/ / Dördüncü Bakı Beynəlxalq Humanitar Forumunda müzakirə olunan məsələlər qlobal əhəmiyyətə malikdir
Dördüncü Bakı Beynəlxalq Humanitar Forumunda müzakirə olunan məsələlər qlobal əhəmiyyətə malikdir
04.10.2014 [10:48]
Dördüncü Bakı Beynəlxalq Humanitar Forumunda müzakirə olunan məsələlər qlobal əhəmiyyətə malikdir.
Bu sözləri ABŞ-ın Təhsil Cəmiyyətləri Beynəlxalq Federasiyasının proqram assistenti, beynəlxalq əlaqələr üzrə ekspert Piter Tase oktyabrın 3-də AzərTAc-da keçirilən görüşdə deyib.
Baş direktor Aslan Aslanov görüşdə AzərTAc-ın keçdiyi inkişaf yolu, son illərdə əldə etdiyi uğurlar, dövlət siyasətinin informasiya təminatında agentliyin mövqeyi və beynəlxalq əlaqələri barədə ətraflı məlumat verib. Azərbaycan ilə ABŞ arasında bir çox sahələrdə uğurlu əməkdaşlığın davam etdirildiyini bildirən Aslan Aslanov regionda həyata keçirilən irimiqyaslı layihələrin əhəmiyyətinə toxunub.
Baş direktor 2016-cı ildə Bakıda eyni vaxtda Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının və Dünya Xəbər Agentliklərinin V Konqresinin keçiriləcəyini və 2019-cu ilədək bu qurumlara AzərTAc-ın rəhbərlik edəcəyini diqqətə çatdırıb. Qeyd olunub ki, bu, eyni zamanda, dünyanın qabaqcıl media qurumları ilə əməkdaşlığın inkişafına da əlavə imkanlar yaradacaq.
Baş direktor IV Bakı Beynəlxalq Humanitar Forumunda dünyanın 60 ölkəsindən dövlət xadimləri və alimlərdən ibarət çoxlu nümayəndə heyətinin iştirak etdiyini söyləyərək Forumun artıq mühüm beynəlxalq hadisəyə çevrildiyini, tədbirə marağın ildən-ilə artdığını qeyd edib.
Bakı Beynəlxalq Humanitar Forumunun dünyanın müxtəlif ölkələrinin və xalqlarının geniş dairəsini əhatə etməsinin önəmini vurğulayan Piter Tase tədbirin Prezident İlham Əliyevin rəhbərliyi ilə hər il yüksək səviyyədə təşkil olunmasından məmnunluğunu ifadə edib.
Azərbaycanın sosial-iqtisadi inkişafı, regionda gündən-günə güclənən mövqeyi ilə bağlı məlumatların ABŞ-da düzgün təbliğ olunmasında səylərini əsirgəməyəcəyini deyən qonaq ölkəmizin artıq sürətlə inkişaf edərək Avropaya, dünyaya inteqrasiya etdiyinin danılmaz fakt olduğunu bildirib.
Piter Tase deyib: “Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü xarici siyasətinin nəticəsidir ki, ölkəniz bu gün dünyanın ən qabaqcıl qurumlarında uğurla təmsil olunur. Mən ölkənizin xarici siyasətinin təbliğ olunmasında fəaliyyətimi bundan sonra da davam etdirəcəyəm”.
Azərbaycanda söz və informasiya azadlığının tam təmin olunduğunu, ölkəmizdə din ilə dövlət arasında münasibətlərin yüksək səviyyədə tənzimləndiyini bildirən ekspert respublikamızda yoxsulluq səviyyəsinin 2019-cu ilədək tamamilə aradan qaldırılması üçün görülən işləri yüksək qiymətləndirib, bundan çox məmnun qaldığını vurğulayıb.
Son on ildə Azərbaycanın beynəlxalq aləmdəki uğurları, ölkənin xarici siyasəti ilə bağlı kitab hazırlayacağını söyləyən Piter Tase bu kitabda AzərTAc-ın materiallarından istifadə olunacağını, agentliyə aid xüsusi fəslin yer alacağını diqqətə çatdırıb.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17

