“bp-Azerbaijan” şirkəti azərbaycanlı tələbə və məzunlar üçün karyera forumu təşkil edib
09.09.2014 [09:33]
Sentyabrın 8-də “bp-Azerbaijan” şirkəti neft və qaz sənayesi ilə bağlı ixtisaslar üzrə xaricdə təhsil alan azərbaycanlı tələbə və məzunlar üçün karyera forumu təşkil edib.
AzərTAc xəbər verir ki, forumu giriş sözü ilə açan şirkətin təmsilçisi Tamam Bayatlı tədbirin bp və onun tərəfdaşlarının neft-qaz sahəsində yüksək ixtisaslı yerli mütəxəssislər yetişdirilməsi istiqamətində ölkənin göstərdiyi səylərə dəstək olmaq öhdəliyinin bir hissəsi olduğunu bildirib. Qeyd olunub ki, forumun məqsədi xarici universitetlərdə təhsil alan istedadlı tələbələr arasında şirkətdə iş imkanlarını təşviq etmək və onlarla birbaşa əlaqələr qurmaqdır.
“bp-Azerbaijan” şirkətinin insan resursları üzrə vitse-prezidenti Leyla Novruzova çıxışında forumun xaricdə təhsil alan tələbələri məlumatlandırmaq və onlarla ünsiyyət qurmaq imkanı yaratdığını söyləyib. “Tələbələr “bp-Azerbaijan” şirkətinin yüksək vəzifəli məmurları ilə görüşərək mövcud və gələcək karyera imkanlarını, işəgötürmə proqramlarını və planları müzakirə edə biləcəklər. Həmçinin şirkətin Azərbaycanda və regionda 20 il ərzində dənizdə və quruda təhlükəsiz və etibarlı şəkildə həyata keçirdiyi əməliyyatlar haqqında məlumat almaq imkanı qazanacaqlar” - deyə L.Novruzova vurğulayıb.
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev ölkəmizdə gənclərə dövlət səviyyəsində göstərilən qayğıdan bəhs edib. Vurğulayıb ki, yalnız son üç ildə Prezident İlham Əliyevin gənclərlə müxtəlif tədbirlərdə altı görüşü olub. Dövlətimizin başçısı bütün görüşlərdə gənclərimizi yüksək ixtisaslı mütəxəssis kimi nəinki ölkəmizin, eləcə də dünyanın aparıcı şirkətlərində görmək istəyini ifadə edib. “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının və digər rəsmi sənədlərin başlıca məqsədlərindən biri gənclərin vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik prinsipləri əsasında Azərbaycan xalqının tarixi-mədəni irsinə, milli mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunmasından, cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirakının təmin edilməsindən, onların intellektual və yaradıcılıq potensialının ümummilli məsələlərin həllinə yönəldilməsindən ibarətdir.
V.Quliyev neft-qaz sənayesi sahəsində dünyanın ən nüfuzlu şirkəti olan “bp-Azerbaijan”da karyera qurmaq istəyən gənclərə uğurlar arzulayıb.
Böyük Britaniya Məzunları İctimai Birliyi ilə birgə təşkil olunan forumda xaricdə təhsil alan 120 azərbaycanlı tələbə və məzun iştirak edib. Onlar öz karyeralarını ölkənin neft və qaz sənayesində qurmağı planlaşdıran gənclərdir.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49

