Bakıda birinci Azərbaycan Beynəlxalq müdafiə sənayesi sərgisi açılıb
12.09.2014 [10:02]
Sentyabrın 11-də Bakı Ekspo Mərkəzində birinci Azərbaycan Beynəlxalq müdafiə sənayesi “ADEX 2014” sərgisinin açılışı olub.
AzərTAc xəbər verir ki, mərasimdə dövlət və hökumət rəsmiləri, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin, beynəlxalq təşkilatların təmsilçiləri, bir sıra ölkələrin Müdafiə nazirliklərinin nümayəndələri iştirak ediblər.
Tədbirdə Azərbaycan Respublikası Prezidentinin müdafiə məsələləri üzrə köməkçisi, Prezident Administrasiyası rəhbərinin müavini, general-leytenant Vahid Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin sərgi iştirakçılarına təbrik məktubunu oxuyub.
Müdafiə sənayesi naziri Yavər Camalov çıxış edərək ölkəmizdə və regionda ilk dəfə keçirilən Azərbaycan Beynəlxalq müdafiə sənayesi “ADEX 2014” sərgisinin açılması münasibətilə nümayəndə heyətlərini, şirkətlərin təmsilçilərini və ziyarətçiləri salamlayıb.
Nazir diqqətə çatdırıb ki, sərginin Azərbaycanda keçirilməsi təsadüfi deyil. Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazilərinin 20 faizi işğal olunub, bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Respublikamızın müharibə şəraitində olması nəzərə alınaraq Azərbaycanın müdafiə qüdrətinin möhkəmləndirilməsi məqsədilə həyata keçirilən mühüm tədbirlərdən biri məhz Müdafiə Sənayesi Nazirliyinin yaradılması olub. Ümummilli lider Heydər Əliyevin qurucusu olduğu müstəqil Azərbaycan Respublikası uğurlu inkişaf yolu keçib.
Bildirilib ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin məqsədyönlü siyasəti ölkəmizdə güclü iqtisadi və hərbi potensialın formalaşması ilə nəticələnib.
Artıq ölkəmizdə müasir texnologiyalara əsaslanan müdafiə sənayesi müəssisələrinin fəaliyyətə başladığını deyən Y.Camalov bildirib ki, Azərbaycanın hərbi qüdrəti durmadan artır. Azərbaycan Silahlı Qüvvələri peşəkarlıq, nizam-intizam, silah-sursat, texniki təchizat və döyüş qabiliyyəti baxımından Cənubi Qafqazın ən güclü ordusuna çevrilib.
Nazir son illərdə ölkəmizin müdafiə sənayesinin uğurla inkişaf etdiyini xüsusi vurğulayıb. Diqqətə çatdırıb ki, müdafiə sənayesi müəssisələri tərəfindən buraxılan hərbi təyinatlı məhsulların çeşidi artıb. Milli Ordumuzun müasir silah növləri ilə təchiz edilməsi üçün zəruri addımlar atılıb. Ən müasir silahlarla təchiz olunmuş Azərbaycan Ordusu bu gün ərazilərimizi işğaldan azad etmək də daxil olmaqla, qarşıya qoyulan bütün vəzifələri yerinə yetirməyə qadirdir.
Qeyd edilib ki, “ADEX 2014” sərgisində dünyanın 34 ölkəsindən 200 şirkət və rəsmi nümayəndə heyəti iştirak edir. Bu, bir daha sübut edir ki, 2005-ci ildən fəaliyyətə başlayan Müdafiə Sənayesi Nazirliyi ötən müddətdə hərbi-texniki əməkdaşlıq sahəsində böyük uğurlar qazanıb. Müxtəlif ölkələrin hərbi sənaye kompleksləri ilə əməkdaşlıq əlaqələrinin qurulması artıq öz bəhrəsini verməkdədir. Hazırda ölkəmizdə doqquz yüz adda müxtəlif hərbi təyinatlı məhsul istehsal edilir.
Y.Camalov vurğulayıb ki, dost və tərəfdaş ölkələrlə əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi hərbi texnika, silah, döyüş sursatları istehsal edən müəssisələrimizin tamamilə yenidən qurulmasına imkan yaradıb. Həyata keçirilən tədbirlər nəticəsində bu gün Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan müəssisələrdə qabaqcıl dünya və NATO standartlarına cavab verən məhsullar istehsal edilir.
Müdafiə sənayesi naziri sonda diqqətə çatdırıb ki, “ADEX 2014” sərgisi iştirakçılar arasında yeni əməkdaşlıq sahələrini müəyyən edəcək, əlaqələrin daha da genişləndirilməsinə öz töhfəsini verəcək.
Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.
Sərgidə Azərbaycan, Türkiyə, Rusiya, Belarus, Koreya Respublikası, Polşa, İsrail və Ukraynanın milli qrupları öz ekspozisiyalarını nümayiş etdirirlər. “ADEX 2014”də Azərbaycan, Türkiyə, Polşa, İsrail və Belarus ekspozisiyalarının miqyası ilə fərqlənirlər.
Sərginin platin sponsoru Niderland Krallığının “Damen Shipyards Group” gəmiqayırma şirkəti, təşkilati tərəfdaşları isə “Iteca Caspian” və “Caspian Event Organisers” şirkətləridir. Sərginin qızıl sponsoru qismində Türkiyənin “Roketsan” şirkəti çıxış edir. “ADEX 2014” sərgisinə olan böyük maraq beynəlxalq aləmdə Azərbaycanın mühüm strateji tərəfdaş kimi yüksək rolunu və əhəmiyyətini bir daha təsdiq edir.
“ADEX 2014”də Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 168 adda müdafiə təyinatlı məmulatı nümayiş etdirilir.
Sərgidə sənaye müəssisələrinin əldə etdikləri ən yeni nailiyyətlər, quru qoşunları və hərbi-dəniz qüvvələrinin silah və texnikaları, aviasiya və aviasiya silahları, hava hücumundan müdafiə üzrə sistem və vasitələr, xüsusi təyinatlı vasitələr, informasiya texnologiyaları, rabitə sistemləri, ordunun inzibati və texniki təminatı, kosmik texnologiyalar istiqamətləri üzrə məhsullar nümayiş olunur.
Sərgi sentyabrın 13-dək davam edəcək.
Xəbər lenti
Hamısına baxMaraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28

