Azərbaycan-Qətər əlaqələrinin dərinləşməsində parlamentlər böyük rol oynayır
30.10.2014 [10:08]
Oktyabrın 29-da Milli Məclisin sədri Oqtay Əsədov diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar Qətər Dövlətinin Azərbaycandakı səfiri Mübarək bin Fəhd əl-Tani ilə görüşüb.
Milli Məclisin mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, Oqtay Əsədov səfirin ölkəmizdə missiyasının başa çatdığı ərəfədə belə görüşlər keçirməsini müsbət dəyərləndirib. Sədr inandığını bildirib ki, diplomat Azərbaycandan xoş təəssüratlarla ayrılır və gələcək fəaliyyətində münasibətlərimizin daha da inkişafı naminə öz səylərini əsirgəməyəcək. O.Əsədov ümidvar olduğunu bildirib ki, gündən-günə genişlənən əlaqələrimiz xalqlarımızın daha da yaxınlaşmasına, dostluq münasibətlərimizin möhkəmlənməsinə xidmət edəcək.
Milli Məclisin sədri vurğulayıb ki, Azərbaycan və ərəb xalqlarının dini, mədəni bağlılığı, bir çox beynəlxalq məsələlərdə mövqelərimizin üst-üstə düşməsi münasibətlərimizin gələcək inkişafı üçün yaxşı zəmin yaradır. “Biz Qətərlə əməkdaşlığımızı daha da genişləndirmək niyyətindəyik. Bu baxımdan yüksək səviyyəli qarşılıqlı səfərlər mühüm əhəmiyyət kəsb edir”, - deyə O.Əsədov diqqətə çatdırıb.
Sədr deyib ki, Azərbaycan-Qətər əlaqələrinin dərinləşməsində parlamentlər böyük rol oynayır. Bu gün Milli Məclisdə Azərbaycan-Qətər parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Beynəlxalq qurumlarda deputatlarımızın mütəmadi görüşləri və parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərləri ümumi mənafelərə xidmət edir.
Oqtay Əsədov iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsinin günün tələbi olduğunu qeyd edib. Bildirilib ki, hər iki ölkənin iş adamları arasında görüşlərin təşkili, tərəflərin iqtisadi imkanları barədə təqdimatların keçirilməsi, ticarət sahəsində xüsusi proqramın hazırlanması bu sahədə əlaqələrimizə dəyərli töhfə verə bilər. İki ölkə arasında elm, təhsil, mədəniyyət və turizm sahələrində də əməkdaşlığın inkişafı üçün geniş imkanlar var.
Mübarək bin Fəhd əl-Tani Qətərin Azərbaycanda səfiri kimi işlədiyi dövrdə əlaqələrin dərinləşməsi üçün görülən işlərdən söhbət açıb. O, təmsil etdiyi dövlətin Azərbaycanla əlaqələrə böyük maraq göstərdiyini və müxtəlif sahələrdə əməkdaşlığı genişləndirmək əzmində olduğunu diqqətə çatdırıb. Səfir vurğulayıb ki, gələcəkdə harada çalışmasından asılı olmayaraq o, iki dost ölkə arasında münasibətlərin daha da dərinləşməsi üçün öz qüvvə və bacarığını əsirgəməyəcək.
Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31

