/ / Moskvada MDBMİ məzunlarının bu ali məktəbin 70 illiyinə həsr edilmiş II Beynəlxalq forumu keçirilir
Moskvada MDBMİ məzunlarının bu ali məktəbin 70 illiyinə həsr edilmiş II Beynəlxalq forumu keçirilir
14.10.2014 [10:05]
Oktyabrın 13-də Rusiyanın ən nüfuzlu ali məktəblərindən biri - Rusiya Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (Universiteti) (MDBMİ) 70 illik yubileyini qeyd edir. Bununla əlaqədar, Moskvada MDBMİ məzunlarının universitetin yubileyinə həsr edilmiş II Beynəlxalq forumu işə başlayıb.
Tədbirdə MDBMİ-nin dünyanın 50-dən çox ölkəsindən mindən çox məzunu - məşhur dövlət xadimləri və ictimai xadimlər, tanınmış biznesmenlər, akademik dairələrin nümayəndələri iştirak edirlər. MDBMİ məzunlarının II Beynəlxalq forumunda dünyada inkişafın əsas problemləri, MDBMİ məzunlarının təmsil etdikləri ölkələrdə cəmiyyətin və iqtisadiyyatın təkamülü məsələləri müzakirə olunur.
Forumda Heydər Əliyev Fondunun vitse-prezidenti, MDBMİ Məzunlarının Azərbaycan Assosiasiyasının sədri Leyla Əliyeva, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, MDBMİ-nin ölkəmizdən olan məzunlarından ibarət böyük nümayəndə heyəti iştirak edir.
Forum iştirakçıları əvvəlcə məşhur rus diplomatı Aleksandr Qorçakovun abidəsinin açılışında iştirak ediblər.
MDBMİ məzunlarının II Beynəlxalq forumunu universitetin rektoru Anatoli Torkunov açıb. Rektor bu institutun yaranması tarixindən danışaraq vurğulayıb ki, MDBMİ-də gələcək diplomatlar - öz ölkələrinin milli maraqlarını dünya arenasında müdafiə etməli olacaq mütəxəssislər yetişdirilir.
Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov MDBMİ-nin professor və müəllimlərini, tələbə və məzunlarını doğma ali məktəbin yubileyi münasibətilə təbrik edərək bildirib ki, məzunların birinci forumu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə keçən il Bakıda təşkil edilmişdi. Nazir deyib ki, bu ali məktəbin yetirmələri arasında görkəmli dövlət xadimlərinin bütöv bir nəsli, o cümlədən Azərbaycan Prezidenti, Moldovanın baş naziri, UNESCO-nun baş direktoru, Qazaxıstan, Qırğızıstan və Slovakiyanın xarici işlər nazirləri vardır. S.Lavrov deyib: “Adları çəkilən dövlət xadimlərinin hər biri və bir sıra başqa məzunlar öz ölkələrinin milli maraqlarını əməli fəaliyyətlərində ardıcıl surətdə və əzmlə müdafiə edirlər. Başqa cür ola da bilməz. Eyni zamanda, MDBMİ məzunlarına xas olan yoldaşlıq amili yüksək qiymətləndirilməlidir... Bu məzunların öz aralarında peşəkar mövzularda ünsiyyəti, adətən xeyirxahlıq, əsl işgüzar atmosferdə cərəyan edir. Bu, normal işləməyə, müxtəlif, hətta ən mürəkkəb məsələlərin səmərəli həlli yollarını tapmağa kömək edir”.
Heydər Əliyev Fondunun vitse-prezidenti, MDBMİ Məzunlarının Azərbaycan Assosiasiyasının sədri Leyla Əliyeva Azərbaycan Prezidenti İlham Əliyevin forum iştirakçılarına təbrikini oxuyub.
Leyla Əliyeva qeyd edib ki, MDBMİ-nin yetirməsi olduğuna görə özünü xoşbəxt hiss edir. Leyla Əliyeva deyib: “Bu gün bizim universitetin 70 yaşı tamam olur və mən bu ali məktəbin yetirməsi olduğuma görə xoşbəxtəm. MDBMİ təkcə təhsil müəssisəsi deyil, bu, bir ailədir. Bu ailənin dəyərləri heç vaxt itirilməyəcək. Biz bu divarlar arasında yüksək intellektuala malik, parlaq təhsil almış və mənəviyyatca zəngin insanları dinləmək, onlardan öyrənmək, onlarla ünsiyyətdə olmaq, söhbət etmək imkanına malik olmuşuq. Bu ünsiyyət bizə praktiki məşğələlərdən heç də az bilik verməyib. MDBMİ bütöv bir həyat məktəbidir. Mən bütün professor-müəllim heyətinə təşəkkür edirəm ki, siz hələ uzun illər boyu yaşayacaq bu ənənələri qoruyub saxlayırsınız”.
MDBMİ-ni yubiley münasibətilə “Rusiya dəmir yolları” Açıq Səhmdar Cəmiyyətinin prezidenti V.Yakunin, Rusiyanın UNESCO yanında daimi nümayəndəsi İ.Mitrofanova, RF-nin təhsil və elm sahəsində federal nəzarət xidmətinin rəhbəri S.Kravtsov, Monqolustan Prezidenti Administrasiyasının rəhbəri P.Tsaqaan və başqaları da təbrik ediblər.
Forumun təntənəli açılışından sonra “Rusiya və müasir dünya: inkişaf trayektoriyaları” mövzusunda plenar sessiya olub. Sessiya çərçivəsində “Avropanın təhlükəsizliyi: yeni reallıqlar”, “XXI əsrin informasiya texnologiyaları”, “Müasir dünyada enerji təhlükəsizliyi”, “Cəmiyyət, mədəniyyət, din” və başqa seksiyalar keçirilib.
Forum iştirakçıları MDBMİ-nin yeni muzeyinə baxıblar. Əsası 1984-cü ildə qoyulmuş bu muzeyin yenilənmiş ekspozisiyası 2001-ci il sentyabrın 1-də açılıb. Forum çərçivəsində “Dünya MDBMİ məzunlarının gözü ilə” adlı art sərgi də açılıb. Universitetin yeni tədris korpusunun atriumunda açılan sərgidə bu ali məktəbin müxtəlif ölkələrdən olan 58 məzununun əl işləri nümayiş etdirilir. Sərgiyə gələnlər burada qrafika, rəngkarlıq, fotoqrafiya, installyasiya və başqa üslub və janrlara aid 200-dən çox işlə tanış ola bilərlər.
Forum işini davam etdirir.
Xatırladaq ki, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu məzunlarının I Beynəlxalq forumu 2013-cü ilin aprelində Bakıda keçirilib. MDBMİ Məzunlarının Azərbaycan Assosiasiyasının təşəbbüsü ilə təşkil edilmiş və “Birlikdə gələcəyə” devizi altında keçirilən həmin Forumda Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva, nüfuzlu beynəlxalq təşkilatların rəsmi nümayəndələri, Rusiya, Ukrayna, Macarıstan, Çexiya, Bolqarıstan, Moldova, Polşa, Slovakiya, Kuba, Koreya Respublikası, İsrail, Qazaxıstan, Qırğızıstan, Vyetnam və başqa ölkələrdən biznesmen və maliyyəçilər iştirak ediblər.
Xəbər lenti
Hamısına baxXəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04

