Amnesty İnternational” və “Human Rights Watch”ın fəaliyyətinin əsl mahiyyəti istər dünya, istərsə də Azərbaycan ictimaiyyətinə çoxdan bəllidir. Beynəlxalq təcrübə də sübuta yetirib ki, bu cür beynəlxalq QHT-lər demokratiya dəyərlərindən sui-istifadə etməklə, əslində, müəyyən maliyyə və siyasi mərkəzlərin əlində təzyiq vasitəsi olmaq yolunu tutublar. Təəssüf doğurucu hal da olsa, həqiqətdir ki, bəzi təşkilatlar və hüquq müdafiəçiləri üçün insan hüquqları, demokratiya prinsipləri heç bir dəyər daşımır, sadəcə olaraq qazanc vasitəsinə çevrilir. Bu məqsədlə onlar demokratiyanın başlıca prinsiplərini təhrif etməkdən çəkinmirlər. Bu təşkilatlar müxtəlif ölkələrdə “söz azadlığı” adı altında təhqir, böhtan və dezinformasiyanı, “vicdan azadlığı” adı altında radikalizmi, ekstremizmi və anarxizmi, “sərbəst toplaşmaq azadlığı” adı altında isə iğtişaş, təxribat və vətəndaş qarşıdurmasını alovlandırırlar.
“Amnesty İnternational”, “Human Rights Watch” kimi təşkilatlar mütəmadi olaraq Azərbaycanla bağlı uydurma hesabatlar yayır, ölkənin beynəlxalq imicinə xələl gətirməyə çalışırlar. Hesabatların hazırlanmasında isə birtərəfli, doğruluğu isbat olunmamış və şayiə xarakterli informasiyalardan istifadə olunur, gerçək faktlar isə gizlədilir.
İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi ilə məşğul olduğunu iddia edən “Amnesty İnternational” və “Human Rights Watch”un bəyanat və hesabatlarında ayrı-ayrı dövlətlərə müxtəlif qiymətləndirmə kriteriyalarından yanaşma özünü göstərir. Belə ki, onlar bəzi aparıcı dövlətlərdəki artan insan hüquqlarının pozulması hallarının üzərindən sükutla keçir, neqativ halları ört-basdır edir, ya da problemlərə ötəri toxunmaqla onların əhəmiyyətini azaltmağa çalışırlar.
Bu qurumların yanaşmasında müəyyən ölkələr də vardır ki, onlar təşkilatın fəaliyyət hədəfinə çevrilirlər. Adətən, hədəfə çevrilən dövlətlər “Amnesty İnternational”, “Human Rights Watch” kimi təşkilatların daşıyıcısı olduğu imperialist təfəkkürün stereotiplərinə zidd olaraq iqtisadi baxımdan özünü təmin edən, müstəqil inkişafa nail olan, daxili və xarici siyasətini milli maraqları əsasında quran həqiqi suveren dövlətlərdir. Belə dövlətlərdən biri olan Azərbaycan yerləşdiyi coğrafiyanın geosiyasi cəhətdən mürəkkəbliyinə, dünyada və regionda gedən siyasi, iqtisadi proseslərin gərginliyinə baxmayaraq, özünün maraqlarına uyğun, tam müstəqil siyasət həyata keçirir. Bəzi qüvvələri narahat edən bu gerçəklik “Human Rights Watch”, “Amnesty İnternational”, “Freedom House” kimi təşkilatların ölkəmizə qarşı təzyiq aləti kimi istifadə olunması ilə nəticələnir.
Lakin Azərbaycan daxili və xarici siyasətini özü müəyyənləşdirən, güclü dövlətdir. Bu cür qurumların bəyanatları ölkəmizdə qanunun aliliyi prinsipinin siyasi mövqeyindən, statusundan asılı olmayaraq hər kəsə şamil edilməsinə mane ola bilməyəcək.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22

