/ / Müstəqil Azərbaycanın neft strategiyası dövlətimizin həm daxili, həm də xarici siyasətinin əsas tərkib hissəsinə çevrilib
Müstəqil Azərbaycanın neft strategiyası dövlətimizin həm daxili, həm də xarici siyasətinin əsas tərkib hissəsinə çevrilib
20.09.2014 [10:20]
Sentyabrın 19-da Bakı Dövlət Universitetində (BDU) “Əsrin müqaviləsi”nin imzalanmasının 20 illiyinə həsr olunmuş tədbir keçirilib.
AzərTAc xəbər verir ki, müvafiq qurumların nümayəndələrinin, tanınmış alimlərin və tələbələrin iştirak etdikləri tədbirdə BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov Ümummilli liderimiz Heydər Əliyevin dahiyanə siyasəti nəticəsində Qərbin iri neft şirkətləri ilə uğurlu danışıqlar aparılaraq 1994-cü il sentyabrın 20-də bütün dünyada “Əsrin müqaviləsi” adı ilə tanınan neft kontraktlarının imzalandığını xatırladıb.
“Əsrin müqaviləsi”nin tarixi əhəmiyyətindən danışan rektor bu sazişin müstəqil Azərbaycanın inkişafında mühüm rolunu vurğulayıb. Qeyd edilib ki, bu gün Azərbaycanın tərəqqisinin əsasını Ulu öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanmış yeni neft strategiyası qoyub.
Ulu öndər Heydər Əliyev siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdıran akademik A.Məhərrəmov ölkəmizdə fədakar neftçi əməyinə xüsusi qiymət verildiyini, neftçilərə daim böyük qayğı göstərildiyini bildirib.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə Ümummilli lider Heydər Əliyevin müasir müstəqil dövlətimizin qurulmasında, möhkəmləndirilməsində və dünyaya tanıdılmasında əvəzsiz tarixi xidmətlərindən danışıb.
Azərbaycan neft sənayesinin inkişaf mərhələlərindən bəhs edən X.Yusifzadə qeyd edib ki, 1994-cü ildən sonra Azərbaycanın neft epopeyasının yeni parlaq mərhələsi başlandı. Bu mərhələ “Əsrin müqaviləsi”nın və Ümummilli lider Heydər Əliyevin yeni neft strategiyasının işlənib hazırlanması və həyata keçirilməsi illərini əhatə edir. 1994-cü il sentyabrın 20-də dahi rəhbər Heydər Əliyevin misilsiz əməyi sayəsində Azəri-Çiraq-Günəşli (dərinsulu hissə) yataqlarının işlənməsi üzrə dünyanın yeddi ölkəsinin 11 məşhur neft şirkəti - bp, “Statoyl”, “Amoko”, “TPAO”, “İtoci”, “ExxonMobil”, “LUKoyl”, “Delta”, “Remko”, “MacDermot”, “Hess” şirkətləri ilə sonralar tarixə “Əsrin müqaviləsi” kimi düşmüş “hasilatın pay bölgüsü” sazişi imzalanıb. Həmin vaxtdan başlayaraq, müstəqil Azərbaycanın neft strategiyası dövlətimizin həm daxili, həm də xarici siyasətinin əsas tərkib hissəsinə çevrilib.
X.Yusifzadə vurğulayıb ki, Ulu öndər Heydər Əliyevin Fərmanı ilə 2001-ci ildən etibarən sentyabrın 20-si ölkəmizdə Neftçilər Günü kimi qeyd olunur.
ARDNŞ-in birinci vitse-prezidenti Azərbaycanın qazandığı digər uğurlardan da danışıb.
Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə Ümummilli lider Heydər Əliyev siyasətinin uğurlu bəhrələrindən, “Əsrin müqaviləsi”nin ölkəmizin tərəqqisində tarixi rolundan bəhs edib, dahi rəhbərin ideyalarının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini vurğulayıblar. Bu siyasət nəticəsində Azərbaycanın hazırda çox sürətlə inkişaf etdiyi bildirilib.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22

