Ağsaqqal sözünə həmişə böyük ehtiyac olub
11.09.2014 [09:49]
Sentyabrın 10-da İsmayıllı şəhərindəki Heydər Əliyev Mərkəzində Azərbaycan Ağsaqqallar Şurası və İsmayıllı rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “İctimai-siyasi həyatda ağsaqqalların rolu” mövzusunda regional yığıncaq keçirilib.
AzərTAc xəbər verir ki, İsmayıllı, Qəbələ, Şamaxı, Qobustan, Ağsu, Göyçay, Ağdaş, Ucar və Oğuz rayonları ağsaqqallar şuraları sədrlərinin, gənclər və idman idarələri rəislərinin, habelə fəal ağsaqqal və gənclərin qatıldıqları tədbirin iştirakçıları əvvəlcə şəhərin mərkəzində Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə əklil və çiçəklər qoyaraq əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Regional yığıncağı giriş sözü ilə açan Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov tədbirin əhəmiyyətindən danışaraq bu cür görüşlərin yaşlı nəslin nümayəndələrinin son dərəcə zəngin olan həyat təcrübəsinin öyrənilməsində, gənclərə vətənpərvərlik ruhunun aşılanmasında, onlarda dövlətçiliyə sədaqət, ölkənin inkişafında daha fəal iştirak etmək kimi hisslərin formalaşmasında və güclənməsində böyük önəm kəsb etdiyini vurğulayıb.
Azərbaycan Ağsaqqallar Şurasının sədri bu gün ölkəmizin dünyanın ən sabit, ən surətlə inkişaf edən ölkəsi olduğunu söyləyərək buna heç də asanlıqla nail olunmadığını deyib və bunun Ümummilli lider Heydər Əliyevin gərgin əməyi, uzaqgörən siyasəti sayəsində qazanıldığını vurğulayıb. Diqqəti ötən əsrin 70-ci illərində Ulu öndərin siyasi hakimiyyətə gəlişinin birinci dövrünə cəlb edən natiq o vaxt ölkənin sürətli inkişaf yoluna çıxarıldığını, üzüm istehsalının rekord həddə çatdırıldığını, məişət kondisionerləri zavodu kimi iri istehsal sahələrinin açıldığını bildirib.
Keçən əsrin 90-cı illərində Azərbaycana qarşı məkrli niyyətlərdən danışaraq söyləyib ki, ölkəmizin zorla cəlb olunduğu Qarabağ müharibəsi nəticəsində ərazilərimizin 20 faizi işğal olunub, 1 milyon insan zorla qovularaq qaçqın və məcburi köçkün halına salınıb. Natiq bu faciəni törədənlərin məkrli niyyətlərindən danışaraq o vaxt Ulu öndər Heydər Əliyevin Azərbaycana gəlişinə bilərəkdən hər cür əngəllər törədildiyini bildirib.
Azərbaycan Ağsaqqallar Şurasının sədri o vaxtkı hadisələr, Ümummilli liderin ikinci dəfə hakimiyyətə gəlişi, qısa müddətdə ölkədə sabitliyi bərpa etməsi, Azərbaycanı dinamik inkişaf yoluna çıxarması barədə gələcəyimiz olan gənclərin tam, düzgün məlumatlandırılmasının zəruriliyini diqqətə çatdırıb, bütün bunların gənc nəslin vətənpərvərlik tərbiyəsində xüsusi önəm daşıdığını söyləyib. Gənclər gözəl gələcəyə hazırlanmalıdır deyən natiq bu sahədə yaşlı nəslin nümayəndələrinin üzərinə böyük vəzifələr düşdüyünü bildirib.
Yığıncaqda digər çıxış edənlər də bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin bütün sahələrdə dinamik inkişaf etdiyini, bu sahədə gənclərin böyük qüvvə olduğunu vurğulayıb, Azərbaycanın gələcəyinin məhz gənclərin bilik və bacarıqlarından, yüksək vətəndaşlıq mövqelərindən asılı olduğunu bildiriblər.
Rayonların ağsaqqallar şuraları sədrlərinə Azərbaycan Ağsaqqallar Şurasının fəxri fərmanı, yığıncaq iştirakçılarına rayon İcra Hakimiyyətinin hədiyyələri verilib.
Yığıncaq iştirakçıları adından Prezident İlham Əliyevə yekdilliklə müraciət qəbul olunub.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19

