Martinş Lazdovskis: Azərbaycan regionda əsas tərəfdaşımızdır
09.09.2014 [09:31]
Latviya İqtisadiyyat Nazirliyinin dövlət katibi Martinş Lazdovskis AzərTAc-ın müxbiri ilə söhbətində ölkəsinin Azərbaycan ilə iqtisadi əməkdaşlığının əsas istiqamətlərindən danışıb.
M.Lazdovskis qeyd edib ki, Latviya ilə Azərbaycan arasında ticarət-iqtisadi əlaqələrin fəallaşmasına 2013-cü ilin yazında Latviya Prezidenti Andris Berzinşin Bakıya səfəri də kömək edib. Ölkələrimiz arasında mal dövriyyəsi 2013-cü ildə 31 milyon avro təşkil edib ki, bu da 2012-ci ildəkindən 30 faiz çoxdur. Dövlət katibi bildirib ki, mal dövriyyəsinin faizlə artımı Latviya ilə Azərbaycan arasında iqtisadi əlaqələrin intensivliyini sübut edir. Lakin bu göstərici hələlik ölkələrimizin potensialına cavab vermir.
M.Lazdovskis bildirib ki, siyasi sahədə Latviya-Azərbaycan əlaqələri çox yaxşı səviyyədədir. Azərbaycanın regionda Latviyanın əsas tərəfdaşı olduğunu vurğulayan dövlət katibi qeyd edib ki, Latviya tərəfi institutsional bazanın təkmilləşəcəyinə və gələcəkdə konkret layihələrin reallaşacağına ümid edir.
Dövlət katibi vurğulayıb ki, Latviya iki ölkə sahibkarlarının fəaliyyətinin səmərəliliyinə böyük ümidlə baxır. M.Lazdovskis diqqətə çatdırıb ki, bank sahəsi üzrə latviyalı sahibkarlar Azərbaycanın maliyyə bazarının fəal iştirakçılarıdır. Ölkədə Latviyanın “Citadele” və “Trasta komercbanka” maliyyə qrupları fəaliyyət göstərir, eləcə də “DPA” beynəlxalq informasiya texnologiyaları, “TILDA” şirkətləri, Baltikyanı ölkələrin aparıcı əczaçılıq müəssisəsi olan “Grindex” şirkəti, “Olayfarm” kimya-əczaçılıq zavodu Azərbaycanda filiallarını açıblar.
M.Lazdovskis bildirib ki, Latviya Azərbaycanın öz mallarının daşınması, tranziti və saxlanması üçün Latviyanın nəqliyyat infrastrukturundan istifadəni genişləndirməsində maraqlıdır. Dövlət katibinin sözlərinə görə, bu, Azərbaycana Latviyanın nəqliyyat infrastrukturundan, o cümlədən liman xidmətlərindən və Latviyanın dəmiryolu daşınmaları sahəsində müsbət təcrübəsindən istifadə etməklə öz mallarının Avropaya ixracını genişləndirmək üçün yaxşı imkanlar verərdi. Latviya Azərbaycanın nəqliyyat və logistika şirkətlərinə bu ölkənin ərazisində özlərinin logistika və distribusiya mərkəzlərini açmaqla fəaliyyətlərini genişləndirməyi təklif etməyə hazırdır.
M.Lazdovskis deyib ki, hava nəqliyyatı sahəsində əməkdaşlıq ikitərəfli iqtisadi əlaqələrin vacib aspektlərindəndir. Çünki Latviya iki ölkə arasında yük və sərnişin aviasiyası sahəsində əməkdaşlığın inkişafında maraqlıdır. Bu zaman Şimali Avropa nəqliyyat qovşağı qismində “Riqa” Beynəlxalq Aeroportunun üstünlükləri vurğulanır.
Martinş Lazdovskis qeyd edib ki, Ukraynadakı hazırkı vəziyyət prizmasından baxsaq, Azərbaycan bazarı Latviyanın kənd təsərrüfatı məhsulları üçün potensial bazardır. Dövlət katibi qeyd edib ki, Latviya, öz növbəsində, istinad nöqtəsi ola və Azərbaycan məhsullarının Avropa bazarına çıxmasına kömək edə bilər.
Azərbaycan ilə bağlı təəssüratlarını bölüşən Martinş Lazdovskis bildirib ki, o, bircə dəfə - 2006-cı ildə Bakıda olub. Dövlət katibi deyib: “Keçmiş SSRİ-nin müxtəlif şəhərlərində olmuşam, Bakıda da oxşar vəziyyətlə qarşılaşacağımı gözləyirdim. Lakin hələ 2006-cı ildə Azərbaycan bir çox istiqamətlərdə yüksək sürətli inkişafı ilə heyrət doğurub. İki il əvvəl Bakının ev sahibliyi etdiyi “Eurovision” mahnı müsabiqəsinə televiziya vasitəsilə baxanda çox təsirləndim və bir daha əmin oldum ki, Azərbaycan böyük inkişaf yolu keçib”.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33

