/ / Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin sədri Leyla Əliyevanın dəvəti ilə rusiyalı tələbələr Azərbaycana gəliblər
Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin sədri Leyla Əliyevanın dəvəti ilə rusiyalı tələbələr Azərbaycana gəliblər
23.08.2014 [10:03]
Bu günlərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində (MDU) və Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBƏİ) təhsil alan rusiyalı tələbələrin böyük bir qrupu Azərbaycana gəlib.
Onlar qonaqpərvər Azərbaycana Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri Leyla Əliyevanın dəvəti ilə gəliblər. Tələbələrin Azərbaycana belə səfərləri artıq hər il həyata keçirilən gözəl ənənəyə çevrilib və bu, yeddinci səfərdir.
Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin mətbuat xidmətində AzərTAc-a bildiriblər ki, avqustun 20-də nümayəndə heyətinin üzvləri Rusiyanın Azərbaycandakı səfirliyində olub, səfir Vladimir Doroxinlə görüşüblər.
Onların bir çoxu Rusiyanın müxtəlif nəşrləri ilə fəal əməkdaşlıq etdiyindən söhbət səmimi və maraqlı keçib. V.Doroxinin Rusiya-Azərbaycan münasibətlərinin vəziyyəti mövzusunda qısa giriş sözü əsl diskussiyaya səbəb olub. Tələbələr müxtəlif suallar veriblər: Səfir iqtisadiyyat, siyasət, təhsil və mədəniyyət sahələrində Rusiya-Azərbaycan münasibətlərinin perspektivlərini necə qiymətləndirir? Rusiya diplomatları Azərbaycanda necə yaşayıb işləyirlər? Rus dili Azərbaycanda özünü necə “hiss edir?”. Azərbaycan rəhbərliyinin siyasətinə xas olan tolerantlıq və multikulturalizm öz köklərini haradan götürür və s.
Hiss olunurdu ki, Rusiyadan gəlmiş gənclər hər şeylə maraqlanır və cənub qonşularının uğurlarına sevinirlər. Azərbaycan gənclərinin vəziyyəti və inkişafı mövzusu da diqqətdən kənarda qalmayıb.
V.Doroxin deyib: “Azərbaycanda rusiyalı həmvətənlərin və rus dilinin vəziyyəti qanunla möhkəm müdafiə olunur. Mən sizin hamınıza Azərbaycan dilini öyrənməyi, bu çox maraqlı ölkənin tarixini, iqtisadiyyatını və mədəniyyətini tədqiq etməyi məsləhət görərdim...”
Nümayəndə heyətinin hansı prinsip üzrə formalaşdırıldığı barədə səfirin sualına qonaqlar cavab veriblər ki, böyük müsabiqədən keçib (1 yerə 7 nəfər), müstəqil surətdə ölkəşünaslıqla məşğul olub, tematik esselər hazırlayıblar.
Görüşdə “Rossotrudniçestvo” agentliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisov iştirak edib.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03

