Abdal-Gülablının Ermənistan hərbi birləşmələri tərəfindən işğalından 22 il ötür
05.09.2014 [09:38]
Sentyabrın 4-də Beynəlxalq Mətbuat Mərkəzində Ağdam rayonunun Abdal-Gülablı kəndinin erməni qəsbkarları tərəfindən işğalının 22-ci ildönümü ilə bağlı anma mərasimi keçirilib.
AzərTAc xəbər verir ki, mərasimdə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Abdal-Gülablının həmin dövrdəki gərgin durumu, kəndin yerli özünümüdafiə dəstələrinin ümidinə buraxılması, nəticədə böyük qüvvə və texnika ilə hücuma keçən düşmənlə qeyri-bərabər döyüşdə geri çəkilmək məcburiyyətində qalan Vətən oğullarının şücaəti, 1992-ci il sentyabrın 3-dən 4-nə keçən gecə Abdal-Gülablının işğal edilməsi barədə ətraflı söhbət açılıb.
“SƏS TV”nin istehsalı olan “Abdal-Gülablısız 22 il” filmi nümayiş etdirilib.
Tədbirdə, həmçinin Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə vəsaiti ilə çap olunan “Yurd yeri: Abdal-Gülablı” kitabı təqdim edilib.
Kitabda Abdal-Gülablının tarixi, tanınmış insanları, ziyalıları, repressiya qurbanları və s. haqqında məlumatlar yer alıb.
Mərasimdə “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri, Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun Qarabağ tarixi şöbəsinin müdiri Qasım Hacıyev və digər çıxış edənlər təqdim edilən kitab və nümayiş olunan filmlə bağlı fikirlərini bildiriblər. Onlar belə layihələr vasitəsilə xalqımızın, xüsusilə də gənclərin bu hadisələr haqqında maarifləndirilməsinin əhəmiyyətini qeyd ediblər. Həmçinin Azərbaycanla bağlı həqiqətlərin dünyada yayılmasında belə əsərlərin rolunu vurğulayıblar.
Çıxış edənlər, eyni zamanda, Azərbaycanın dilbər guşələrindən olan Abdal-Gülablı ilə bağlı xatirələrini bölüşüblər.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23

