Azərbaycanın xarici işlər naziri AŞPA-nın plenar iclasında çıxış edib
03.10.2014 [09:45]
Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi çərçivəsində oktyabrın 2-də Avropa Şurası Parlament Assambleyasının plenar iclasında çıxış edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, E.Məmmədyarov çıxışında əsasən Azərbaycanın Nazirlər Komitəsinə sədrliyinin prioritet istiqamətlərinə diqqət yetirib.
Nazir qeyd edib ki, Azərbaycan noyabrın 13-də Nazirlər Komitəsinə sədrliyi Belçikaya ötürəcək. “Lakin o vaxta qədər prioritetlərimizi həyata keçirməyə davam edəcəyik. Bununla əlaqədar olaraq, iyul ayında Nazirlər Komitəsi tərəfindən İdman Yarışlarının Manipulyasiyasına dair Konvensiyanın qəbul edilməsi Azərbaycanın sədrliyi üçün böyük qürur mənbəyidir. Bu Konvensiya Avropa Şurasının idman etikasına tarixi sadiqliyinə uyğundur. Bu, həmçinin Azərbaycanın əsas prioritetlərindən olan korrupsiya ilə mübarizəyə töhfədir”, - deyə nazir əlavə edib.
Bildirilib ki, sədrlik dövründə GRECO və Beynəlxalq Antikorrupsiya Akademiyası (IACA) ilə birlikdə iyunun 30-dan - iyulun 1-dək Bakıda korrupsiya ilə mübarizə üzrə beynəlxalq standartlar və milli təcrübəyə həsr olunmuş konfrans təşkil edilib. Konfransda antikorrupsiya qanunvericiliyinin həyata keçirilməsi və onun məhkəmə-hüquq sisteminin səmərəliliyinin artırılmasında rolu, təhsil vasitəsilə korrupsiya ilə mübarizə, korrupsiyaya qarşı preventiv tədbirlər, iqtisadi inkişaf və korrupsiyaya qarşı mübarizə, ixtisaslaşmış antikorrupsiya agentlikləri arasında beynəlxalq əməkdaşlıq, korrupsiya ilə bağlı cinayətlərin təhqiqatı zamanı cinayət prosesi iştirakçılarının mühafizəsi kimi müxtəlif məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. IACA-nın üçüncü sessiyasının gələn ay Bakıda keçirilməsinə dair qərar bu uğurlu sədrliyin məntiqi nəticəsidir.
Diqqətə çatdırılıb ki, sədrlik gündəliyi çərçivəsində Azərbaycanın təşkil etdiyi digər əhəmiyyətli tədbir ötən həftə Bakıda “İnsan hüquqları və qabaqcıl idarəetmə kontekstində dövlət xidmətlərinin göstərilməsi” mövzusunda keçirilmiş beynəlxalq konfrans olub. Bu mövzu Avropa Şurası tərəfindən ilk dəfə olaraq gündəmə gətirilirib.
Elmar Məmmədyarov qeyd edib ki, qarşılıqlı hörmət və anlaşmaya əsaslanan müxtəlif mədəniyyətlərə sahib olan cəmiyyətlərin bir araya gətirilməsinin də daxil olduğu sədrlik prioritetləri çərçivəsində Avropa mədəniyyət nazirlərinin 2013-cü ildə Moskvada keçirilən 10-cu konfransının davamı olaraq 2014-cü il iyulun əvvəllərində Bakıda “Rəqəmsal mədəniyyət və insanların rolunun gücləndirilməsi üçün əlverişli mühitin yaradılması” adlı Avropa Şurasının ilk Mədəniyyət və Rəqəmsallaşdırma üzrə Platforma Mübadiləsi təşkil edilib. Müzakirələr zamanı rəqəmsallaşmanın mədəniyyətə təsiri, rəqəmsal əsrə keçid, mədəniyyət sahəsi və onun fəallarının ehtiyacları, mədəniyyət sahəsinə dair materialların əldə edilməsi, hazırlanması və yayılması, vətəndaşların rolunun gücləndirilməsi və rəqəmsal mədəniyyət üçün mühitin yaradılması kimi məsələlərə xüsusi diqqət yetirilib.
Nazir bildirib ki, Azərbaycanın sədrliyinin prioritetləri çərçivəsində Bakıda 2014-cü ilin sentyabrında Avropa Şurasının mədəniyyətlərarası dialoqun dini aspektlərinin mübadiləsi mövzusunda növbəti əhəmiyyətli tədbir təşkil edilib. Parlament Assambleyası da mədəniyyətlərarası və dinlərarası dialoqun gücləndirilməsində assambleyanın rolunu vurğulamaqla tədbirin işinə öz töhfəsini verib. “Mədəniyyətlərarası dialoq: mədəniyyət və din arasındakı əlaqə” mövzusunda fikir mübadiləsi zəngin və fəal müzakirələrə səbəb olub.
Nazir çıxışında IV Bakı Beynəlxalq Humanitar Forumu haqqında da məlumat verib. Bildirib ki, bu Forum siyasi, elmi və mədəniyyət xadimlərinin, habelə keçmiş dövlət başçılarının, elmin müxtəlif sahələrində Nobel mükafatına layiq görülmüş alimlərin və beynəlxalq təşkilatların rəhbərlərinin iştirakı ilə keçirilən illik toplantıdır. Builki Forumda çoxmədəniyyətliliyin fəlsəfəsi, milli özünüdərk və mədəni çoxşaxəliliyin tətbiqi konsepsiyalarının siyasi və hüquqi aspektləri, müxtəlif mədəniyyətlərin dözümlülüklə birgə mövcudluğu və bir sıra digər aktual məsələlər müzakirə olunacaq. Bu Forum Azərbaycanın sədrliyi ilə keçirilən tədbirlər siyahısına daxil edilməsə də, sədrliyimizin prioritetlərindən olan mədəni cəhətdən müxtəlif cəmiyyətlərdə həmrəyliyə öz töhfəsini mütləq verəcək.
Nazir deyib ki, Azərbaycan sədrlik prioritetləri çərçivəsində gənclərin təhsilinə və mühafizəsinə də diqqət ayırır.
Qeyd edilib ki, Avropa Şurasının institusional dəstəyi ilə Azərbaycanda oktyabrın sonunda Gənclər Siyasəti üzrə I Qlobal Forum keçiriləcək.
Materiklərin kəsişməsində yerləşən və Avropa qitəsinin ayrılmaz qonşuluğundakı ölkələrlə tarixi əlaqələrə malik olan Azərbaycanın noyabrın 7-8-də qonşuluq siyasəti üzrə Bakıda keçiriləcək yüksək səviyyəli konfransa ev sahibliyi etmək təşəbbüsü müsbət qarşılanıb.
Elmar Məmmədyarov deyib: “Sədrliyimizin başlanğıcında da qeyd etdiyimiz kimi, Azərbaycan BMT və regional təşkilatlar arasında qarşılıqlı fəaliyyətin və tərəfdaşlığın gücləndirilməsini daim dəstəkləyib. Bu baxımdan biz BMT-nin Baş Məclisi tərəfindən konsensusla qəbul ediləcəyini gözlədiyimiz BMT ilə Avropa Şurası arasında əməkdaşlığa dair ənənəvi qətnamənin əhəmiyyətini və aktuallığını qeyd etmək istərdik. Azərbaycan Nazirlər Komitəsinin hazırkı sədri qismində bu qətnamənin layihəsi üzrə danışıqların aparılmasında iştirak etməkdən məmnunluq duyardı”.
Xəbər lenti
Hamısına baxDünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42

