/ / Siyavuş Novruzov: Azərbaycan yeganə ölkədir ki, QHT-lərin maliyyələşməsi dövlət tərəfindən həyata keçirilir
Siyavuş Novruzov: Azərbaycan yeganə ölkədir ki, QHT-lərin maliyyələşməsi dövlət tərəfindən həyata keçirilir
25.09.2014 [10:15]
Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov ABŞ prezidenti Barak Obamanın Azərbaycanla bağlı səsləndirdiyi tənqidi fikirlərə münasibət bildirib. “Qafqazinfo”ya açıqlamasında millət vəkili qeyd edib ki, Obama çıxışından öncə Azərbaycan qanunlarını oxumalı idi: “Birincisi, çıxış etmədən öncə Obama ya özü, ya da köməkçiləri Azərbaycanda qeyri-hökumət təşkilatları haqqında qanunları oxumalı idi ki, bilsinlər söhbət nədən gedir. Azərbaycandakı QHT-lər haqqındakı qanunlar dünyanın hər bir ölkəsindəki qanunla eynidi. Burada QHT-lərin fəaliyyəti, qeydiyyatdan keçməsi, həyata keçirdikləri layihələr qanunda normal şəkildə öz əksini tapıb. İkincisi, Azərbaycan yeganə ölkədir ki, QHT-lərin maliyyələşməsi dövlət tərəfindən həyata keçirilir. Yəni, istənilən QHT layihə təqdim edir və QHT-lərə Dövlət Dəstəyi Şurasından kifayət qədər maliyyə ayrılır. Biz həmişə şəffaflığın tərəfdarı olmuşuq. Burada isə söhbət bəzi QHT-lərin qeyri-şəffaf yolla ayrı-ayrı xarici ölkələrdən qrantlar alıb, o qrantları təyinatına uyğun olmayan şəkildə istifadə etməsindən gedir. Bütün dünyada da tələb olunur ki, QHT-lər şəffaf olsun”.
S.Novruzov QHT-lərlə bağlı məsələni aydınlaşdırmaq üçün Gürcüstanı misal çəkib: “Vaxtilə Gürcüstanda Soros Fondu elan etdi ki, “qızılgül” inqilabını biz maliyyələşdirmişik. Soros Fondu da qeyri-hökümət təşkilatı idi. Bu cür təşkilatlar yerli QHT-ləri maliyyəşdirməklə onları qeyri-qanuni işlərə məcbur edirlər. Bunun şahidi də olduq. Onların arasında erməni lobbisi tərəfindən maliyyələşən QHT rəhbəri müəyyən olunub. Bir çoxu məsuliyyətə cəlb edilib. Obamanın yanlış informasiya ilə çıxış etməsində də erməni lobbisinin rolu var. Obamanın çıxışı Azərbaycanın reallığını əks etdirmir. Ölkədə olmayan, yalan informasiyalar əsasında verilən bəyanatdır. Bunda da erməni lobbisinin və sapı özümüzdən olan baltaların xüsusi rolu var”.
Siyavuş Novruzov deyib ki, Obama özü qarışdırdığı işlərlə məşğul olmalıdır: “Obamanın bu açıqlaması Azərbaycan-ABŞ münasibətlərinə heç bir təsir edə bilməyəcək. Belə bəyanatlar olur. Obamanı hər dəfə məcbur edirlər ki, 24 aprellə bağlı danışsın. O, “erməni soyqırımı” ifadəsini işlətməsə də, ermənilərin öldürüldüyünü deyir. Amma Türkiyə ilə münasibətlərdə heç nə dəyişmir. Bu, klassik olaraq ABŞ rəhbərlərinin müxtəlif sahələrə diqqət göstərməsidir. Dünyanın bu qədər qlobal problemləri var, Şərq bir tərəfdən, Qərb bir tərəfdən qarışıb. Rusiya-Ukrayna münasibətləri, bu tərəfdən İŞİD, o tərəfdən başqası, Obamanı isə Azərbaycandakı QHT-lər maraqlandırır. Hansı ki, o işləri də bunlar qarışdırıb, indi isə onların həlli ilə məşğul olmalıdır. Obama həm Ukraynanı, həm də ərəb dünyasını qatıb bir-birinə, indi də terrorçuların öhdəsindən gələ bilmir. Bununla məşğul olmaq əvəzinə gəlib Azəraycanda QHT-lərlə məşğul olur”.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49

