/ / “BBC Azərbaycanca” erməni maraqlarını qorumaq üçün Azərbaycan xalqına və dövlətçiliyinə qarşı təxribat xarakterli kampaniya aparır
“BBC Azərbaycanca” erməni maraqlarını qorumaq üçün Azərbaycan xalqına və dövlətçiliyinə qarşı təxribat xarakterli kampaniya aparır
19.08.2014 [09:41]
Bu kampaniyada ön sıralarda dayanan Famil İsmayılov, Leyla Nəcəfli kimi xəyanətkarlar isə hər zaman xalqımızın nifrətini qazanırlar
Məlum olduğu kimi, bu gün Azərbaycanın siyasi, iqtisadi, sosial, o cümlədən, vətəndaş cəmiyyəti sferalarında əldə etdiyi nailiyyətlərin kökündə müstəqil və milli maraqları əsas tutan siyasət kursu dayanır. Amma təəssüf ki, bu uğurlar, bu inkişaf bir sıra qüvvələri narahat etməkdədir. Azərbaycanın milli dövlətçiliyini gözü götürməyən, erməni lobbisinin himayədarına çevrilən bu qüvvələr hər zamankı “silahından”-transmilli media strukturlardan istifadə etməklə ölkəmiz haqqında şər-böhtan kampaniyasını davam etdirir. Dəfələrlə Azərbaycan haqqında, ölkəmizdə hökm sürən tolerantlıq və demokratiya ilə bağlı dezinformasiyalar yayan bu tip media orqanları özünə “balta” etdiyi sapı özümüzdən olanların vasitəsilə öz çirkin niyyətlərini həyata keçirməyə, Azərbaycanın dünyadakı müsbət imicinə zərbə vurmağa çalışır.
Məsələn, hər zaman Azərbaycana münasibətdə özünün “əsl simasını” nümayiş etdirən “BBC Azərbaycanca” ölkəmizin maraqlarına zərbə vurmaq üçün bütün yalanlara əl atmaqdadır. Ermənilərin maraqlarını qorumaq naminə ölkəmizə qara yaxan bu transmilli struktur son dövrlərdə dezinformasiyalar, yalanlar, iftiralar üstündə qurulan və milli maraqlarımızı hədəfə alan addımları ilə seçilir. Xüsusi olaraq vurğulamaq lazımdır ki, ermənilərin cəbhə xəttindəki təxribatlarının qarşısının alınmasından sonra digər erməniyönümlü mərkəzlər kimi bu media strukturunun da narahatlığı artıb. Bu narahatlığın göstəricisidir ki, “BBC Azərbaycanca” Azərbaycanda guya antidemokratik mühitin formalaşması ilə bağlı yalanlar ixrac etməkdədir.
Ermənipərəst mərkəzlərin pulu ilə “qidalanan”ların, Ermənistana məlumatlar ötürənlərin ifşası “BBC Azərbaycanca”nı hərəkətə gətirib
Bəli, birmənalı olaraq bildirmək gərəkdir ki, “BBC Azərbaycanca”nın budəfəki “hücumunun” ardında erməni maraqları, Dağlıq Qarabağdakı uğursuz erməni təxribatları dayanır. İstər hərbi, istərsə də siyasi cəhətdən öz üstünlüyünü növbəti dəfə nümayiş etdirən Azərbaycanın atdığı qəti addımlar ermənilərə “donosçuluq” edən, xəyanət girdabında itib-batmış bəzi şəxsləri də ortaya çıxardı. Qeyd edək ki, ermənipərəst mərkəzlərin pulu ilə “qidalanan”, “vətəndaş cəmiyyəti” adı altında gizlənən, milli maraqları heçə sayaraq Ermənistana məlumatlar ötürən, işğalçı ölkənin bir sıra xüsusi xidmət orqanları əməkdaşları ilə açıq işbirliyində olanların ifşası, onların cəmiyyətə tanıdılması “BBC Azərbaycanca”nı hərəkətə gətirib. Təbii ki, aparılan hüquqi araşdırmalardan narahatlıq keçirənlər, ermənilərin maraqlarına xidmət edənlərin tapılıb üzə çıxarılmasından çəkinənlər Azərbaycanı, ölkəmizdə bərqərar olan milli demokratik cəmiyyəti hədəfə almaqla öz kimliklərini və məqsədlərini növbəti dəfə aşkar etmiş olurlar.
Xarici mənbələrdən pul alan, öz fəaliyyətində şəffaflığa riayət etməyən, dövlətin qanunlarını pozan, vergidən yayınmaqla, vəzifə səlahiyyətlərini aşmaqla və cinayət məsuliyyəti yaradan digər əməlləri törətmiş bir sıra “QHT təmsilçisi” bu gün “BBC Azərbaycanca”nın sevimli müdafiə predmetinə çevrilib.
Azərbaycanın milli maraqlarına xəyanət edənlər “BBC Azərbaycanca”nın çətiri altında....
Birmənalı şəkildə milli maraqlardan uzaq, ermənipərəst məqsədlərə xidmətçilik edən bu “hüquq müdafiəçiləri”ni, o cümlədən konkret cinayət faktı ilə ittiham edilən şəxsləri özünün “çətirinin” altına yığmağa çalışan “BBC Azərbaycanca” bununla ermənipərəstliyini növbəti dəfə nümayiş etdirir. Qeyd edilməlidir ki, bu tip əməllərlə dünyadakı bir sıra erməni lobbisinin media ruporuna çevrildiyini sübuta yetirən bu transmilli qrup açıq şəkildə özünün “arzularını” yazılarında təzahür etdirir. Ermənilərin maraqlarını qorumaq üçün min bir bəhanə axtaran bu transmilli struktur Azərbaycana qarşı şantaj və böhtan yolu seçib.
Məsələn, bir müddət öncə ermənilərlə işbirliyində günahlandırılan Rauf Mirqədirovun, erməni Laura Baqdasaryanın ən yaxın müttəfiqi Leyla Yunusova-Barseqyanın, o cümlədən, erməni xüsusi xidmət orqanları ilə əlaqələri KİV-lərin “bəzəyinə” çevrilmiş Arif Yunusov-Barseqyanın aldığı “qrantlar”la xarici ermənipərəst mərkəzlərin əsirinə çevrilən bir sıra şəxslərin “vəkili” olan “BBC Azərbaycanca” düşünmürmü ki, bu ölkədə yaşayaraq ona xəyanət etmək, ermənilərə xidmət göstərmək, Azərbaycanın milli maraqlarını heçə saymaq olmaz. Görünür “BBC Azərbaycanca”nı bu dərəcədə hiddətləndirən də elə onların “iş ortaqlarının” ifşa edilməsidir...
Famil İsmayılov və Leyla Nəcəfli ermənilərə yarınmaq üçün Azərbaycan xalqına qarşı aparılan kampaniyanın “fəalı” qismində çıxış edirlər...
Bəli, yuxarıda da qeyd etdiyimiz kimi, özünü azərbaycanlı hesab edən hər bir şəxs Azərbaycanın milli maraqlarını qorumağa borcludur. “BBC Azərbaycanca”nın sapı özümüzdən olan baltasına çevrilən familismayılovlar, leylanəcəflilər isə deyəsən ya bunu dərk etmirlər, ya da bilərəkdən Azərbaycanın milli maraqlarını tapdamaq, ermənilərə yarınmaq yolu seçiblər. Erməni lobbisinin Azərbaycana qarşı apardığı yalan, böhtan kampaniyasının önündə səf tutan familismayılovlar, leylanəcəflilər bu transmilli media şirkətinin, o cümlədən ermənilərin məqsədlərindən xəbərsizdirlərmi? Bu inandırıcı deyil. Ermənilərə yarınmaq üçün öz millətinə, dövlətinə şər atan bu şəxslər nə üçün bir an öz keçmişlərinə baxmırlar? Nə üçün baxmırlar ki, yarındıqları, xidmət göstərdikləri ermənilər on minlərlə azərbaycanlının qatili, 20 faiz torpaqlarımızı işğal altında saxlayan ermənilərdir. Bəs, Famil İsmayılov, Leyla Nəcəfli (bu şəxs radikal düşərgənin böyük vətənpərvərlərdən saydığı mərhum Nəcəf Nəcəfovun qızıdır...) nə üçün Azərbaycan xalqına, dövlətinə düşmən kəsilən ermənilərə xidmətçilik göstərir, erməni lobbisinin əmrləri ilə ölkəmizə qarşı kampaniya aparan “BBC Azərbaycanca” da düşmənin “çörəyinə yağ sürtür”... Amma bu şəxslər unutmasınlar ki, milli maraqlar məsələsində dövlətçiliyə, xalqa zidd fəaliyyət aparanlar qiyamətə qədər XƏYANƏTKAR kimi xatırlanacaq!!!
“BBC Azərbaycanca” öz məqsədinə çata bilməyəcək
Nəticə etibarı ilə istər “BBC Azərbaycanca”nın, istərsə də digər transmilli media qruplarının bu cür cəhdləri boşa çıxır. Onların yalanları yalnız özlərini aldatmağa yetir ki, bu da hər hansı bir uğurlu sonluq vəd etmir. Çünki Azərbaycan xalqı hər zaman düzü və əyrini ayırmaqda, ağla qaranı seçməkdə mahir olub. Bu gün də erməni qazanının artığı ilə Azərbaycana qarşı hücuma keçənlər yalnız xalqın nifrətini qazana bilərlər. Familismayılovların, leylanəcəflilərin qazancı başqa bir şey olmayacaq. “BBC Azərbaycanca” kimi bir sıra transmilli media strukturlarının da Azərbaycana yönəlik planları hər zamankı kimi iflasa məhkumdur. Çünki xalqımız hər zaman dövlətini, dövlətinin apardığı müstəqil siyasəti dəstəkləyib. Azərbaycanda var olan iqtidar-xalq birliyi üçün bu cür hədələr və ya yalanlar milçək vızıltısından başqa bir şey deyil.
PƏrviz
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

