/ / Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində BMT-nin Biznes və İnsan Hüquqları üzrə İşçi Qrupu ilə görüş olub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində BMT-nin Biznes və İnsan Hüquqları üzrə İşçi Qrupu ilə görüş olub
22.08.2014 [09:43]
Avqustun 21-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) BMT-nin Biznes və İnsan Hüquqları üzrə İşçi Qrupu ilə görüş olub. Azərbaycan Hökumətinin dəvəti əsasında İşçi Qrupunun ölkəmizə səfərinin məqsədi BMT-nin Biznes və İnsan Hüquqları üzrə Rəhbər Prinsiplərinin icrası sahəsində respublikamızda mövcud iş təcrübəsini, həyata keçirilən cari təşəbbüsləri, imkan və yeni çağırışları nəzərdən keçirməkdir.
Nazirlikdən AzərTAc-a bildiriblər ki, görüşdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası və onun uğurlu nəticələri, qeyri-neft sektorunun və regionların inkişafı, yeni yaradılan çoxsaylı iş yerləri barədə məlumat verib.
İqtisadi tərəqqinin sosial rifah səviyyəsinin yüksəlməsi ilə müşahidə olunduğunu konkret göstəricilər əsasında diqqətə çatdıran İ.İsayev bildirib ki, respublikada insan hüquqlarının vacib tərkib hissəsi olan əmək və sosial hüquqlar sistemi daim mütərəqqi dünya təcrübəsinə əsasən təkmilləşdirilir. Bu gün Azərbaycan mötəbər beynəlxalq təşkilatların konvensiya və tövsiyələri əsasında daim təkmilləşən və əmək hüquqlarına münasibətdə ümumbəşəri dəyərləri əks etdirən əmək hüquqları toplusuna - Əmək Məcəlləsinə malikdir. Eyni zamanda, ölkədə əmək hüquqlarının daha effektli müdafiəsi məqsədilə mühüm islahatlar aparılır.
Nazir müavini tətbiqinə başlanılan əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemi, onun önəmli cəhətləri haqqında dolğun məlumat verib, bu islahat tədbirinin, ilk növbədə, vətəndaşların əmək və gələcək sosial təminat hüquqlarının müdafiəsi mexanizminin qurulmasına, qeyri-leqal məşğulluğun qarşısının alınmasına xidmət etdiyini diqqətə çatdırıb. Azərbaycanın 2008-ci ilin oktyabr ayında BMT-nin “Əlillərin hüquqları haqqında” Konvensiyasına və həmin Konvensiyanın Fakültativ Protokoluna qoşulduğunu və bu sənədlərdən irəli gələn öhdəlikləri uğurla icra etdiyini qeyd edən İ.İsayev əlilliyi olan şəxslərin hüquqlarının təminatı, o cümlədən onların əmək bazarına çıxış imkanlarına yiyələnmələri üçün aparılan məqsədyönlü işlərdən bəhs edib. O, nazirliyin ayrı-ayrı fəaliyyət sahələrində də vətəndaşların sosial hüquqlarının təminatı sahəsində görülən tədbirlər barədə məlumat verib.
İşçi Qrupunun üzvləri və BMT-nin xüsusi məruzəçiləri Puvan Selvanathan və Pavel Sulyandziga sürətli iqtisadi tərəqqi dövrünü yaşayan Azərbaycanda sosial hüquqlar sisteminin qabaqcıl dünya təcrübəsi əsasında təkmilləşdirilməsinin, insan kapitalının inkişafına xüsusi önəm verilməsinin təqdirəlayiq olduğunu vurğulayıblar.
Onlar xüsusən əmək hüquqlarının müdafiəsində təsirli vasitələrdən istifadə olunması üçün nazirlik tərəfindən aparılan islahatların maraq və rəğbətlə qarşılandığını deyiblər.
Görüşdə ölkəmizdə əmək və sosial hüquqların daha dolğun şəkildə reallaşdırılması sahəsində görülən işlər və bu sahədə yeni təşəbbüslər barədə fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03

