Azərbaycan dünyanı düşündürən aktual məsələlərin müzakirə olunduğu məkanlardan birinə çevrilib
04.10.2014 [10:43]
Oktyabrın 3-də Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərov Qırğız Respublikası Parlamentinin xarici əlaqələr komitəsinin sədri Kanıbek İmanalıyev ilə görüşüb.
AzərTAc xəbər verir ki, görüşdə ölkələrimizin müxtəlif sahələrdə əlaqələrindən danışan Ziyafət Əsgərov əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu bildirib, IV Bakı Beynəlxalq Humanitar Forumunun bu istiqamətdə mühüm rol oynayacağını vurğulayıb. Milli Məclis sədrinin birinci müavini əlavə edib ki, bu tədbir müxtəlif ölkələrdən ayrı-ayrı sahələr üzrə mütəxəssislərin, elm adamlarının fikir mübadiləsi aparması üçün yaxşı platformadır. Ona görə də dünyada bu Foruma maraq ildən-ilə artır.
Ziyafət Əsgərov Azərbaycanın və Qırğızıstanın parlamentlərarası əlaqələrindən, qanunverici orqanlardakı dostluq qruplarının fəaliyyətindən, parlamentarilərimizin beynəlxalq qurumlardakı əməkdaşlığından, Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsindən, bu problemin həlli ilə bağlı beynəlxalq qurumların qəbul etdikləri sənədlərin yerinə yetirilməməsindən geniş söz açıb.
IV Bakı Beynəlxalq Humanitar Forumuna dəvət olunduğuna görə təşəkkürünü bildirən Qırğız Respublikası Parlamentinin xarici əlaqələr komitəsinin sədri Kanıbek İmanalıyev vurğulayıb ki, bu gün Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi, dünyanı düşündürən aktual məsələlərin müzakirə olunduğu məkanlardan birinə çevrilib. İnanıram ki, IV Bakı Beynəlxalq Humanitar Forumunda müzakirə olunan məsələlər dünyamız üçün faydalı olacaq.
Qonaq Azərbaycanın əldə etdiyi uğurlardan, dünyada artan nüfuzundan və rolundan məmnunluqla danışaraq dost və qardaş ölkəsinin də buna sevindiyini söyləyib. Diqqətə çatdırılıb ki, bütün bu uğurları yalnız böyük lider olan dövlət qazana bilər. Azərbaycan Prezidenti İlham Əliyev ölkəsi və xalqı üçün böyük işlər görür, buna görə də xalq haqlı olaraq öz lideri ilə fəxr edir.
Qonaq parlamentarilərimizin Türkdilli Ölkələrin Parlament Assambleyasındakı əməkdaşlığını yüksək qiymətləndirərək qurumun fəaliyyətindən razılıq edib.
Xəbər lenti
Hamısına baxDiaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42

