/ / Məlahət İbrahimqızı: NATO-nun Uels sammitinin yekun sənədində Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsinin öz əksini tapması diplomatik qələbəmizdir
Məlahət İbrahimqızı: NATO-nun Uels sammitinin yekun sənədində Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsinin öz əksini tapması diplomatik qələbəmizdir
09.09.2014 [09:33]
“Uelsdə keçirilən NATO-nun sammitinin yekunları ölkəmizin uğurudur. Xüsusilə, sammitin yekun sənədində Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsinin öz əksini tapması diplomatik qələbəmizdir”. Bu fikirləri yap.org.az saytına Azərbaycanın NATO Parlament Assambleyasında nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
M.İbrahimqızı bildirib ki, bu diplomatik uğur Prezident İlham Əliyevin böyük dövlət xadimi olaraq həyata keçirdiyi xarici siyasət nəticəsində qazanılıb. Onun sözlərinə görə, dövlətimizin başçısı sammitdə çıxışı zamanı Azərbaycan-NATO əlaqələrinin əhəmiyyətini xüsusi vurğulayıb.
“Eyni zamanda, möhtərəm Prezidentimiz çıxışı zamanı Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, torpaqlarımızın işğal olunması və bunun nəticəsində bir milyondan çox insanın qaçqın-köçkün vəziyyətinə düşməsi ilə bağlı faktları bir daha qeyd etdi. Dövlətimizin başçısı bir daha münaqişənin həlli ilə əlaqədar Azərbaycanın prinsipial, beynəlxalq hüquqa əsaslanan mövqeyini ifadə etdi. Faktlar da bunu göstərir ki, Ermənistan həm də beynəlxalq hüquqa təcavüz edib. Bilirsiniz ki, NATO-nun Çikaqo sammitində də Azərbaycanın ərazi bütövlüyü dəstəklənmişdi. Amma bu dəfə məsələ daha konkret şəkildə ifadə olunub. Sammitin yekun bəyannaməsinin 31-ci bəndində qeyd edilir ki, münaqişənin həllində 1975-ci ildə qəbul olunmuş Helsinki Yekun Aktının prinsipləri əsas götürülməlidir. Bu, o deməkdir ki, münaqişə beynəlxalq hüquq əsasında, o cümlədən BMT Nizamnaməsi və Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə əsasında həll olunmalıdır” - deyə, M.İbrahimqızı vurğulayıb.
Millət vəkili qeyd edib ki, sammitin sənədlərinin layihəsi müzakirələr əsasında əvvəlcədən hazırlanır. Onun sözlərinə görə, yekun sənəddə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəndin olmaması üçün Ermənistan və erməni lobbisi çox çalışsa da, buna nail ola bilməyib. “Çünki artıq işğalçı dövlət Azərbaycanın hücum diplomatiyasının qarşısında acizdir. Təbii ki, NATO-Azərbaycan əməkdaşlığı, ölkəmizin digər təşkilatlarla fəal əlaqələri də burada öz sözünü dedi. Xüsusilə Prezident İlham Əliyevin qətiyyətli siyasəti diplomatik qələbələrimizin əsasını təşkil edir. Artıq bu sənədlərin qəbul olunması işğalçı Ermənistanın özünə bəraəti üçün heç bir yer qoymur. Hesab edirəm ki, qəbul olunan belə sənədlər Dağlıq Qarabağ probleminin ədalətli həllini daha da yaxınlaşdırır” - deyə, M.İbrahimqızı qeyd edib.
Xəbər lenti
Hamısına baxDünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38

