Məhdud fiziki imkanlılar üçün Distant Tədris Mərkəzi istifadəyə verilib
02.10.2014 [09:53]
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamının icrası istiqamətində ardıcıl tədbirlər görülür. Sərəncama uyğun olaraq Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində Distant Tədris Mərkəzi yaradılıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, oktyabrın 1-də Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində Distant Tədris Mərkəzi istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinə gəlib, Mərkəzin fəaliyyəti ilə tanış olub.
Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri Rövşən Məmmədov məlumat verib ki, binada mərkəzi server və çevirici avadanlıqlar quraşdırılıb, tədris sinfinə intellektual-elektron lövhə, kompyuter, smart kamera, monitor və digər texniki avadanlıqlar qoyulub.
Ali Məclisin Sədri Distant Tədris Sistemini işə salıb, dərs prosesini izləyib.
Şahbuz rayonunun Ağbulaq kənd sakini, valideyn Səlim Cəmşidli videobağlantı vasitəsilə yaradılan şəraitə görə Ali Məclisin Sədrinə minnətdarlıq edib.
Müəllimlərlə söhbət zamanı Ali Məclisin Sədri deyib ki, sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyasının gücləndirilməsi və onların cəmiyyətə inteqrasiyasında distant təhsilin mühüm rolu olacaqdır. Yaradılan şərait uşaqların yaxşı təhsil almasına imkan verəcəkdir. Ona görə də müəllimlər uşaqların təhsilinə diqqətlə yanaşmalı, tədris proqramlarının həcmi artırılmalı, valideynlərlə mütəmadi əlaqə saxlanılmalıdır.
Sonra Ali Məclisin Sədri Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin fəaliyyəti ilə maraqlanıb.
Ali Məclisin Sədri mərkəzin audio və elektron kitabxanasının yeni ədəbiyyatlarla zənginləşdirilməsi, muxtar respublikada distant təhsilə keçid istiqamətində həyata keçirilən tədbirlərin və bu sahədə yeni texnologiyaların tətbiqinin bundan sonra da davam etdirilməsi, eləcə də müvafiq pedaqoji kadr hazırlığının təmin olunması barədə aidiyyəti qurumlara tapşırıqlar verib.
Xəbər lenti
Hamısına baxMaraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18

