Fransanın nüfuzlu “Les Echos” qəzetində Bakıda keçiriləcək Avropa Oyunlarından bəhs olunub
04.10.2014 [10:33]
Parisdə gündəlik nəşr olunan nüfuzlu “Les Echos” qəzetində 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunlarına hazırlıqdan bəhs edən “Azərbaycan: Avropa Oyunları diqqət mərkəzində” sərlövhəli məqalə dərc olunub.
Məqalədə Azərbaycan hökumətinin Avropa Oyunlarını yüksək səviyyədə təşkil etmək və bununla da ölkəni dünya ictimaiyyətinə Olimpiya vətəni kimi tanıtmaq istədiyi qeyd olunub. Məqalədə xüsusi vurğulanır ki, Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunması Azərbaycana tez-tez belə beynəlxalq miqyaslı yarışları keçirməyə imkan verəcəkdir.
Ölkəmizin Cənubi Qafqazda aparıcı dövlət olduğunu vurğulayan müəllif Olivye Bindən yazır ki, Azərbaycan inkişaf səviyyəsinə görə beynəlxalq aləmdə ciddi nüfuz qazanıb və Qərb dövlətlərinin diqqətini özünə cəlb edib. Zəngin karbohidrogen ehtiyatları olan Azərbaycan qeyri-neft sektorunu, o cümlədən turizm imkanlarını genişləndirməklə iqtisadiyyatını daha da inkişaf etdirməkdə maraqlıdır.
Yazıda Azərbaycan xalqının tolerantlığı, Avropa və Asiya arasında körpü rolu oynadığı, ölkəmizin coğrafi məkanının mühüm strateji əhəmiyyət kəsb etdiyi, Qərbə inteqrasiyada maraqlı olduğu barədə fransız oxucularına ətraflı məlumat verilib.
Məqalədə, həmçinin bildirilir ki, Bakıda keçiriləcək ilk Avropa Oyunlarında 50-yə yaxın ölkədən 6 mindən çox idmançının iştirak edəcəyi gözlənilir.
Oliviye Bundən Avropa Oyunlarının keçiriləcəyi stadionun 65 min tamaşaçı üçün nəzərdə tutulduğunu və bütün tələblərə cavab verən müasir tipli olacağını qeyd edib, bəzi yarışların “Baku Crystal Hall”un səhnəsində keçiriləcəyini vurğulayıb.
Avropa Oyunlarına hazırlığın vəziyyətini öyrənmək üçün Təşkilat Komitəsi rəhbərliyinin bir neçə dəfə Azərbaycana səfər etdiyi, oyunların televiziya kanalları vasitəsilə bütün dünyada yayımlanacağı da məqalədə yer alıb.
Müəllif qeyd edir ki, Azərbaycan hökuməti Avropa Oyunlarını yüksək səviyyədə təşkil etməklə ölkənin inkişaf strategiyasını dünya ictimaiyyətinə çatdırmaq istəyib.
Sonda bildirilir ki, 2024-cü ildə keçiriləcək Yay Olimpiya Oyunlarına ev sahiblik etmək istəyən namizəd şəhərlər arasında Bakının şansı daha çoxdur.
Xəbər lenti
Hamısına baxDiaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42

