/ / Əli Kərimlinin himayədarlıq etdiyi Xədicə İsmayılova Azərbaycan xalqına düşmən mövqedə olduğunu bir daha nümayiş etdirdi
Əli Kərimlinin himayədarlıq etdiyi Xədicə İsmayılova Azərbaycan xalqına düşmən mövqedə olduğunu bir daha nümayiş etdirdi
26.09.2014 [09:29]
Ermənilərlə birləşərək milli maraqlarımıza qarşı fəaliyyət göstərən bu zümrə yenidən öz ampluasındadır
Azərbaycan son illərdə əldə etdiyi iqtisadi inkişaf nəticəsində Cənubi Qafqazın lider dövlətinə çevrilib. Stabil, güclü iqtisadiyyata malik Azərbaycan ən böyük problemi olan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində mühüm uğurlar əldə edib. Eyni zamanda, dövlət müstəqilliyi ildən-ilə gücləndirilir, imzalanmış bir sıra mühüm qlobal xarakterli enerji layihələri ölkəmizin dünyanın enerji təhlükəsizliyindəki rolunu möhkəmləndirib. Digər tərəfdən, bu amil Azərbaycanın müstəqil və balanslaşdırılmış xarici siyasət kursu yeritməsində mühüm rola malikdir.
Bundan başqa, Azərbaycan dövləti özünün inkişaf siyasətində hər zaman demokratik ənənələrə sadiqlik nümayiş etdirib. İnsan hüquq və azadlıqlarının yüksək səviyyədə tanındığı və qorunduğu ölkəmizdə vətəndaşların iradəsi dövlətin inkişaf istiqamətini müəyyənləşdirir.
Amma görünən budur ki, Azərbaycanın əldə etdiyi uğurlar erməniləri və onların təlimat və dəstəyi ilə ölkəmizə qarşı fəaliyyət göstərən “sapı özümüzdə olan balta”ları çox narahat edir. Bu səbəbdən də ölkəmizin imicinə xələl vurmaq istəyən təzyiq qruplarının, dünya erməniliyinin əlinin oyuncağına çevrilmiş, ermənidən daha çox erməniliyi ilə seçilən, hər addımda, hər məqamda Azərbaycan xalqına, dövlətinə qarşı düşmən mövqedə dayanan Xədicə İsmayılova kimiləri Dağlıq Qarabağ həqiqətinə “arxalarını” çevirirlər...
Xatırladaq ki, sentyabrın 23-də Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in zirvə toplantısında fundamental azadlıqlar mövzusu müzakirə olunub. Tədbirdə çıxış edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Cənubi Qafqaz ölkələrində sərbəst toplaşmaq azadlığı barədə çıxışa başlayanda “milli satqın” Xədicə İsmayılova 10-a yaxın erməni dostuna işarə edib və onlar yan-yana düzülərək, tribunaya arxalarını çeviriblər. Halbuki X.İsmayılova ermənilərlə birgə Azərbaycana qarşı belə çirkin kampaniya həyata keçirdiyi zaman Ə.Şahidov öz çıxışında Ermənistan hakimiyyətini ifşa edirdi...
Xədicə İsmayılova Dağlıq Qarabağ münaqişəsinə münasibətdə ermənilərlə bir sırada dayandı
Bəli, bu fakt bir sıra həqiqətlərin üzərinə növbəti dəfə işıq saldı. Belə ki, Xədicə İsmayılovanın timsalında radikal müxalifət nümayəndələri bu “fəaliyyətləri” ilə isbat etdilər ki, bu günə qədər mətbuatda onlar haqqında yazılanlar həqiqətdir. Yəni, xarici antimilli dairələrin Azərbaycana qarşı apardığı qarayaxma kampaniyasının ön səfində yer alan, “beşinci kolon” qismində milli maraqlarımıza zidd fəaliyyətlə məşğul olan bu “sapı özümüzdən balta”lar ölkədə atılan hər bir addımı, aparılan islahatları öz “qavrayışları” müstəvisində qələmə verməyə, hətta Dağlıq Qarabağ münaqişəsini belə özlərinin çirkin siyasi oyunlarının alətinə çevirməyə çalışırlar. Satqınlar siyahısında adını hər zaman başdan yazdıran Xədicə İsmayılova isə yenidən bu davranışı ilə Azərbaycan xalqına, dövlətinə qarşı düşmən mövqe tutmaqdan əl çəkmədiyini, əksinə, digər ifşa olunan və qanunun qarşısında cavab verən satqınların boşaltdıqları yeri zəbt etməklə məşğul olduğunu nümayiş etdirdi. Bir sözlə, Azərbaycanın haqq səsinə, ermənilərin işğalçılıq siyasətinin ifşasına “arxa çevirən” X.İsmayılova özünün kimliyini ortaya qoyur.
Əslində, Xədicənin bu addımı ondan gözlənilən bir hərəkətdir. Çünki, fəaliyyətinin bütün dövrlərində Azərbaycan dövlətinin və xalqının maraqlarına zərbə vurmaq üçün fürsət gözləyən X.İsmayılova hər zaman ermənilərin barmaq işarəsi ilə oturub-duran birisi olub. Xarici maliyyənin təsiri ilə bütün fəaliyyətini Azərbaycana qara yaxmağa həsr edən X.İsmayılova istər ölkəmizdə keçirilən seçkilərə, istərsə də həyata keçirilən islahat, yenidənqurma işlərinə özünəməxsus don geyindirərək bunu qulluq etdiyi və maliyyə dəstəyi aldığı dairələrin arzularına uyğun şəkildə təqdim etməyə çalışır.
Ümumiyyətlə, Azərbaycan cəmiyyətinə X.İsmayılovanın fəaliyyət və ya həyat “ştrixlərini” geniş izah etməyə hacət yoxdur. X.İsmayılovanın hansı əməllərin daşıyıcısı olduğu, kimliyi, fəaliyyəti, o cümlədən, digər məsələlər xalqımıza yaxşı bəllidir. Ermənilərlə eyni səfdə dayanan belələri üstündə gəzdikləri Vətəni, milləti satmaq üçün ən xırda fürsəti belə əldən qaçırmırlar. Artıq ermənilərlə işbirlikləri sübuta yetirilən X.İsmayılova üçün bundan utanmamaq, satqınlıqlarının ayıbına kor olmamaq adi bir hala çevrilib. Çünki bu gün Azərbaycan xalqına, dövlətinə düşmən kəsilənlərin sırasında Sarkisyan, Ohanyan, Hovanissyan kimiləri ilə yanaşı, xədicə ismayılovalar, leyla yunusovalar, arif yunusovlar və başqaları da var. Özü də eyni cərgədə....
Əli Kərimlinin və ətrafındakıların ermənilərlə işbirliyi öz təsdiqini tapdı...
X.İsmayılovanın sözügedən xəyanəti bir faktı da təsdiqlədi. Xədicə İsmayılovanın, həmçinin, Əli Kərimlinin ətrafında olan digər şəxslərin ermənilərlə işbirliyi, onların eyni mərkəzdən idarə olunduqları faktı növbəti dəfə ifşa edildi. Bu fakt yenidən bir həqiqəti üzə çıxardı - radikal müxalifət düşərgəsi, konkret olaraq AXCP milli və dövlət maraqlarına qarşı mövqe tutublar.
Əslində, X.İsmayılovanın dəstəvuzçusu olan Ə.Kərimlinin Azərbaycan xalqına və onun maraqlarına qarşı demarşı, Dağlıq Qarabağ münaqişəsinə belə xəyanətkar münasibəti ilk deyil. Onun üzvü olduğu “Milli şura” adlanan satqınlar klubunun ötən il keçirilən prezident seçkiləri dövründə Dağlıq Qarabağa “münasibəti” hər şeyi ortaya qoymurmu? Dağlıq Qarabağ problemini alver predmetinə çevirən, dövlətin uğurlarına qara yaxan, hakimiyyət hərisliyi ilə milli maraqları hər an tapdamağa hazır olan radikal düşərgə bir daha sübut etdi ki, yalnız ermənipərəst “sponsor”ların əmrləri ilə oturub-qalxır. Azərbaycan xalqı da kimin kim olduğunu bilir və hər kəsi öz kimliyinə əsasən dəyərləndirir. Xalqımız Leyla Yunusova, Xədicə İsmayılova, Əli Kərimli kimilərinin dövlətçiliyə qarşı apardığı çirkin oyunlara adekvat cavabı verir. Bu insanlar müstəqilliyimizin bütün dönəmlərində Azərbaycan dövlətçiliyinə qarşı hücumlar həyata keçirməkdən usanmayıblar. Bu gün də öz bəd əməllərini davam etdirməklə yalnız könül bulandırırlar. Özləri bir şey olmasa da...
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09

