/ / Valentina Matviyenko: Strateji tərəfdaşlar olan Azərbaycan və Rusiya münasibətləri müxtəlif sahələrdə uğurla inkişaf edir
Valentina Matviyenko: Strateji tərəfdaşlar olan Azərbaycan və Rusiya münasibətləri müxtəlif sahələrdə uğurla inkişaf edir
03.10.2014 [09:42]
Azərbaycan paytaxtında keçirilən IV Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko mətbuata müsahibə verib.
Dövlətlərarası iqtisadi əlaqələrdən söz açan V.Matviyenko deyib: “Son illər Rusiya ilə Azərbaycan arasında münasibətlər yüksələn xətt üzrə inkişaf edib, ticarət-iqtisadi əməkdaşlığın dinamikası yüksəkdir. Strateji tərəfdaşlar olan Azərbaycan və Rusiya münasibətləri müxtəlif sahələrdə uğurla inkişaf edir və bu, iki ölkənin liderlərinin - Azərbaycan və Rusiya prezidentlərinin səyləri sayəsində mümkün olub.
Azərbaycan və Rusiya prezidentləri arasında münasibətlər qarşılıqlı etimada söykənən konstruktiv münasibətlər xarakteri daşıyır. Prezidentlər təkcə bu il üç dəfə görüşüblər. Xəzəryanı ölkələrin dövlət başçılarının Həştərxanda keçirilən Sammitində sanballı qərarların qəbul edilməsinə müvəffəq olmağımız, o cümlədən Rusiya ilə Azərbaycanın səmərəli qarşılıqlı fəaliyyətinin nəticəsidir”.
V.Matviyenko bildirib: “İqtisadiyyatlarımız fəal inkişaf edir, çox böyük potensialımız var. Özü də təkcə mineral-xammal sahəsində deyil, həm də intellektual, sənaye, elmi sahələrdə”.
O deyib ki, qarşılıqlı mal dövriyyəsinin həcmi artsa da, ölkələrimizin potensialına uyğun deyil. Xəzər Sammiti zamanı dövlətlərimizin başçılarının çox konstruktiv danışıqları olub. Bu danışıqlarda növbəti ciddi razılaşmalar əldə olunub, o cümlədən qarşılıqlı investisiyaların müdafiəsinə dair sənədlər imzalanıb ki, bu da investisiya əməkdaşlığının inkişafına kömək edəcək. Federasiya Şurasının sədri deyib: “Biz münasibətlərimizi bütövlükdə müsbət qiymətləndiririk. Rusiya ilə Azərbaycanın səmərəli qarşılıqlı fəaliyyəti regionda ciddi sabitlik amilidir. Beynəlxalq və regional problemlərin çoxuna dair mövqeyimiz ya yaxındır, ya da üst-üstə düşür. Biz Birləşmiş Millətlər Təşkilatında da, digər beynəlxalq məkanlarda da, o cümlədən parlament xətti ilə də Azərbaycan ilə çox fəal əməkdaşlıq edirik”.
Kənd təsərrüfatı sahəsində əməkdaşlığın perspektivləri barədə suallara cavab verən V.Matviyenko bildirib ki, Azərbaycan Rusiya bazarını yetərincə iri həcmdə kənd təsərrüfatı məhsulları, o cümlədən meyvə-tərəvəz və ət ilə təchiz edir.
Federal Məclisin Federasiya Şurasının sədri daha sonra qeyd edib: “Hazırda kənd təsərrüfatı məhsullarının göndərilməsinə əlavə tələbat, əlavə imkanlar yaranıb və bu barədə artıq razılaşmalar əldə olunub. Həmin razılaşmalar ticarət münasibətlərimizin artmasına və genişlənməsinə gətirib çıxaracaq. Moskva meri Sergey Sobyaninin Bakıya səfəri zamanı kənd təsərrüfatı məhsullarının satışının artırılmasına dair konkret müqavilələr imzalanıb və ən başlıcası təchizatın logistikasının yaradılması barədə razılaşmalar əldə olunub”.
Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyətindən danışan V.Matviyenko deyib: “Bu forumu “Davos forumu” adlandırılar. Forumun əhəmiyyəti iqtisadi forumlardan heç də geri qalmır”.
Humanitar Forumun ölkəmizdə keçirilməsinin önəmindən danışan V.Matviyenko qeyd edib ki, Azərbaycanın mövqeyi dünyada sayılıb-seçilir. Biz çalışmalıyıq ki, dünyamız humanist olsun. Ona görə Bakıya toplaşan ekspertlərin, alimlərin, Nobel mükafatı laureatlarının təcrübəsindən istifadə etməliyik. Humanitar dəyərlərə önəm verilsə, heç bir münaqişə olmaz. Bakı Forumu müxtəlif xalqların bir araya gəlməsinə öz töhfəsini verir və hər zaman yüksək səviyyədə keçirilir.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24

