Qubada dini icmalar üçün iki günlük regional konfrans işə başlayıb
17.09.2014 [09:26]
Sentyabrın 16-da Qubada Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə respublikanın şimal bölgəsində fəaliyyət göstərən dini icma sədrləri, imam və axundlar, eləcə də fəal dindar və ilahiyyatçılar üçün “Milli adət-ənənələrimiz və müasirlik” mövzusunda ikigünlük regional konfrans işə başlayıb.
Dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi, dini maarifləndirmə işinin təşkili və aparılması, həmçinin dini icmaların cəmiyyətdə radikalizm meyllərinin qarşısının alınması və sosial problemlərin həlli prosesinə cəlb olunması məqsədilə keçirilən regional konfransın açılış mərasimində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Quba rayon İcra Hakimiyyətinin rəhbərləri, Milli Məclisin deputatları, Qafqaz Müsəlmanları İdarəsinin, ölkə ictimaiyyətinin, elmi dairələrin nümayəndələri iştirak ediblər.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, konfrans iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin Quba şəhərindəki abidəsini ziyarət edib, önünə əklil və tər güllər düzüblər.
Açılış mərasimində çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı konfransın əhəmiyyətindən və ölkəmizdəki dövlət-din münasibətlərindən ətraflı danışıb. Bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xalqımızın milli mənəvi dəyərlərinə qayıdışı sürətlənib.
Dövlət Komitəsinin sədri bu istiqamətdə Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərini qeyd edib və hazırda Prezident İlham Əliyevin milli mənəvi dəyərlərimizin, dinimizin inkişafı istiqamətində həyata keçirdiyi işlərdən danışıb.
Ümummilli lider Heydər Əliyevin “Biz dünyəvi dövlətik, amma dindən də ayrı deyilik” fikrini vurğulayan Mübariz Qurbanlı bildirib ki, bu gün ölkəmizdə dinlərarası münasibətlər ən yüksək səviyyədədir. Hər kəsin dini etiqad azadlığı var. Bununla yanaşı, milli mənəvi dəyərlərimizin tərkib hissəsi olan, o cümlədən ölkə əhalisinin əksəriyyətinin etiqad etdiyi İslam dini və mədəniyyətinin təbliği prioritet məsələlərdəndir. Ancaq unutmaq lazım deyil ki, hazırda dünyada İslam dinini radikalizmə sürükləmə meylləri artmaqdadır. Odur ki, dini maarifləndirmə işinə daha diqqətli yanaşılmalıdır. Ölkə dindarlarını xarici təsirlərdən qorumaq daha çox ruhanilərin üzərinə düşən məsuliyyətdir. Əsrlərin süzgəcindən keçərək müasir dövrümüzədək qoruyub saxladığımız milli mənəvi, dini adət-ənənələrimizi yaşatmalı və onu düzgün şəkildə insanlara çatdırmalıyıq.
Tədbirdə çıxış edən din xadimləri ölkədə dini maarifləndirmə işinin gücləndirilməsinin zəruriliyini bildirərək, son vaxtlar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə bu istiqamətdə həyata keçirilən tədbirləri yüksək qiymətləndiriblər.
Açılış mərasimindən sonra panellər üzrə davam edən konfransda bir neçə maraqlı məruzə dinlənilib. “Milli kimliyimizin formalaşmasında milli mənəvi dəyərlərimizin yeri və rolu” adlı plenar iclasda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının doktorantura şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Musa Quluzadə “Müasir Azərbaycanda milli mənəvi dəyərlərin qorunması (Ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin fəaliyyətləri kontekstində)”, Bakı Dövlət Universiteti ilahiyyat fakültəsinin müəllimi Aqil Şirinov “Milli kimliyimiz və İslam dini”, Bakı Dövlət Universiteti tarix fakültəsinin müəllimi, ilahiyyatçı Saleh Kazımov “Azərbaycan ruhaniliyi və milli dövlətçiliyimizin qurulması prosesi” mövzularında məruzələrlə çıxış ediblər.
Konfransda “Azərbaycanın şimal bölgəsində ənənəvi İslam”, “Ənənəvi İslam: dini radikalizmə qarşı mənəvi müdafiə sistemi”, “İrfan məktəbi - ənənəvi İslamın bərpası” mövzuları ətrafında fikir mübadiləsi aparılıb.
Həmçinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dini qurumlarla iş üzrə şöbəsinin müdiri Niyaz Yaqubovun “Milli mənəvi dəyərlərimizin təbliğ olunmasında dini icmaların yeri və rolu”, Dini Araşdırmalar Mərkəzinin icraçı direktoru Natiq Rəhimovun “Din xadimlərinin natiqlik qabiliyyəti və motivasiya üsulları”, DQİDK-nın dinşünaslıq ekspertizası, ictimai məsələlər və analitik təhlil şöbəsinin müdiri Nahid Məmmədovun “Vətənpərvərlik milli mənəvi dəyər kimi”, həmin şöbənin müdir müavini Əliheydər Zülfüqarovun “Dini icmaların fəaliyyəti: imkanlar və perspektivlər”, Qafqaz Müsəlmanları İdarəsinin Quba rayonu üzrə səlahiyyətli nümayəndəsi, Quba şəhəri “Hacı Cəfər” məscidinin imamı Elnur Əfəndiyevin “İslamda Vətən və dövlət sevgisi”, Milli Tolerantlıq Mərkəzinin icraçı direktoru, ilahiyyatçı Elmin Əliyevin “Milli adət-ənənələrimiz və müasir çağırışlar” mövzularında məruzələri konfrans iştirakçıları tərəfindən yüksək dəyərləndirilib.
Sentyabrın 17-də konfrans işini davam etdirəcək.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22

