/ / Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində UNİCEF-in Azərbaycan üzrə nümayəndəliyinin yeni rəhbəri ilə görüş olub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində UNİCEF-in Azərbaycan üzrə nümayəndəliyinin yeni rəhbəri ilə görüş olub
05.09.2014 [09:40]
Sentyabrın 4-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) BMT-nin Uşaq Fondunun (UNİCEF) Azərbaycan üzrə nümayəndəliyinin yeni rəhbəri Andro Şilakadze ilə tanışlıq görüşü olub.
Nazirlikdən AzərTAc-a bildiriblər ki, görüşdə respublikamızda uşaqların müdafiəsinin Azərbaycan Prezidenti İlham Əliyevin diqqət mərkəzində olduğunu, dövlət uşaq siyasətinin daim gücləndiyini diqqətə çatdıran əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Nazirliyin fəaliyyət istiqamətləri, həyata keçirilən sosial proqram və islahatlar barədə məlumat verib.
Nazir “Uşaq qayğı sistemində islahatlar” üzrə birgə Tədbirlər Planının icrasında, sağlamlıq imkanları məhdud uşaqların yaşadığı sosial xidmət müəssisələrinin potensialının artırılmasında və uşaqlara sosial xidmət sisteminin təkmilləşdirilməsində, “Sosial xidmət haqqında” qanunun hazırlanmasında UNİCEF-lə əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Bildirib ki, cari ilin iyununda ƏƏSMN ilə UNİCEF arasında imzalanan 2014-2015-ci illər üzrə birgə Fəaliyyət Planına uyğun olaraq, biz uşaqlarla bağlı sosial xidmətlər və sosial reabilitasiya sisteminin inkişafına yönələn bir sıra fəaliyyət istiqamətlərində birgə işlər aparacağıq. Bununla yanaşı, hazırda Azərbaycanda sosial xidmətlər sisteminin təkmilləşdirilməsi üzrə yeni strategiyanın hazırlanması nazirliyin gündəliyində duran məsələlərdən biridir. Bu strategiyanın hazırlanmasında UNİCEF tərəfindən texniki və ekspertiza dəstəyinin göstərilməsi, eləcə də sosial xidmətlərin monitorinqi və qiymətləndirilməsi sisteminin dəstəklənməsi yeni əməkdaşlıq istiqamətləri ola bilər.
S.Müslümov eyni zamanda əlilliyi olan şəxslərlə bağlı milli qanunvericiliyin BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasına uyğunlaşdırılması ilə bağlı aparılan birgə işlərin də uğurla davam etdirilməsinin qarşıda duran vəzifələrdən olduğunu bildirib.
A.Şilakadze Azərbaycanda dövlət uşaq siyasətinin inkişafının UNİCEF-in ölkəmizlə əməkdaşlığında vacib stimul olduğunu diqqətə çatdırıb, ƏƏSMN və UNİCEF arasında birgə görülən işlərin əhatə dairəsinin getdikcə genişlənməsini uğurlu əməkdaşlıq nümunəsi kimi dəyərləndirib. O, ölkəmizdə uşaq müdafiə sisteminin təkmilləşməsində , müvafiq kateqoriyalardan olan uşaqların sosial reabilitasiyası sisteminin institusional və texniki baxımdan dəstəklənməsində UNİCEF tərəfindən bundan sonra da müvafiq səylərin göstəriləcəyini bildirib.
Görüşdə gələcək əməkdaşlıq istiqamətləri, habelə uşaqlar üçün sosial xidmətlər və sosial reabilitasiya sisteminin qabaqcıl beynəlxalq təcrübə əsasında formalaşdırılması sahəsində görüləcək işlər müzakirə olunub.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23

