/ / Stepan Mesiç: Azərbaycanın bölgələri güclənən iqtisadiyyatı və zəngin mədəniyyəti ilə Avropaya uğurla inteqrasiya edir
Stepan Mesiç: Azərbaycanın bölgələri güclənən iqtisadiyyatı və zəngin mədəniyyəti ilə Avropaya uğurla inteqrasiya edir
09.10.2014 [09:38]
IV Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı olan Xorvatiyanın sabiq prezidenti Stepan Mesiçin rəhbərlik etdiyi nümayəndə heyəti Qəbələyə səfər edib.
AzərTAc xəbər verir ki, Qəbələ Beynəlxalq Hava Limanında hörmətlə qarşılanan qonaqlara rayonun tarixi, mədəniyyəti, iqtisadiyyatı, aparılan geniş miqyaslı abadlıq və quruculuq işləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, Qəbələ rayonu irimiqyaslı tədbirlərə ev sahibliyi edir. Rayonda sənaye müəssisələri ilə yanaşı, turizm sektorunun inkişafı istiqamətində də mühüm işlər görülür. Qəbələnin tarixi keçmişi də təbiəti qədər zəngindir və Azərbaycan tarixinin ən parlaq səhifələrindən birini təşkil edir. Ölkəmizin sosial-iqtisadi inkişafına yaxından bələd olduğunu qeyd edən Xorvatiyanın sabiq prezidenti Stepan Mesiç bildirib ki, Azərbaycanın bölgələri güclənən iqtisadiyyatı və zəngin mədəniyyəti ilə Avropa iqtisadiyyatına və mədəniyyətinə uğurla inteqrasiya edir.
Daha sonra nümayəndə heyəti rayonun tarixi-mədəni abidələri, sənaye müəssisələri və turizm sektoru ilə yaxından tanış olub. Qəbələ Konqres Mərkəzi qonaqlarda xüsusi maraq doğurub. Onlara məlumat verilib ki, Azərbaycan və onun regionları bu gün mötəbər beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Qəbələdəki bu müasir mərkəz də yüksək səviyyəli tədbirlər və görüşlər üçün nəzərdə tutulub.
Buradan “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksinə gedən nümayəndə heyətinin üzvləri kanat yolu ilə uca dağların zirvəsinə qalxaraq Qəbələnin gözəl mənzərəsini seyr edib, xatirə şəkli çəkdiriblər.
“Beltmann” piano fabriki və buradakı istehsal prosesi ilə tanışlıq da qonaqların ürəyincə olub.
Nic qəsəbəsinə səfər edən forum iştirakçıları buradakı “Cotari” Alban kilsəsinə böyük maraqla baxıblar. Məlumat verilib ki, qəsəbə tolerantlığın kiçik bir modeli hesab edilir.
Qonaqlar daha sonra Qəbələ konserv və limonad zavodlarında da olublar.
Nümayəndə heyətinin Qəbələyə səfəri beşulduzlu “Qafqaz Riverside”, “Qafqaz Resort”, “Qafqaz Karvansaray”, “Qafqaz Sport” otelləri, “Fitnes” istirahət-sağlamlıq mərkəzi ilə tanışlıqla yekunlaşıb.
Xorvatiyanın sabiq prezidenti Stepan Mesiç və nümayəndə heyətinin üzvləri Qəbələ ilə tanışlıqdan məmnun qaldıqlarını bildirib və rayondan xoş təəssüratlarla ayrılıblar.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22

