Azərbaycan ilə Qırğızıstan arasında Hökumətlərarası Komissiyanın növbəti iclası keçirilib
11.09.2014 [09:50]
Sentyabrın 10-da Nazirlər Kabinetində Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclası keçirilib.
AzərTAc xəbər verir ki, əvvəlcə Qırğız Respublikasının Baş nazirinin birinci müavini Tayırbek Sarpaşevin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Qırğızıstan arasında bütün sahələrdə əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğu bildirilib.
Sonra Hökumətlərarası Komissiyanın iclası keçirilib.
İclasda çıxış edən Komissiyanın Azərbaycan tərəfdən həmsədri, Baş nazirin birinci müavini Yaqub Eyyubov Azərbaycan və Qırğızıstan xalqlarının əsrlər boyu həmişə sülh və dostluq şəraitində yaşadığını qeyd edib. Qırğızıstan və Azərbaycan indi müstəqil dövlətlər kimi bu dostluq və qardaşlıq münasibətlərini inkişaf etdirirlər. Y.Eyyubov deyib ki, hər iki ölkə üzv olduğu bütün beynəlxalq təşkilatlarda qarşılıqlı əməkdaşlıq edir və bir-birini dəstəkləyir. Əminliklə bildirilib ki, Hökumətlərarası Komissiyanın fəaliyyəti münasibətlərin gələcək inkişafına öz töhfəsini verəcək.
Bu gün Azərbaycanın sürətlə inkişaf etdiyini deyən Yaqub Eyyubov bildirib ki, bu uğurun təməlində xalqımızın Ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi uzaqgörən siyasət dayanır. Bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin səyləri nəticəsində ölkəmiz günbəgün yenilənir, inkişaf edir.
Vurğulanıb ki, artıq Azərbaycan inkişaf etmiş iqtisadiyyata malikdir. Ölkəmizdə təkcə neft sənayesi deyil, qeyri-neft sektoru da sürətlə inkişaf etməkdədir. Bunu müxtəlif təşkilatların statistik göstəricilərində müşahidə etmək olar.
Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsindən də danışan Y.Eyyubov bildirib ki, bu münaqişə nəticəsində torpaqlarımızın 20 faizi işğal olunub, tarixi-mədəniyyət abidələrimiz tamamilə dağıdılıb.
Qırğızıstan tərəfdən komissiyanın həmsədri, Baş nazirin birinci müavini Tayırbek Sarpaşev çıxış edərək bildirib ki, ölkəsi Azərbaycan ilə əməkdaşlığa xüsusi önəm verir. O, qarşılıqlı tərəfdaşlıq üçün müxtəlif səviyyələrdə görüşlərin keçirildiyini xatırladaraq, bu komissiyanın da əlaqələrin inkişafının sürətlənməsinə xidmət etdiyini deyib.
Səfəri zamanı gözəl və inkişaf etmiş bir Azərbaycan gördüyünü deyən qonaq ölkəmizin regionlarında aqrar sənayenin inkişafı istiqamətində görülən işləri yüksək qiymətləndirib.
Tayırbek Sarpaşev ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlıq üçün geniş imkanların olduğunu vurğulayıb. Bildirilib ki, investisiya qoyuluşu sahəsində əməkdaşlığın genişləndirilməsi üçün əlverişli potensial mövcuddur. O, bu yaxınlarda açılacaq Bakı və Bişkek aviareysinin ölkələrimiz arasında əlaqələri daha da yaxşılaşdıracağını deyib.
Baş nazirin birinci müavini T.Sarpaşev deyib ki, ötən iclasda qərara alınmış razılığa əsasən Bişkekin mərkəzində Ümummilli lider Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkının salınması üçün artıq bütün hazırlıq işləri görülüb.
İclasda nəqliyyat, rabitə, turizm, humanitar sahələrində hüquqi bazanın genişləndirilməsi istiqamətində müzakirələr aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11

