Azərbaycan dünyada fəal və etibarlı tərəfdaş kimi tanınır
05.11.2014 [10:04]
Ölkəmizin Avropanın enerji təhlükəsizliyinə, qlobal və regional əməkdaşlığa verdiyi töhfələr beynəlxalq miqyasda da etiraf olunur
Məlum olduğu kimi, Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan layihələr sayəsində karbohidrogen ehtiyatları ilə zəngin olan Xəzər dənizi sülh və qarşılıqlı-faydalı əməkdaşlıq hövzəsinə çevrilib. Eyni zamanda, xalqımızın Ümummilli lideri Heydər Əliyevin böyük uzaqgörənliklə işləyib hazırladığı yeni neft strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla reallaşdırılması Azərbaycana həm hövzə dövlətlərində, həm Xəzərin karbohidrogen ehtiyatlarının işlənməsində iştirak edən Avropa ölkələrində, həm də ABŞ-da fəal və etibarlı tərəfdaş imici qazandırıb. Daha dəqiq desək, istər Ümummilli lider Heydər Əliyevin böyük səyləri sayəsində 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması, istərsə də, cari il sentyabrın 20-də-”Əsrin müqaviləsi”nin imzalanmasından 20 il sonra Bakıda daha bir möhtəşəm beynəlxalq əməkdaşlıq layihəsi olan “Cənub” qaz dəhlizinin icrasına start verilməsi ölkə iqtisadiyyatının inkişafına əlavə impuls verməklə yanaşı, Azərbaycanı Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında aparıcı ölkəyə çevirib.
Onu da xüsusi olaraq vurğulamaq yerinə düşər ki, Azərbaycan qoşulduğu bütün layihələrdə özünü fəal və etibarlı tərəfdaş kimi tanıdıb. Yəni, ölkəmiz üzərinə götürdüyü bütün öhdəlikləri yüksək səviyyədə yerinə yetirib. Təsadüfi deyil ki, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə, qlobal və regional əməkdaşlığa verdiyi töhfələr beynəlxalq miqyasda da etiraf olunur. Məsələn, bu yaxınlarda Hyustonda yerləşən ABŞ-ın tanınmış Rays Universitetində (Rice University) ABŞ-da və Avropada enerji məsələlərinə həsr edilmiş “dəyirmi masa” keçirilib. ABŞ konqresmenləri Cim Braydnstayn və Rendi Veberin, eləcə də müxtəlif enerji şirkətlərinin nümayəndələrinin qatıldıqları “dəyirmi masa”da Azərbaycanın qlobal enerji bazarlarında, xüsusilə Avropanın enerji təhlükəsizliyində rolu yüksək qiymətləndirilib.
“Dəyrimi masa”da çıxış edən konqresmen C.Braydnstayn Azərbaycanın regionda ABŞ-ın maraqları baxımından önəmini nəzərə çatdırıb. Ölkəmizlə ikitərəfli əsasda münasibətlərin daha da inkişaf etdirilməsinin əhəmiyyətindən danışan konqresmen, eyni zamanda, “Cənub” qaz dəhlizinin Avropanın enerji təhlükəsizliyi üçün çox vacib olduğunu vurğulayıb. C.Braydnstayn, həmçinin, “Cənub” qaz dəhlizinin müəyyən perspektivdə digər təbii qaz hasilatçısı olan ölkələrin də Avropa qaz bazarlarına çıxışı üçün imkan yaratdığını qeyd edib.
Bundan başqa, Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının (ERRA) təşkilatçılığı, İqtisadiyyat və Sənaye Nazirliyinin tərəfdaşlığı ilə Bakıda keçirilən ERRA-nın İnvestisiyalar və Enerji Tənzimlənməsi üzrə 13-cü illik konfransında da Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunun artması, ölkəmizin qlobal əməkdaşlığa verdiyi töhfələr xüsusi vurğulanıb. Qeyd edək ki, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının da üzv olduğu ERRA Mərkəzi Avropa, ABŞ, Afrika, Asiya və Yaxın Şərq ölkələrindən olan tənzimləyici qurumların birliyidir.
Konfransda çıxış edən Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının rəhbəri Alparslan Bayraktar vurğulayıb ki, Azərbaycan ERRA ölkələri arasında ən sürətlə inkişaf edən dövlətdir. Üzv dövlətlərin enerji sahəsində əməkdaşlığı xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Gürcüstan və Türkiyə ilə birgə Avropa və Asiya arasında enerji dəhlizi rolunu oynayır. Azərbaycanın təşəbbüsü və birbaşa iştirakı ilə reallaşdırılan enerji layihələri həm regionun, həm də Avropanın enerji təhlükəsizliyi baxımından mühüm əhəmiyyətə malikdir. Azərbaycan regionda Xəzər dənizinin karbohidrogen ehtiyatları ilə yanaşı, digər enerji mənbələri sahəsində də etibarlı tərəfdaş mövqeyində çıxış edir.
Beləliklə, istər ötən illər ərzində əldə edilən uğurlar, istərsə də ayrı-ayrı ölkələrin təmsilçilərinin və beynəlxalq təşkilatların ekspertlərinin açıqlamaları Azərbaycanın regionun fəal aktoru olduğunu bir daha təsdiqləyir. Daha dəqiq desək, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən davam etdirilən balanslaşdırılmış siyasət Azərbaycanı nəinki regionun, eyni zamanda, dünyanın aparıcı ölkələrindən birinə çevirib. Ötən hər gün ərzində atılan addımlar isə ölkəmizin beynəlxalq mövqeyini daha da gücləndirir.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
30 İyun 09:55
Xəbər lenti
30 İyun 09:55
Analitik
30 İyun 09:32
Analitik
30 İyun 09:16
Sosial
30 İyun 08:54
Sosial
30 İyun 08:30
İqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 20:09
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20

