“Humanizm postmodern dövrün başlıca dəyəri kimi” mövzusu ətrafında maraqlı müzakirələr aparılıb
04.10.2014 [10:53]
Oktyabrın 3-də IV Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində “Humanizm postmodern dövrün başlıca dəyəri kimi” mövzusunda “dəyirmi masa” keçirilib.
AzərTAc xəbər verir ki, “dəyirmi masa”nın “Prioritetlərin dəyişməsi: yeni universializmin formalaşması və tolerantlığın mühüm mənəvi dəyər kimi irəli sürülməsi” mövzusunda birinci panelinə Azərbaycan Dillər Universitetinin (ADU) prorektoru Jalə Qəribova, İtaliyanın Florensiya Universitetinin sabiq rektoru Paolo Blazi və Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy həmsədrlik ediblər.
Roma Apelyasiya Məhkəməsinin baş vəkili Antonio Marini “Terror qurbanlarının hüquqlarını necə təmin etməli?” mövzusunda məruzəsində qeyd edib ki, terrorizmlə mübarizədə nəzərdə tutulan bütün tədbirlər beynəlxalq hüquq normaları çərçivəsində həyata keçirilməlidir. İtaliyanın terrorizmlə mübarizə sahəsində təcrübəsindən danışan A.Marini deyib ki, dünyanın bütün mütərəqqi qüvvələri terror aktlarına qarşı birləşməli, bu bəlanın aradan qaldırılması üçün səfərbər olmalıdır.
Meksika təmsilçisi Qabriela Kveys bildirib ki, ölkəsində tolerantlığın təşviqi üçün müvafiq institutlar təsis edilib. Əsas məqsəd multikulturalizmin inkişaf etdiyi bir ölkənin yaradılmasıdır. Əminəm ki, yeni ideyaların ortaya qoyulmasında Bakı Beynəlxalq Humanitar Forumu bizə çox kömək edəcək.
Daha sonra ABŞ-ın Hartford Universitetinin fəxri prezidenti, humanitar elmlər üzrə professor Hamfri Tonkinin “Dil və humanitar elmlər” mövzusunda məruzəsi dinlənilib. Amerikalı alim bildirib ki, hazırkı dövrdə humanitar elmlərə tələbə axını xeyli azalıb. Dili itirmək əslində kollektiv düşüncəni itirmək deməkdir. Hər bir xalqın yaşaması üçün onun keçmişinə aid dəyərlərin bu günə və gələcəyə daşınması vacibdir.
Polşanın Lodz Universitetinin dosenti Monika Kopitovska “Uzaq iztirabın təsviri: postmodern dünyada media dəyərləri” mövzusunda çıxışında bildirib ki, dünyanın bir çox yerlərində insanlar müxtəlif səbəblərdən əziyyət çəkirlər. Bu problemlər cəmiyyətə media vasitəsilə çatdırılır. Media bəzi məsələlər barəsində yazmaqla yanaşı, həm də insanlar arasında təşviş yaradır, onlarda maraq oyatmaq, insanları təhlükələrlə bağlı tədbir görməyə motivasiya etmək üçün hər şeyi edir.
ADU-nun əməkdaşı Mehriban Babaxanova “Tolerantlıq: əfsanə, ya həqiqət?” mövzusunda çıxışında dünyanın bir çox yerlərində antisemitizmin, ksenofobiyanın hökm sürdüyünü, Azərbaycanda müxtəlif mədəniyyətlərin, müxtəlif dinlərin dinc yanaşı inkişaf etdiyini bildirib.
Paneldə İtaliya Yəhudi İcmaları İttifaqının müşaviri Viktor Maqyarın “Çətin dövrdə sadə sözlərlə dünyanı necə sağaldaq?”, Rusiyanın Beynəlxalq Müstəqil Ekoloji-Siyasi Universitetinin Qloballaşma və Davamlı İnkişaf İnstitutunun direktoru, professor Nizami Məmmədovun “İnsan təbiəti və humanizm ideyaları”, ADU-nun təmsilçisi Nigar Zeynalovanın “Tolerantlıq: müasir yanaşma və inkişaf perspektivləri”, İtaliyanın Florensiya Universitetinin sabiq rektoru, professor Paolo Blazinin “Humanizm postmodern dövrünün əsas dəyəri kimi”, Rusiya Elmlər Akademiyası (REA) Fəlsəfə İnstitutunun baş elmi işçisi Nelya Motroşilovanın “Humanizmin yenilənməsi zərurəti”, Malta Parlamentinin sabiq sədri Maykl Frendonun “Humanizmin dəyəri: dözümlülüyün fövqündə insan dəyərlərinin dərki və ona hörmət” mövzularında məruzələri dinlənilib. Natiqlər dünyada yaşayan insanların mədəni və etnik fərqlilikləri, bunların postmodernizm təfəkkürünə təsiri barədə fikirlərini bölüşüb, dünyada dostluq və həmrəylik prinsiplərinə riayət etməyin vacibliyini vurğulayıblar.
Sonra ADU-nun professoru Svetlana Cəbrayılova və REA Fəlsəfə İnstitutunun baş elmi işçisi Nelya Motroşilovanın həmsədrliyi ilə keçirilən “Postmodern dövrü mənəviyyatının normativ-dəyər strukturu və ümumbəşəri dəyərlər” adlı ikinci panel iclasında çıxışlar olub.
Bu paneldə ADU-nun dosenti Kifayət Ağayevanın “Postmodernizm və dəyişən bəşəri dəyərlər”, Qazaxıstanın Abılay xan adına Qazax Beynəlxalq Əlaqələr və Dünya Dilləri Universitetinin dosenti Mədinəm Nəsirovanın “Millətlərarası ünsiyyətin mənəvi mədəniyyəti”, ADU-nun professoru Svetlana Cəbrayılovanın “Şərq-Qərb sintezi postmodern ədəbiyyatının humanistləşməsinin göstəricisi kimi” və digər mövzularda məruzələr dinlənilib. Natiqlər Azərbaycan mədəniyyətinin inkişaf meyillərindən, dünya mədəni irsinə verdiyi töhfələrdən danışıblar.
“Dəyirmi masa”nın “Azərbaycanın mədəniyyət siyasəti cəmiyyətin bütövlüyünün təminatçısı kimi” mövzusunda sonuncu panel iclası Mərakeş-Azərbaycan Dostluq Cəmiyyəti sədrinin müavini Mohamed Fakiri və ADU-nun dosenti Ədalət Abdiyevanın moderatorluğu ilə keçirilib.
Paneldə ADU-nun nümayəndələri Anar Nağıyev “Multikulturalizm fenomeni və onun Azərbaycan coğrafiyasında inikası”, dosent Sevdagül Əliyeva “Azərbaycan Respublikasının mədəniyyət siyasətinin əsas istiqamətləri”, professor Adil Babayev “Multikulturalizm və dil-şüur özümlüyünün qorunması (“Kitabi-Dədə Qorqud” əsasında), Qalina Vud “Lahıc - Azərbaycanın parlayan naxışı” mövzularında çıxışlar ediblər.
Mövzular ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.
Müzakirələrə yekun vuran ADU-nun prorektoru Jalə Qəribova sürətlə inkişaf edən, tolerantlığı, zəngin mədəni irsi ilə nümunə olan Azərbaycanda bu cür tədbirlərin keçirilməsinin ənənə halı aldığını vurğulayıb.
“Dəyirmi masa”da IV Bakı Beynəlxalq Humanitar Forumunun Bəyannaməsi qəbul edilib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22

